Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-193/2023 03.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə Şikayət verən şəxs X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ15223224 nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin EQ15223224 nömrəli xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X3 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:59 radələrində Zaqatala-Qax yolu 8-ci km Çobankol kəndi Zaqatala istiqamətində ona məxsus 55BZ522 dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman İXM-nin 328.4-cü maddəsi ilə sürət həddini aşdığına görə 250 manat miqadarında cərimə olunmuşdur. Qeyd edir ki, həmin ərazidə sərt döngə vardır, protokolda qeyd olunmuş 145 km/saat sürətlə həmin döngəni keçmək mümkün deyildir. Eyni zamanda şəkil və video görüntülərdən də görünür ki, həmin vaxtı onun avtomobilindən öndə başqa bir avtomobil hərəkət edir və yolda qoyunlar vardır. Hesab edir ki, tərtib edilmiş protokol əsassız və qanunsuzdur. Şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məlumat verilməsinə baxmayaraq İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli EQ15223224 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:59-da X3 idarə etdiyi Vaz 21124 Minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zaqatala-Qax yolu 8-ci km Çobankol kəndi Zaqatala istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 250 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Asan Pay ödəniş sistemindən çıxarışdan görünür ki, EQ15223224 nömrəli qərarla X3 250 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayət verən şəxs X2 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət əsaslıdır və şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən görünür ki, ** BZ *** dövlət nömrə nişanlı minik avtomobili ilə yanaşı həmin avtomobilə münasibətdə eyni istiqamətdə qara rəngli minik avtomobilinin də hərəkət etməsi əks olunub. Fotoşəkillərə baxış keçirilən zaman da müəyyən olundu ki, şikayət verən şəxsin idarə etdiyi Vaz 21124 Minik markalı avtomobilin Zaqatala-Qax yolu 8-ci km Çobankol kəndi Zaqatala istiqamətində hərəkətdə olarkən 145 km/saat sürətlə hərəkət etməsi müşahidə edilmir. Çünki həmin yol sərt döngəli yol olmaqla həmin sürətlə Vaz 21124 Minik markalı avtomobilin idarə edilməsi qeyri-mümkündür. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş yəni, öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. xx.xx.2023-cü il tarixdə saat 19:59 radələrində Vaz 21124 Minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1977-ci il tarixdə Şəki rayonunda qeydiyyatda olan X2 nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saatda və daha artıq həddə aşması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, X2 21.06 2023-cü il tarixdə saat 19:59 radələrində Vaz 21124 Minik markalı ** BZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saatda və daha artıq həddə aşması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilmədiyindən DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 15223224 nömrəli xx.xx.2023-cü il tarixli elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 15223224 nömrəli xx.xx.2023-cü il tarixli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-193/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-193/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver