Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-205/2024 01.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin polis polkovniki X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan şikayət verilmə müddətinin bərpa edilməsi tələbinə dair barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 şikayətini məhkəmənin binasında nəzərdən keçirərək, müəyyənetdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 şikayətlə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin polis polkovniki X3 xx.xx.2024-cü il tarixli TP6497977 nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqında qanunsuz qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6497977 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarından şikayət vermə müddətini bərpa edərək şikayətə baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 126.1-ci barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 128.2-128.2.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunan normaların məzmunundan görünür ki, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilməsi nəzərdə tutulmuş və bunun üçün 10 gün və müvafiq olaraq 20 (gün) müddətlər müəyyən edilmişdir. Həmçinin səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. İnzibati qanunvericilikdə eyni zamanda inzibati qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürüldüyü halda da şikayətin verilməsi imkanı nəzərdə tutulmuş və bunun üçün şikayət və ya protest vermiş şəxsin vəsatətinin (buraxılmış prosessual müddətin bərpasına dair) olması və həmin vəsatət əsasında müddətin hakim (səlahiyyətli orqan) tərəfindən bərpa edilməsi zəruridir. Yuxarıda şərh edilən normalardan aydın olur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər, eyni zamanda inzibati xəta haqqında qərardan şikayət və ya protest vermiş şəxs buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında vəsatət verə bilər. Şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə və ya qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilə bilər. Göründüyü kimi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bu halda məhkəmə X4 tərəfindən verilmiş ərizəyə qiymət verərək hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilməsi nəzərdə tutulmadığından X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin polis polkovniki X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan şikayəti və qərardan şikayət vermə müddətinin bərpa edilərək şikayətə baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə ərizəsi barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X2 geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin polis polkovniki X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan şikayəti və qərardan şikayət vermə müddətinin bərpa edilərək şikayətə baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə ərizəsi X2 geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin polis polkovniki X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan şikayət verilməsi üçün üzrlü səbəbdən ötürmüş müddətin bərpa edilməsi barədə vəsatətlə və şikayətlə müraciət edə bilmək hüququ şikayət verən şəxs X2 izah edilsin. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-205/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-205/2024
01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver