Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-201/2024 15.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 və inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin inspektoru X6 iştirakları ilə, Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin müdiri X8 tərəfindən qəbul edilmiş 12 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin müdiri X4 12 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-201/2024 saylı 01 iyul 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək, Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin müdiri X8 tərəfindən qəbul edilmiş 12 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayət verilməsi müddəti bərpa edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin müdiri X4 12 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli onun cərimə olunmasına dair inzibati xəta haqqında qərarın ləğv edilməsinə və inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, AYNA-nın Şəki Regional İdarəsinin müdiri X8 ona xx.xx.2024-cü il tarixli ******* nömrəli protokol yazaraq AR İXM-nin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, onun 50 (əlli) manat cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar” tərtib etmişdir. Qərarda yük avtomobili ilə buraxılış kartı olmadan fəaliyyət göstərdiyi üçün onun 50 manat cərimə edilməsi göstərilmişdir. AYNA-nın Şəki Regional İdarəsinin müdiri X4 xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli qərarını qanunsuz hesab edir. Belə ki, qeyd etmək istəyir ki, o heç bir yük daşıma ilə məşğul olmur. Yük maşını sürmək yük daşımaq demək deyildir. Heç bir sübut növü olmadan qanunsuz olaraq ona buraxılış kartı olmadan fəaliyyət göstərdiyini, yəni yük daşıdığını göstərərək ona qanunsuz olaraq cərimə yazılmışdır. İXM-nin 6.3-cü mddəsində qeyd olunur ki, inzibati xətalar qanunvericiliyinin analoqiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8ci maddəsində qeyd olunur ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunanlara əsasən hesab edir ki, barəsində qanunsuz qərar qəbul olunaraq qanunsuz inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 şikayət ərizəsinə uyğun izahat verərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin nümayəndəsi X10 izahat verərək bildirdi ki, sürücü X5 idarə etdiyi “Ford Transit” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması aşkar edilmiş və barəsində 12 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı50 manat inzibati cərimə edilməsi haqqında qərar qəbul edilmişdir. X1 qeyd edilən inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin inspektoru X10 tərəfindən tərtib olunmuş 01 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:20 radələrində Zaqatala rayonu Aşağı Tala və Muxax darəsində X3 məxsus Ford Transit markalı **-BN- *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü X2 yükdaşımaya dair buraxılış vəsiqəsinin olmaması aşkar edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin müdiri X8 tərəfindən tərtib olunmuş 12 aprel 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, sürücü X2 idarə etdiyi “Ford Transit ” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 324.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 50 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. Həmin Qanunun 4.05 və 4.07-ci maddələrinə görə ölkədaxili yük daşımaları – Azərbaycan Respublikasının hüdudları daxilində yerinə yetirilən yük daşımaları, ölkədaxili sifarişli daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyrimüntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımalarıdır. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanun avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması xidmətlərinin göstərilməsi, həmçinin avtomobil nəqliyyatının infrastruktur obyektləri ilə əlaqədar dövlət orqanları (qurumları), daşıyıcılar, infrastruktur obyektlərinin sahibləri və avtomobil nəqliyyatı xidmətlərinin istehlakçıları arasında yaranan hüquqi və iqtisadi münasibətlərə tətbiq olunur. Yuxarıda göstərilən Qanunun tələblərinə müvafiq olaraq həmin Qanunun 3.2-ci maddəsi istisna edilməklə bütün ölkədaxili yükdaşıma fəaliyyəti göstərən şəxslər tərəfindən buraxılış vəsiqəsi və hər bir avtonəqliyyat vasitəsinə buraxılış kartı alınmalıdır. Hazırda isə barəsində tənbeh tədbiri tətbiq edilmiş şəxsin bu cür vəsiqəsi olmamışdır. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrində qeyd olunmuşdur ki, Məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə sadalanan hüquq normalarını işin halları əsasında hüquqi qiymətləndirərək hesab edir ki, qəbul edilmiş qərar qanuni və əsaslı olmuşdur. Şikayətin dəlilləri heç bir sübuta söykənməyən əsassız mülahizələrdir. İnzibati orqanın gördüyü tədbirlər qanun daxilində edilən və hüquqi əsaslara söykənən qanundan doğan tələblərdir. Hansı ki, fiziki şəxs olan X5 tərəfindən bu nöqsan yol verilmişdir. İşin qeyd olunan halı qərar qəbul etmiş orqanın təqdim etdiyi sənədlər ilə təsdiqini tapır. Məhkəmə hesab edir ki, X2 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə o, qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmiş və o, bu xətanın törədilməsində təqsirlidir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (İXM-nin 84.1 və 84.2-ci maddələri). İnzibati tənbehin məqsədlərindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X12 İdarəsi tərəfindən qəbul edilmiş 12 aprel 2024-cü il tarixli, MN seriyalı ******* qərarı dəyişdirilmədən saxlanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Yerüstü Nəqliyyat X7 İdarəsinin müdiri X8 tərəfindən qəbul edilmiş 12 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar dəyişdirilmədən saxlansın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-201/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-201/2024
15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver