Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-193/2025 26.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair iş materiallarını nəzərdən keçirərək müəyyənetdi: Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-415/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 26 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X1 Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə məktub təqdim edərək Şəki Apellyasiya Məhkəməsinin 2(107)-415/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs barəsində verilmiş 26 fevral 2023-cü il tarixli protokolu baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarından görünür ki, protokol ona əlavə edilmiş sənədlərlə birlikdə məhkəməyə göndərildikdən sonra Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəməyə məktub göndərərək inzibati xəta haqqında materialın baxılmadan geri göndərilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 103-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola baxılması üçün protokol tərtib edən şəxs məhkəməyə müraciət etmək hüququna malik olduğu kimi, verdiyi protokoldan imtina etmək hüququna da malikdir. Ona görə də, Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 26 fevral 2023-cü il tarixli MN ******* nömrəli protokol baxılmamış saxlanılmalı və Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni, Zaqatala rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 26 fevral 2023-cü il tarixli MN ******* nömrəli protokol baxılmamış saxlanılsın və Zaqatala Rayon Məhkəməsinə göndərilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material onu tərtib etmiş orqana, yəni, Zaqatala rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Hakim: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №3(033)-193/2025
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-193/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver