Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-185/2022 20.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X5 və inzibati xəta haqqında protokol tərtib edən orqan Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxx 1985-ci il tarixdə Zaqatala rayonu Mosul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Mosul kəndində qeydiyyatında olan və Bakı şəhərində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 01 yanvar 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 01 yanvar 2022ci il tarixdə saat 12 radələrində Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasında polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Zaqatala Rayon Polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Zaqatala rayonu Mosul kənd sakini Şəxs yaşadığı ünvanda baş vermiş yanğın hadisəsi ilə bağlı sonuncu xx.xx.2022-ci il tarixdə saat 12 radələrində RPŞ-yə gətirilmişdir. RPŞ-nin inzibati binasında olarkən Şəxs ucadan səs-küy salaraq və nalayiq ifadələr işlədərək RPŞ-nin iş fəaliyyətinə qəsdən mane olmağa başlamışdır. Polis əməkdaşları onu nizam intizama dəvət etsə də, Şəxs qanuni tələbə qəsdən tabe olmayaraq qərəzli şəkildə öz hərəkətlərini davam etdirmişdir. Onun və şahidlərin izahatları alınmış, onun haqqında 01 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Onun barəsində protokol tərtib edilib məhkəməyə gətirilən zaman o, qaçıb gizlənmişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. 19 iyun 2022-ci il tarixdə isə onun olduğu yer müəyyən olunmuş və o, tutularaq polis şöbəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında sərxoş vəziyyətdə yaşadığı Mosul kəndindəki evində qardaşı Tərlanla aralarında mübahisə baş vermişdir. Buna görə xx.xx.2022-ci il tarixdə onu Zaqatala RPŞ-yə gətirmişlər. O, polis şöbəsində ilkin izahat verərkən təzyiq altında olduğundan izahatında qardaşının evinin yandırdığını bildirmişdir. Eyni zamanda ucadan nalayiq ifadələr işlətdiyini və polisin qanuni tələbinə tabe olmadığını yazmışdır. Lakin, o, belə hərəkətlərə yol verməmişdir. Məhkəmədə də, yalan danışmaması üçün məhkəməyə gələrkən qaçıb gizlənmişdir. Hazırda ona cərimə cəzası verilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 çıxış edərək Şəxs hərəkətlərində polisin qanuni tələbinə tabe olmaması kimi bir hal olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında Zaqatala rayon Mosul kənd sakini Şəxs yaşadığı evdə yanğın hadisəsi baş vermişdir. Buna görə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Şəxs Zaqatala RPŞ-yə gətirilmişdir. RPŞ-nin inzibati binasında olarkən Şəxs ucadan səsküy salıb və nalayiq ifadələr işlədərək RPŞ-nin iş fəaliyyətinə mane olmağa başlamışdır. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, Əhliman onların qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. İş materiallarında olan AZA seriyalı 013312 nömrəli xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 yanvar 2022-ci il tarixdə 14:30da inzibati qaydada tutulmuş xx.xx.2022-ci il tarixdə saat 12:30-da azad edilmişdir. İş materiallarında olan AZA seriyalı 013335 nömrəli xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 iyun 2022-ci il tarixdə 17:55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla (onun özünün, şahidlərin izahatları ilə) təkzib olunur. Onun “polisin qanuni tələbinə tabe olmaması” ilə bağlı izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Bundan başqa, onun polis şöbəsində verdiyi izahatla məhkəmədə verdiyi izahatında ziddiyyətlərin olmasına Şəxs dəlil olaraq onun zorakılığa məruz qalması, qorxması və s. bu kimi halların olduğunu bildirmişdir. Halbuki 03 yanvar 2022-ci il tarixdə qaçıb gizləndikdən sonra bu barədə hər hansı orqana müraciət etməmiş, bunun səbəbini isə müraciət etməli olduğunu bilməməsi ilə əsaslandırmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs polis şöbəsində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə axşam saatlarında sərxoş vəziyyətdə yaşadığı Mosul kəndindəki evində qardaşı Tərlanla aralarında mübahisə baş vermiş və həmin tarixdə evi yandırmışdır. RPŞ-də olan vaxt əsəbi olduğuna görə ucadan danışıb ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları ondan nizam intizamlı olmağını tələb etmişlər. Lakin onların dediklərini etməyərək qərəzli olaraq ucadan öz etirazını bildirmişdir. Daha sonra o etdiyi əməlin səhv olduğunu anlamışdır. RPŞ-də törətdiyi inzibati pozuntu ona izah edilmişdir. Etdiyi əməlin məsuliyyətini dərk edir, peşmandır və bir daha təkrarlamayacaq. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, sahə rəisinin, şahidin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 19 iyun 2022-ci il tarixdən, saat 17:55-dən hesablanmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 yanvar 2022-ci il tarixdən 03 yanvar 2022-ci il tarixədək inzibati qaydada tutulduğu 02 gün müddət inzibati həbs müddətinə daxil edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 01 yanvar 2022-ci il tarixdən 03 yanvar 2022-ci il tarixədək inzibati qaydada tutulduğu 02 gün müddət inzibati həbs müddətinə daxil edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs üzərində qəti inzibati tənbeh tədbiri olaraq 06 (altı) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 19 iyun 2022-ci il tarixdən, saat 17:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-185/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-185/2022
20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver