Məhkəmə qərarları › İş №3(033)-195/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-195/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-195/2025 12.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı sədrliyi, Məhkəmənin iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 və səlahiyyətli orqan Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis kiçik serjantı X5 iştirakı ilə, Zaqatala RPŞ-in DYPB-in yol patrul xidməti inspektoru X1 tərtib etdiyi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul etdiyi onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərarının ləğv edilməsinə dair X3 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis X9 Polisi Bölməsinin 14 fevral 2025-ci il tarixli, İXP-6901967 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 14 fevral 2025-ci il tarixdə Zaqatala rayonu ərazisində olarkən Azərbaycan Respublika Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis X9 Polisi Bölməsinin əməkdaşları idarə etdiyi avtomobili saxlamış və onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdı. Bu səbəbdən də iddia etmişdirlər ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsin 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Nəticə etibarı ilə ona 14 fevral 2025-il tarixli, İXP- 6901967 nömrəli protokol tərtib olunmuşdur, (həmin protokol ona rəsmi olaraq təqdi olunmayıb). O, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzəri tutulmuş inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Buna baxmayaraq 15 fevral 2025-il tarixdə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zaqatala Rayon Polis X9 Polisi Bölməsinin 14 fevral 2025-ci il tarixli, İXP-6901967 nömrəli inzibati tənbeh vermə haqqında qərarı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124-cü maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Odur ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur. Məhkəmə baxışı iclasında iştirak edən şikayət verən X6 şikayətin məzmununa uyğun izahat verib, onun dəlillərini müdafiə etdiyini bildirdi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, polis əməkdaşı tərəfindən ondan sürücülük vəsiqəsi tələb edildiyi vaxt onun sürücülük vəsiqəsi olmayıb. Məhkəmə baxışı iclasında iştirak edən səlahiyyətli orqan olan Zaqatala RPŞ-in DYPB-in YPX-in inspektoru, polis kiçik serjantı X10 izahatında şikayəti əsassız hesab etdiyini bildirdi və onun təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. O, izahatında həm də bildirdi ki, xx.xx.2025-ci il tarixdə Vaz21013 minik markalı 62BE419 dövlət nömrə nişanlı avtomobil X6 tərəfindən sürücülük hüququ olmadan, etibarnamə olmadan, texniki baxışdan keçirilmədən idarə edilmişdir. Şikayət verən şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, şikayət qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Zaqatala RPŞ-in DYPB-in yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, X6 xx.xx.2025-cı il tarixdə saat 00:14 radələrində Zaqatala şəhəri ərazisində, “Vaz21013” minik markalı 62BE419 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Azərbaycan Respublikası İXM-in 339.1-1,329.3,332.1 və 332.2-ci maddələrinin tələbini pozduğuna, yəni, sürücü sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə baxışı zamanı Zaqatala RPŞ-in DYPB-in yol patrul xidməti inspektoru X2 tərəfindən təqdim edilmiş xx.xx.2025-cı il tarixdə çəkilmiş video görüntü tərəflərin iştirakı ilə nümayiş etdirildi. Məhkəmə araşdırılmasında barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı mübahisəsiz qəbul edildi. Məhkəmə gəldiyi qənaətə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şikayət verən X6 “Vaz 21013” minik markalı 62BE419 dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə, Zaqatala şəhərində yerləşən "xxxx" ASC-in Zaqatala filialının inzibati binasının qarşısına gəlib orada bankda olan işini həll etməsi ilə əlaqədar avtomobili saxlamış, bununla da o, Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, səlahiyyətli orqan olan Zaqatala RPŞ-in DYPB-in yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokola əsasən onun Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat inzibati cərimə edilməsinə dair xx.xx.2025cı il tarixdə qəbul edilmiş qərarın ləğv edilməsindən imtina edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, səlahiyyətli orqan olan Zaqatala RPŞ-in DYPB-in yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş X3 Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat inzibati cərimə edilməsinə dair qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 128.2.2-ci və 128.2.3-cü maddələrinə görə, inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, şikayətin və ya protestin təmin edilməməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qanuni və əsaslı olmadığına görə səlahiyyətli orqan olan Zaqatala RPŞ-in DYPB-in yol patrul xidməti inspektoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2025-cı il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun, həmin protokol əsasında qəbul edilmiş onun Azərbaycan Respublikası İXM-in 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat inzibati cərimə edilməsinə dair qərarın ləğv edilməsi barədə olan X3 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 128.1-ci və 128.2.3, 133.2.3, 134.1 və 134.1.1-ci maddələrinə əsaslanaraq, qəraraaldı: Səlahiyyətli orqan olan Zaqatala RPŞ-in DYPB-in yol patrul xidməti inspektoru X2 tərəfindən xx.xx.2025-cı il tarixdə X6 barəsində tərtib olunmuş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun, həmin protokol əsasında qəbul edilmiş onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 manat inzibati cərimə edilməsinə dair qərarın ləğv edilməsi barədə olan X3 şikayəti təmin edilməsin. Qərarın surəti barədə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şikayət verən X4 və səlahiyyətli orqan Zaqatala Rayon Polis X9 Polisi Bölməsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan, surəti rəsmi raydada verildiyi gündən sonra 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar