Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-194/2024 20.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X6, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Zaqatala rayonu Mamrux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, rəsmi işləməyən, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmuş, Zaqatala rayonu Mamrux kəndində qeydiyyatda olan və orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Qurbanov X12 Rayon Məhkəməsinin 2(033)-79/2024 nömrəli 18 yanvar 2024-cü il tarixli icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 20 iyun 2024-cü il tarixli MN serıyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya Şöbəsinin icra məmuru X7 izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2024 nömrəli 18 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən 16 sentyabr 2009-cu il təvəllüdlü X8 və 28 sentyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq X4 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə ödəniş etməmiş, onun 1650 manat aliment borcu yaranmışdır. Tələbkar şikayətçidir, borcunu tam şəkildə tələb edir. Buna görə də, onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Həmçinin bildirdi ki, iddiaçı Şəxs cavabdeh X4 qarşı “nikahın pozulması” tələbinə dair birinci, iddiaçı X1, cavabdeh Şəxs qarşı “nikahın pozulması, uşaqların himayəsində saxlanması və aliment” tələbinə dair ikinci mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il il tаrixli qətnaməsindən iddiaçı Şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir və iş hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2024 nömrəli 18 yanvar 2024-cü il tarixli icra sənədindən xəbərdardır. Həmin icra sənədinə əsasən ondan aliment tutulmasına baxmayaraq, o, icra sənədinin verilməsinə əsas olmuş Zaqatala Rayon Məhkəməsinin e-2(033)-79/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamədən narazıdır və işə yenidən baxılması üçün apellyasiya şikayəti vermişdir və iş hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatındadır. Belə ki, 28 sentyabr 2011-ci il təvəllüdlü X10 faktiki olaraq onun himayəsindədir. Bu hal Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 568/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə-psixoloji ekspertizası təyin edilməsi barədə qərardadında da öz əksini tapmışdır. Odur ki, övladlarından birinin hazırda faktiki olaraq onun himayəsində olmasını və bu barədə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan işin yekunlaşmadığını nəzərə alaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X11 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar X9 izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2024 nömrəli 18 yanvar 2024-cü il tarixli icra sənədi icra edilməmişdir. Şəxs ona 1650 manat aliment borcu var. Borc ödənilmədiyi halda onun həbs olunmasını xahiş edir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-79/2024 nömrəli 18 yanvar 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 1650 manat pul alınaraq iddiaçı X4 verilməlidir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin e-2(033)-79/2024 saylı xx.xx.2024 il tarixli icra vərəqindən görünür ki, sonrakı iddia tələbi üzrə iddiaçı-ilkin iddia tələbi üzrə cavabdeh X1 ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul və dövlətə büdcəsinə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq iddiaçı X4 ödənilməli, 16 sentyabr 2009-cu il təvəllüdlü X8 və 28 sentyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat aliment tutularaq X4 ödənilməli, aliment tutulmasının əvvəli 13 sentyabr 2023-cü il tarixdən hesablanmalı, ilkin iddia tələbi üzrə iddiaçı-sonrakı iddia tələbi üzrə cavabdeh Şəxs 56 (əlli altı) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, sonrakı iddia tələbinin qalan hissəsi təmin edilməməli, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-568/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın məzmunundan görünür ki, iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmişdir və 28 sentyabr 2011-ci il təvəllüdlü X10 hazırda faktiki olaraq atası Şəxs himayəsindəndədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə iziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Qurbanov X12 Rayon Məhkəməsinin 2(033)-79/2024 nömrəli 18 yanvar 2024-cü il tarixli icra sənədi üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə iş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-568/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın məzmunundan da görünüdüyü kimi yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tululması qət edilən uşaqlardan biri 28 sentyabr 2011-ci il təvəllüdlü X10 hazırda faktiki olaraq borclu Şəxs himayəsindədir və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılan həmin mülki iş üzə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun və tələbkarın məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, Zaqatala Rayon Məhkəməsinə məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-194/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-194/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver