Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-207/2025 29.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova-Xəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil2 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru, X3 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Zaqatala rayonu, Mamrux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cumayev X9 Rayon Məhkəməsinin 2(033)-130/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, 2(033)-632/2025 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqələri və Bakı şəhər 54 saylı Notariat Konturunun 8İ-32569 saylı xx.xx.2024-cü il tarixli icra qeydini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 17 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-207/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 3(033)-207/2025 saylı qərarından zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-124/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilərərk Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 3(033)-207/2025 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında protokol və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclası zamanı Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-632/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 407 (dörd yüz yeddi) manat əsas borc və 40 (qırx) manat cərimə borcu olmaqla cəmi 447 (dörd yüz qırx yeddi) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmçinin Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 130/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından 23 yanvar 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 sentyabr 2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 (sıfır tam yüzdə əlli səkkiz) misli həddində sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı X6 ödənilməlidir. Eyni zamanda 8İ-32569 saylı, xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən borclu Şəxs müvafiq pul tutularaq Bank Olmayan Kredit Təşkilatı “Azpul” Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədlərinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədləri üzrə tam ödəniş etməmişdir. Protokol məhkəməyə təqdim edildikdən və məhkəmə iclasına fasilə verildikdən sonra icra sənədi üzrə tərəflər olan tələbkarla borclu arasında razılıq əldə edilmişdir. X2 hazırda şikayətçi deyil və borcun hissə-hissə ödənilməsi üçün vaxt verilməsinə razılıq vermişdir. Həmçinin borclu tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2025-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Göstərilənlərin nəzərə alınaraq Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin qərarlarından və Bakı şəhər 54 saylı Notariat Konturunun icra qeydindən xəbərdardır. X2 ilə aralarında razılıq əldə olunmuş və qalıq qalmış borcun ödənilməsi üçün tələbkar tərəfindən ona vaxt verilmişdir. Həmçinin tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə xx.xx.2025-ci il tarixdə 50 manat ödəniş edilmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil2 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan Zaqatala Rayon Məhkəməsinin e-2(033)-632/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 23246714 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 407 (dörd yüz yeddi) manat əsas borc və 40 (qırx) manat cərimə borcu olmaqla cəmi 447 (dörd yüz qırx yeddi) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin e-2(033)-130/2025 saylı, xx.xx.2025-cü il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından 23 yanvar 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 sentyabr 2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 (sıfır tam yüzdə əlli səkkiz) misli həddində sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı X6 ödənilməlidir. İşdə olan Bakı şəhəri 54 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli icra qeydindən görünür ki, Şəxs 28.50 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu və poçt vasitəsilə vətəndaşa göndərilən bildirişə görə 5 manat pul tutulmalıdır. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 50 manat ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs tərəfindən X5 bank hesabına 290 manat ödənilmişdir. X1 məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-130/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından 23 yanvar 2023-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 sentyabr 2024-cü il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 (sıfır tam yüzdə əlli səkkiz) misli həddində sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, ona ödənilməlidir. Borclu Şəxs ilə aralarında razılığa gəlmişdirlər ki, hər həftə 60 manat aliment pulu ödəyəcəkdir. Buna görə də borclu barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş edir. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Şəxs tərəfindən icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi halı öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə iclasında icraat iştirakçılarının izahatlarından və təqdim edilmiş sənədlərdən (qəbzlər və ərizə) görünür ki, borclu Zaqatala Rayon Məhkəməsinin e-2(033)-632/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə müxtəlif vaxtlarda 40 manat və 50 manat, Zaqatala Rayon Məhkəməsinin e- 2(033)-130/2025 saylı, xx.xx.2025-cü il tarixli icra vərəqəsi üzrə isə 290 manat ödənişlər etmiş və sonuncu icra vərəqi üzrə X2 ilə razılığa gələrək borcundan hər ay 60 manat ödəcəyinə söz verilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs hazırda qazancı və digər gəlirləri, o cümlədən tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, icra sənədləri üzrə ödənişlər etmiş və qalıq qalmış borcunun ödənilməsi ilə bağlı X2 ilə razılığa gəlmişdir. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, tələbkarın məhkəməyə ünvanladığı ərizəsində və qəbzlərdə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-207/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-207/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver