Məhkəmə qərarları › İş №3(033)-197/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-197/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-197/2023 24.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X23 qızının katibliyi, Şikayət verən şəxs X7 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X6 iştirakları ilə xx.xx.1977-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Zaqatala Rayon mərkəzi X19 Şəxsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində işləyən, eyni inzibati xətanı il ərzində təkrar törətməmiş, Zaqatala rayonu Göyəm kəndində qeydiyyatda olan və orada yaşayan X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X26 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 24 iyun 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏMX-nin Şəki Zaqatala regional şöbəsi tərəfindən çıxarılmış 24 iyun 2023-cü il tarixli MN №1292424 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X15 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X22 Xidməti Şəki-Zaqatala regional şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində inzibati tənbeh vermə haqqında MN-1292424 nömrəli qərar tərtib olunmuşdur. Zaqatala RMX PHŞ 2020-ci ildən İcbari Tibbi Sığorta tərəfindən maliyyələşən idarədir. Zaqatala RMX PHŞ-i və digər tibb müəssisələrinə ayda bir dəfə əmək haqqının və digər xərclərin ödənilməsi üçün xəstəxananın büdcəsinə vəsait köçürülür və həkimlərin bonusları hesablandıqdan sonra əlavə maliyyələşmə olur. İTS tərəfindən tibb müəssisələrinə bildirilib ki, büdcədə hesab qalığı sıfırlanmalıdır. X20 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xitam əmri xx.xx.2023-cü il tarixdə maliyyə şöbəsinə daxil olmuş və son haqq hesab hesablandıqdan sonra xəstəxana xx.xx.2023-cü il tarixdə İTS-dən daxil olmuş vəsaiti 5 iş günü ərzində hesablanmış 117 manat 88 qəpik vətəndaşın hesabına köçürülmüşdür. xx.xx.2020-ci tarixdən Zaqatala Rayon mərkəzi xəstəxanasının maliyyə şöbəsinin müdiri vəzifəsində çalışır, əmək fəaliyyətim dövründə hər zaman əmək qanunvericiliyi və fəaliyyətinə aid olan Azərbaycan Respublikasının bütün normativ-hüquqi aktlarına əməl etməyə çalışmışdır, heç vaxt inzibati məsuliyyətə və müəssisə daxili intizam məsuliyyətinə cəlb olunmamışdır. Törədilən inzibati xəta onun məsuliyyətsizliyindən deyil, yuxarıda qeyd etdiyi kimi ondan asılı olmayan səbəbdən baş vermişdir. Amma, hər nə səbəbdən olursa olsun, xətanın törədilməsinə görə çox təəssüflənir. Onu qeyd edir ki, DƏMX-nin Şəki Zaqatala regional şöbəsi tərəfindən ona inzibati cərimə tətbiq olunmaqdan daha əvvəl (xx.xx.2023) həmin vəsait vətəndaşa ödənilmiş, inzibati icraata səbəb olan hal aradan qaldırılmışdır. Əlavə olaraq bildirir ki, tətbiq olunan inzibati cərimə (700 manat) onun üçün ağır maddi yükdür. Şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. O əlavə olaraq ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini nəzərə almaqla barəsində xəbərdarlıq növündə inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi baş əmək müfəttişi X8 izahatında göstərdi ki, vətəndaş X9 əmək hüquqlarının pozulması ilə bağlı X22 Xidmətinə ünvanladığı müraciətinə əsasən Xidmətin Şəki-Zaqatala regional şöbəsində araşdırma aparılmışdır. Araşdırmaya təqdim edilmiş sənədlərə baxış keçirilərkən inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. İnzibati xəta materiallarına baxılması 16 iyun 2023-cü il tarixə təyin edilmiş və bu barədə işəgötürən və işçiyə məlumat verilmişdir. İnzibati xəta materialları araşdırılarkən müəyyən edilmişdir ki, Zaqatala Rayon mərkəzi X19 X4 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son hesablaşma xx.xx.2023-cü il tarixdə hesablanıb ödənilmişdir. Bundan sonra «Zaqatala Rayon Mərkəzi Xəstəxana» Publik hüquqi şəxsin maliyyə şöbəsinin müdiri X7 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta aşkar edildiyindən 16 iyun 2023-cü il tarixdə onun barəsində MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və həmin tarixdə ona bildiriş göndərilərək inzibati xəta haqqında işə baxılmasının 24 iyun 2023-cü il tarixə saat 12:00-a təyin olunduğu bildirilmiş və o inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə dəvət edilmişdir. X15 24 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki-Zaqatala regional inzibati xəta haqqında işə baxılmasında iştirak etmiş, lakin onun tərəfindən hər hansı sübut təqdim edilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh aşağı həddə tətbiq edilmişdir. Həmin cərimənin tətbiq edilməsi səlahiyyəti şöbənin rəhbərliyinə aid məsələ olduğundan hesab edir ki, düzgün qərar qəbul olunub. Şikayətin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayət verən şəxs X7 şikayətini, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki regional ərazi şöbəsinin «Zaqatala Rayon Mərkəzi Xəstəxana» Publik hüquqi şəxsinə ünvanlandığı 08 iyun 2023-cü il tarixli məktubundan görünür ki, X10 X22 Xidmətinə ünvanladığı müraciətinin qanunamüvafiq qaydada araşdırılma aparılması barədə məlumatlandırılmış və 16 iyun 2023-cü il tarixə saat 11:00-a Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki regional ərazi şöbəsinə dəvət edilmişdir. Həmin məktubda qeyd olunan müraciət ilə bağlı “Zaqatala rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi X1 son haqqhesabın gecikdirilərək ödənilməsinə cavabdeh məsul şəxs barədə vəzifəsi, adı, soyadı, ata adı göstərilməklə 3 (üç) iş günü ərzində məlumat verilməsi tələb edilmişdir. İşdə olan Zaqatala Rayon Mərkəzi X19 şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki regional ərazi şöbəsinə ünvanlandığı 14 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Zaqatala Rayon Mərkəzi X19 şəxsinin TTTY şöbəsində sürücü vəzifəsində işləmiş X14 hesablanmış son haqq-hesabın ödənilməsi məqsədi ilə maliyyə vəsaitinin ayrılması üçün sifarişin verilməsinə məsul şəxs maliyyə şöbəsinin müdiri X11r. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X12 tərəfindən «Zaqatala Rayon Mərkəzi Xəstəxana» Publik hüquqi şəxsin maliyyə şöbəsinin müdiri X15 barəsində 16 iyun 2023-ci il tarixdə MN nömrəli ******* nömrəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, «Zaqatala Rayon Mərkəzi Xəstəxana» X29 sürücü vəzifəsində işləmiş X17 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesab gecikdirilərək xx.xx.2023-cü il tarixdə hesablanıb ödənilmişdir. Bu fakt «Zaqatala Rayon Mərkəzi Xəstəxana» X29n daxil olmuş sənədlərlə təsdiqini tapır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X26 tərəfindən qəbul edilmiş 24 iyun 2023-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «Zaqatala Rayon Mərkəzi Xəstəxana» Publik hüquqi şəxsin maliyyə şöbəsinin müdiri X15 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X25 tərəfindən imza edilməklə eyni tarixdə təhvil alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də şikayətində o, Çingiz Salahovun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin xx.xx.2023-cü il tarixdə maliyyə şöbəsinə daxil olduğunu və son haqq-hesabın xx.xx.2023-cü il tarixdə hesablandığını bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2 hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən bu işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə X2nun şikayətinin “cərimə tətbiq olunmaqdan daha əvvəl (xx.xx.2023) həmin vəsaiti vətəndaşa ödənilməsi” dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçiyə son haqq hesabın ödənilməsinin vaxtı dəqiq göstərilmiş və son haqq-hesabın işçiyə son iş günü verilməli olması qəti şəkildə qeyd edilmişdir. İşin materiallarından görünür ki, X17 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir və həmin gün ona işəgötürən tərəfindən son haqq-hesabı verilməmişdir. Zaqatala Rayon Mərkəzi X19 şəxsinin TTTY şöbəsində sürücü vəzifəsində işləmiş X14 hesablanmış son haqq-hesabın ödənilməsi məqsədi ilə maliyyə vəsaitinin ayrılması üçün sifarişin verilməsinə məsul şəxs maliyyə şöbəsinin müdiri X7 olması hüquqi şəxs tərəfindən müəyyən edilmişdir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normasından görünür ki, işçiyə son iş günü hesab edilən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyi gün son haqq-hesab verilməlidir və əmək qanunvericiliyinin həmin tələbinə əməl edilməməsi əmək qanunvericiliyində nəzərdə tutulmuş işçinin müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsi kimi qiymətləndirilir. Göründüyü kimi, X3-haqq hesabını gecikdirərək xx.xx.2023-cü il tarixdə ödənilməsi X13 məsuliyyətdən azad etmir. Məhkəmə bu hala qiymət verərək onu da qeyd edir ki, inzibati xəta aşkar edildikdən sonra onun aradan qaldırılması (protokol tərtib edildikdən sonra son haqq-hesabın ödənilməsi) heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Daha sonra, şikayət verən şəxs X15 məhkəmə iclasında verdiyi izahatında ona verilən cərimə növündə inzibati tənbeh tədbirinin xəbərdarlıq növündə inzibati tənbeh tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 24-cü maddəsinə əsasən xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir. Qanunvericiliyin tələbindən də görünür ki, xəbərdarlıq inzibati tənbeh növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuşdursa, eyni zamanda inzibati xəta törətmiş şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunursa və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilmişdirsə şəxs barəsində xəbərdarlıq inzibati tənbeh növü tətbiq edilir. Şikayət verən şəxs X15 isə ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu əsas gətirərək barəsində xəbərdarlıq inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Halbuki, onun inzibati məsuliyyətə cəlb edildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində xəbərdarlıq inzibati tənbeh növü nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X7 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, tədqiq edilmiş iş materiallarından «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» Publik hüquqi şəxsin maliyyə şöbəsinin müdiri X15 tərəfindən «Zaqatala Rayon Mərkəzi Xəstəxanası» X29 sürücü vəzifəsində işləmiş X17 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabın gecikdirilərək xx.xx.2023-cü il tarixdə hesablanıb ödənilməsi müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X7 “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X26 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 24 iyun 2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar