Məhkəmə qərarları › İş №3(033)-185/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-185/2023

08.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-185/2023 08.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X14, zərərçəkmiş şəxs X1 və Zaqatala Rayon Polis X26 X15 rayonu DAM polis leytenantı X11 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-25 avqust 2000-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, FİN xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 08 iyun 2023cü il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, 08 aprel 2023-cü il tarixdə saat 19:40 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “VAZ21214” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “KİA Rio” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə X1 əmlakına maddi zərər və özünə yüngül bədən xəsarətləri vurmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon polis şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon Polis X26 X15 rayonu DAM polis leytenantı X17 izahatında göstərdi ki, 08 aprel 2023-cü il tarixdə saat 19:55 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “VAZ21214” markalı avtomobillə Zaqatala şəhəri F.Əmirov küçəsi ilə üzü Azpetrol Yanacaq doldurma məntəqəsi istiqamətində hərəkətdə olan zaman Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin və 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq “KİA Rio” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sürücü X3 məxsus “KİA Rio” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə 1620 manat dəyərində maddi zərər və sürücünün sağlamlığına yüngül bədən xəsarətləri dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, sürücülük vəsiqəsi yoxdur. "Ramazan" ayı ilə əlaqədar oruc tutduğu üçün xx.xx.2023-cü il tarixdə Zaqatala rayon məhkəməsinin yaxınlığında olan "Şeyx" adlı kafeyə iftar- qonaqlığına dəvət edilmişdir. İftar süfrəsinə gecikdiyi üçün atası X18 özünə məxsus **-BZ-*** dövlət qeydiyyat nişanlı Vaz 21214 minik markalı avtomobili ona verərək qonaqlığa getməsinə icazə vermiş və o saat 19:40 radələrində **-BZ-*** dövlət qeydiyyat nişanlı Vaz 21214 minik markalı avtomobili götürüb iftar qonaqlığı verilən Zaqatala-Balakən yolu üzərində yerləşən Zaqatala rayon məhkəməsinin yaxınlığında olan "Şeyx" adlı kafeyə getmək üçün yola düşmüşdür. O iftar qonaqlığına Zaqatala rayonu, Aşağı Tala kənd sakini dostu Cəmil ilə birlikdə getmiş, Cəmiİ avtomobildə ön hissədə onun yanında əyləşmişdir. Yaşadığı ünvandan çıxıb Faiq Əmirov küçəsi .ilə üzü "Şeyx" kafe istiqamətində təxminən 70-80 km/saat surətlə hərəkətdə olan zaman "Azpetrol" YDM-nə çatana yaxın "Azərbaycan prospekti" istiqamətindən dairəni gözləmədən onun yoluna narıncı rəngli **-VK-*** dövlət qeydiyyat nişanlı «Kia Rio» markalı avtomobil çıxmışdır. O qarşısına çıxan avtomobili təxminən 20 metr məsafədən görərək dərhal əyləcə basmış və sükanı bir az sağa çevirərərək həmin avtomobilə dəyməməyə çalışmışdır. Lakin idarə etdiyi avtomobil sürüşərək "Kia Rio" markalı avtomobilin arxa hissəsinə dəymişdir. Qəza baş verən kimi ilk öncə Cəmil və sonra o avtomobildən düşmüş və hadisə zamanı o və Cəmil heç bir xəsarət almamışdır. Avtomobildən düşüb "Kia Rio" markalı avtomobilə yaxınlaşmış və "Kia Rio" markalı avtomobili idarə edən sürücünün xanım olduğunu görüb, xanım sürücüdən təcili tibbi yardım çağırılmasını soruşduqda o ehtiyac olmadığını», lakin baş nahiyəsinin ağrıdığını bildirmişdir. Daha sonra onlar xanım sürücünü avtomobildən düşürüb yaxınlıqda olan skamyada əyləşdirmiş və təxminən 5-10 dəqiqə ora təcili tibbi yardım briqadası gələrək xanım sürücünü X9 aparmışdır. Dəymiş maddi zərərin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslə razılığa gəlmişlər. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh növünün tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 Məmmədovun etdiyi hərəkətdən səmimi peşman olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o 2018-ci ildən avtomobil idarə edir və “B" kateqoriyalı sürücülük vəsiqəsi var. O, hər gün işlədiyi Zərifə Əliyeva adına Liseydə gimnastika dərsi keçir. xx.xx.2023-cü il tarixdə axşam, saat 19:55-də yaşadığı evdə iftar etdikdən sonra özünə məxsus **-VK-*** dövlət qeydiyyat nişanlı "Kia Rio" markalı avtomobillə gimnastika dərsi tədris etmək üçün liseyə gedirdi. O avtomobildə tək olmuş, Azərbaycan prospektindən üzü məktəb istiqamətində dairəni keçib avtomobili dayandırıb üzü Zaqatala şəhəri istiqamətinə baxıb yuxarıdan maşın gəlibgəlmədiyini yoxlamış və həmin vaxt şəhər istiqamətindən markasını bilmədiyi və dövlət qeydiyyat nişanını görmədiyi ağ rəngi avtomobil gəldiyini təxminən 200 metr məsafədən görmüşdür. O ağ rəngli maşının gəlib ona çatana kimi yolu lisey tərəfinə keçəcəyini düşünərək avtomobili hərəkat etdirərək F.Əmirov küçəsinə yolun hərəkət hissəmə daxil olub sola dönmə işarəsini yandırıb qarşıdan gələn nəqliyyat vasitəsini gözləmişdir. Bu zaman o əyləc səsi eşitmiş və sonra idarə etdiyi avtomobilin arxa hissəsindən vurulduğunu görmüşdür. Qəza nəticəsində sinə nahiyəsi maşının sükanına dəymiş, sonra isə həm sol çiyni, həm də başı avtomobilin sol tərəfində olan ön və arxa qapılarının orta sütununa dəymişdir. Daha sonra onu avtomobildən düşürdüb yaxınlıqda olan skamyada əyləşdirmişlər və bir qədər sonra hadisə yerinə təcili tibbi yardım briqadası gələrək onu X10 aparmışlar. Orada ona ilk yardım göstərilərək həmin gecəni xəstəxanada qalmağı məsləhət görülmüş, lakin onun azyaşlı övladı olduğu üçün xəstəxanada qalmaqdan imtina etmişdir. Şəxs qarşı cəza ilə bağlı hər hansı şikayəti və tələbi yoxdur. Ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Avtoservis 100 X5 tərəfindən 26 aprel 2023-cü il tarixdə verilmiş 47 nömrəli arayışdan görünür ki, nəticədə X3 məxsus “KİA Rio” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1620 manatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16 Publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 91 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Zaqatala MRX PHŞdə vət. X2 adına tərtib edilmiş tibbi sənəddə qeyd edilənlərə görə, o, xx.xx.2023-cü il tarixdə müayinə olunmuş və ona "Boyunun səthi travması. Baş beyin silkələnməsi" diaqnozu qoyulmuşdur. Vət. X4 qoyulmuş "Boyunun səthi travması. Baş beyin silkələnməsi" dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də yardım üçün Zaqatala MRX-ya müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin, zərərçəkmiş şəxsin izahatı və Zaqatala rayon polis şöbəsindən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmalıdır. Zaqatala rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 36-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İnzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, əksinə məsuliyyəti yüngülləşdirən halın olmasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsin cəza ilə bağlı hər hansı şikayət və tələbinin olmamasını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad ediləcəyi hüququnun olduğu, qərarın qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi miqdarında dəbbə pulu hesablanacağı, dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq ediləcəyi izah edilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar