Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-201/2025 14.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin barəsində çıxardığı 11 fevral 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin barəsində tərtib etdiyi 11 fevral 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 01 noyabr 2010-cu il tarixdən Zaqatala rayonu Fındıqlı kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin inspektoru tərəfindən rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və yanğın təhlükəsizliyi qaydalarının normativ sənədlərin tələblərinə uyğun olmaması əsas götürülərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1 -ci maddəsinə əsasən haqqımda 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 11 fevral 2025-ci il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. Hörmətli məhkəmə o həmin qərarla qətiyyən razılaşmır və hesab edirəm ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin 11 fevral 2025-ci il tarixli MN № ******* saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, Zaqatala rayonu Fındıqlı kənd körpələr evi-uşaq bağçasının binası 1961-ci ildə istismara verilmişdir. Həmin vaxtdan hazırki dövrədək binanın yanğın təhlükəsizliyi qaydaları ilə bağlı heç bir problemlər yaranmamışdır. Lakin qeyd etmək istəyir ki, X11 İdarəsinin inspektorunun barəsində qəbul etdiyi qərarı ona münasibətdə olmalı deyil. Çünki qanunvericiliyə əsasən keçirilən yoxlamanın nəticəsinə dair qeyd olunanların yerinə yetirilməsinə görə məsuliyyət daşımalı olan şəxs o deyil. Belə ki, bağça müdiri kimi onun vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda həmin yoxlamanın nəticəsinə dair tələbnamədə göstərilən vəzifə öhdəlikləri yoxdur. Belə olan halda hesab edir ki, Zaqatala rayonu Fındıqlı kənd körpələr evi-uşaq bağçasının müdiri kimi Azərbaycan Respublikası İXM-nin subyekti o deyil və onun əməlimdə İXM-nin 518.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. X12 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi tərəfindən icrası təmin olunması üçün mənə təqdim olunan 24 yanvar 2025-ci il tarixli 36 saylı tələbnamədə göstərilənlər maddi və fiziki cəhətdən, həm də praktiki olaraq onun şəxsi imkanı və səlahiyyəti xaricindədir, eləcə də onun vəzifə öhdəliklərinə daxil deyil. X11 İdarəsinin nümayəndəsi tərəfindən təhsil müəssisəsində yanğından mühafizə ilə bağlı texniki müayinə aparılmış və həmin müayinənin nəticələrinə dair müvafiq göstərişlərin icrasının təmin olunması üçün 27 yanvar 2025-ci il tarixdə 03 nömrəli məktubla rəsmi qaydada Zaqatala rayonu üzrə Təhsil sektoruna müraciət edərək rəhbərlik etdiyi bağçada yanğından mühafizə ilə bağlı zəruri işlərin icrasının təmin olunması üçün tədbir görülməsini xahiş etmişdir. Yəni o bir bağça müdiri kimi öz üzərinə düşən vəzifəni icra etmişdir. İnzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə analoji qərarlar başqa rayonlar üzrə də vəzifəli şəxslər barəsində də qəbul edilmişdir, lakin qanunsuz olduğu üçün həmin qərarlar bir neçə birinci instansiya məhkəmələri tərəfindən məhkəmə qaydasında ləğv olunmuş və qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qərarları qanuni qüvvəsini aldığı üçün hesab edir ki, məhkəmə presedenti kimi nümunə olaraq əsas götürülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mənə 100 (yüz) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin 11 fevral 2025-ci il tarixli MN №1824770 saylı qərarı ona rəsmi qaydada 27 fevral 2025-ci il tarixdə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinə məlumat verilməsinə baxmayaraq İdarə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X5 şikayətini müdafiə edərək şikayətinin məzmununa uyğun izahat verdi və şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 518.1-ci maddəsinin tələblərini pozduğu üçün barəsində 100 manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarından görünür ki, X5 barəsində qəbul edilmiş xx.xx.2025-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda otaqların isidilməsi üçün qeyristandart elektrik qızdırıcı sobalarından istifadə qadağan olduğu halda istifadə edildiyi YTQ № 06-2004 5.12.1 əsası ilə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmiş, faktiki olaraq X5 barəsində İXM-nin 518.1-ci maddəsilə inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Halbuki Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə görə inzibati məsuliyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, X1 rayonu, Fındıqlı kəndinin uşaq bağçasının müdiri vəzifəsində işləyir. O, İXM-nin 518.1-ci maddəsilə otaqların isidilməsi üçün qeyri-standart elektrik qızdırıcı sobalarından istifadə qadağan olduğu halda istifadə edildiyi görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Halbuki qanunvericiliyə əsasən X5 həmin yanğın mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, Zaqatala rayonu Fındıqlı kəndinin uşaq bağçasının müdirinin vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4 təhsil müəssisəsinin müdiri üçün belə tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası FHN-nin X12 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin rəisi, polkovnikleytenant Azad Cavadov xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X2 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, şikayətçi X5 tərəfindən inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Zaqatala rayonu Fındıqlı kənd uşaq bağçasının müdiri X5 hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin subyekti deyildir, onun əməlində həmin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İşdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut da yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X2 Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq edilməmişdir. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayəti əsaslı olduğundan təmin edilməli, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası FHN-nin X11 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin rəisi X10 xx.xx.2025-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin X7 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2025-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X3 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-201/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-201/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver