Məhkəmə qərarları › İş №3(033)-196/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-196/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-196/2024 11.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, inzibati protokol tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 nümayəndəsi baş əmək müfəttişi X3, barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Mazıx Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə, Zaqatala Rayon Mazıx Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Zaqatala Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Zaqatala Rayon Mazıx Bələdiyyəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələblərini pozaraq işçilərin istehsalahatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığortasını təmin etmədiyinə görə X11 Xidmətinin X4 baş əmək müfəttişi X6 tərəfindən Zaqatala Rayon Mazıx Bələdiyyəsi barəsində İXM-nin 469.2-ci maddəsi ilə 12 iyun 2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati protokol tərtib etmiş vəzifəli şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 nümayəndəsi baş əmək müfəttişi X6 tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun çıxış edərək, Zaqatala Rayon Mazıx Bələdiyyəsinin İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində qanunla müəyyən edilmiş məbləğdə cərimə tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzbati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Zaqatala Rayon Mazıx Bələdiyyəsi nümayəndəsi X2 izahatında bildirdi ki, təqdim etdiyi sənədlərdən də görünüdüyü kimi işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması üçün Zaqatala Rayon Mazıx Bələdiyyəsi ilə "xxxx" Sığorta Şirkəti ASC arasında xx.xx.2024-cü il tarixdə sığorta müqaviləsinin bağlanması nəzərdə tutulmuş, lakin xx.xx.2024-cü il tarixdən etibarən Mazıx Bələdiyyəsinin büdcəyə olan qalıq borcları səbəbindən əməliyyat aparılmasına dair bank hesablarına sanksiya qoyulduğundan həmin gün nağdsız formada ödəniş həyata keçirilməsi mümkün olmamış, bu səbəbdən xx.xx.2024-cü il tarixdə nəğd formada ödənişi etməklə sığorta müqaviləsinin bağlamağa məcbur olmuşdurlar. Hesablarına sanksiyanın qoyulması onlara həmin gün yəni, xx.xx.2024-cü il tarixdə məlum olmuşdur. Hesablarına sanksiyanın qoyulmasını təsdiq edən sənədləri də təqdim etmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Zaqatala Rayon Mazıx Bələdiyyəsi tərəfindən onun işçiləri ilə əmək müqaviləsi bağlanmış, lakin işçilərin istehsalahatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığortası həyata keçirilməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş X11 Xidmətinin Zaqatala rayon Mazıx Bələdiyyəsinə ünvanladığı 31 may 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən, İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilmə hallarından icbari sığortalanmasını təmin etməlidir. Altsistem vasitəsi ilə aparılan təhlillər zamanı Zaqatala Rayon Mazıx Bələdiyyəsinin işçiləri ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməsi məqsədi ilə müvafiq müqavilənin bağlanmadığı müəyyən edilmişdir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmələri üçün xx.xx.2024-cü il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 dəvət olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Zaqatala regional Poçt filialı tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli 3-27-109/175/24 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdən etibarən Mazıx Bələdiyyəsinin büdcəyə olan qalıq borcları səbəbindən əməliyyat aparılmasına sanksiya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Zaqatala regional Poçt filialı tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli 3-27-109/182/24 saylı məktubdan görünür ki, Mazıx Bələdiyyəsinin hesabları "xxxx" MMC-nin Zaqatala regional Poçt filialında açılmış və bütün hesablar üzrə bank əməliyyatları həyata keçirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli, AH********** saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, bu müqavilə bir tərəfdən “Sığortaçı” adlanacaq "xxxx" Sığorta Şirkəti ASC ilə, digər tərəfdən “Sığortalı” adlanacaq Zaqatala Rayon Mazıx Bələdiyyəsi arasında imzalanmış, 1 saylı əlavəyə əsasən Zaqatala Rayon Mazıx Bələdiyyəsi üzrə əmək müqaviləsi əsasında işə cəlb edilmiş 10 işçi icbari sığorta olunmuşdur. İş materiallarına əlavə edilmiş ********** saylı xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Zaqatala Rayon Mazıx Bələdiyyəsi tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 76.77 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə edilmiş referans nömrəsi HF********** olan hesab tarixi xx.xx.2024-cü il son ödəniş tarixi xx.xx.2024-cü il olan “İnvoice”-dan görünür ki, xx.xx.2024-ci il tarixdə 76.77 manat Zaqatala Rayon Mazıx Bələdiyyəsi tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödənilmişdir. Məhkəmə barələrində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Zaqatala rayon Mazıx Bələdiyyəsinin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, hüquqi şəxs Zaqatala rayon Mazıx Bələdiyyəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, “Sığortaçı” adlanacaq "xxxx" Sığorta Şirkəti ASC ilə, digər tərəfdən “Sığortalı” adlanacaq Zaqatala Rayon Mazıx Bələdiyyəsi arasında bağlanması nəzərdə tutulan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından” icbari sığorta müqaviləsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış, lakin xx.xx.2024-cü il tarixdən etibarən Mazıx Bələdiyyəsinin büdcəyə olan qalıq borcları səbəbindən əməliyyat aparılmasına sanksiya qoyulduğundan və hesablarına sanksiyanın qoyulması onlara həmin gün yəni, xx.xx.2024-cü il tarixdə məlum olduğundan, icbari sığorta müqaviləsinin bağlanması üçün tələb olunan ödəniş planının nağdsız formada həmin gün həyata keçirilməsi mümükün olmamış, xx.xx.2024-cü il tarixdə nağd şəkildə ödəniş edilməklə həyata keçirilmiş və qeyd edilən xx.xx.2024-cü il tarixli müqavilə xx.xx.2024-cü il tarixdə qüvvəsinin almışdır. Göründüyü kimi icbari sığorta müqaviləsinin haqqının xx.xx.2024-cü il tarixdə ödənilməsi sonuncunun iradəsindən asılı olmayan səbəblərdən yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin İ hissəsinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və digər işçilər (“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş orqanlarda qulluq keçən hərbi və ya xüsusi rütbəsi olan şəxslər, məhkəmə hakimləri, habelə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla), məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla), istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular, təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu Qanunun əsasında bağlanılan icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar. Həmin Qanunun 4.0-cı maddəsinə müvafiq olaraq bu Qanuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, dövlət orqanları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, seçkili orqanlar və fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər icbari sığorta müqaviləsi bağlamaq vəzifəsi daşıyırlar. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə də məhkəmə işin bu hallarını qiymətləndirir və hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Zaqatala Rayon Mazıx Bələdiyyəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Yəni Zaqatala Rayon Mazıx Bələdiyyəsi əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Beləliklə məhkəmədə müəyyən olunur ki, Zaqatala Rayon Mazıx Bələdiyyəsi ilə "xxxx" Sığorta Şirkəti ASC arasında AH********** saylı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi qərar qəbul edildiyi gün bağlanılmış və bu müqavilə ilə müəyyən edilmiş icbari sığorta haqqı özlərindən asılı olmayan səbəblərdən bir gün sonra ödənilmişdir. Bununla da belə nəticəyə gəlinir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal mövcuddur, yəni inzibati xəta tərkibi yoxdur. Bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Zaqatala Rayon Mazıx Bələdiyyəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X4 nümayəndəsi baş əmək müfəttişi X3 12 iyun 2024-cü il tarixdə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar