Məhkəmə qərarları › İş №3(033)-211/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-211/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-211/2025 02.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 Əli qızının katibliyi, Şikayət verən şəxs X4 iştirakı ilə, Şikayət verən şəxs X4 Bakı şəhər DYPXİ-nin Müşayiət-Eskort Bölüyü YPX İnspektoru Polis Baş X1 “inzibati tənbeh vermə haqqında” 28 mart 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi” barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPXİ-nin Müşayiət-Eskort Bölüyü YPX İnspektoru Polis Baş X1 “inzibati tənbeh vermə haqqında” 28 mart 2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X6 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-cü il tarixdə özünə məxsus olan BMW markalı dövlət qeydiyyat nişanı ** KJ *** olan avtomobillə Bakı şəhəri, Səbail rayonu İstiqlaliyyət küçəsi ilə hərəkətdə olduğu zaman yolun Azərbaycan prospekti və Əziz Əliyev küçəsi istiqamətində hərəkət etdiyi zaman yolda “Yol hərəkəti haqqında” Qanunda göstərilən yol nişanı yerdə 5.8.1 zolaqda hərəkət istiqaməti işarələnmiş həmin 5.8.1 nişanını rəhbər tutaraq hərəkəti düzünə davam etdirdiyi üçün Bakı şəhər DYPXİ Müşayiət-Eksport Bölüyü YPX inspektoru polis baş X2 saxla işarəsi verməklə onun barəsində İXM-nin 327.1-ci və 327.2-ci maddələrini rəhbər tutaraq barəsində İXP ******* saylı protokola əsasən 100 (yüz) manat 3 bal cərimə tətbiq etmişdir. Ona tərtib olunmuş protokol və onun əsasında verilmiş qərar qanunsuz olduğundan protokolun ləğv olunmasına köməklik göstərməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət təmin edilərək, şikayətçi X6 barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 327.2-ci maddələri ilə barəsində Bakı şəhər DYPXİ Müşayət-Eksport Bölüyü YPX inspektoru polis baş X2 tərəfindən qəbul edilmiş 28 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X10 “inzibati tənbeh vermə haqqında” 28 mart 2025-ci il tarixli TP ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi işin hallarına uyğun olmamış, X10 оğlunun təqsiri mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, işin halları ilə müəyyən olunduğu kimi, hazır ki iş üzrə inzibati xəta törədilən zaman Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Yol nişanları və siqnalları haqqında» Konvensiyanın 10-cu maddəsinin tələblərinə uyğun olaraq yolayrıcının asfalt hissəsində və şaquli quraşdırılmış yol nişanları arasında ziddiyyət olmuş və bu hal sürücülər üçün anlaşılmaz olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 3(033)-211/2025 nömrəli qərarından inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Bakı şəhər Baş X15 İdarəsi tərəfindən şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-175/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Bakı şəhər Baş X15 İdarəsinin şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 3(033)-211/2025 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsinin xahiş etdim hissəsində “barəsində tərtib edilmiş protokolun qanunsuz olduğundan protokolun ləğv olunmasına köməklik göstərilməsini “xahiş etsə də, birinci instansiya məhkəməsi ərizəçinin həmin tələblə məhkəməyə müraciət etmək imkanının mümkünlüyünə və bunun hüquqi əsasına diqqət yetirməmişdir. Hazirkı iş materiallarına əlavə edilmiş audio-video görüntülərdən isə görünür ki, X6 barəsində protokol tərtib ediləcəyi barədə ona məlumat verilmiş, sonuncu həmin protokolu məhkəmə və ya yuxari inzibati orqan qaydasında mübahisələndirəcəyini bildirməmiş, nəticədə barəsində İXM-in 327.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat və 3 bal cərimə edilməsinə dair İXP ******* protokol tərtib edilmiş, həmin protokol X6 tərəfindən mübahisələndirilməmiş, buna görə də barəsində həmin protokol əsasında TP ******* nömrəli qərar qəbul edilmişdir. Daha sonra, X6 həmin qərarın ləğv edilməsini deyil, barəsində tərtib edilmiş İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etmiş, işə baxan məhkəmə də qeyd edilən xüsusatları nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Eləcədə, iş materiallarına əlavə edilmiş audio-video görüntülərdən aşkar şəkildə müəyyən olunur ki, X4 hərəkətdə olduğu zolaq üzrə ilkin olaraq sola və düzünə hərəkət etmə barədə nişan, daha sonra yalnız sol istiqamətə hərəkət ilə bağlı nişan, daha sonra isə düzünə hərəkəti qadağan edən yol nişanı qoyulmuşdur. Sürücünün hərəkətdə olduğu zolağın üzərinə isə yalnız sol istiqamətə məcburi hərəkət nişanın təsviri çəkilmişdir. İnzibati iş Şəki Apellyasiya Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 3(107)-175/2025 saylı məktubu ilə 25 iyun 2025-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət verən şəxs X6 məhkəməyə ərizə və vəsatət təqdim edərək, şikayət ərizəsinə yaşayış yeri üzrə qeydiyyatda olduğu Zaqatala Rayon Məhkəməsində baxılmasını və xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında Bakı şəhər DYPXİ Müşayət-Eksport Bölüyü YPX inspektoru polis baş X2 tərəfindən tərtib edilmiş 28 mart 2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər DYPXİ Müşayət-Eksport Bölüyü YPX inspektoru polis baş X2 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında tərtib edilmiş 28 mart 2025-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixində, saat 13:16-da “BMW 328İ” markalı 99KJ328 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXMnin 327.1 və 327.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir İş materiallarına əlavə edilmiş Bakı şəhər DYPXİ-nin Müşayiət-Eskort Bölüyü YPX İnspektoru Polis Baş X2 tərəfindən təqdim edilmiş videgörüntüdən görünür ki, hərəkət zolağında “Giriş qadağandır” işarəsi qoyulmuşdur. İş materiallarına əlavə edilmiş X6 tərəfindən təqdim edilmiş videgörüntüdən görünür ki, Bakı şəhəri, Səbail rayonu İstiqlaliyyət küçəsi ilə hərəkətdə olduğu zaman yolun Azərbaycan prospekti və Əziz Əliyev küçəsi istiqamətində hərəkət etdiyi zaman yolda “Yol hərəkəti haqqında” Qanunda göstərilən yol nişanı yerdə 5.8.1 zolaqda hərəkət istiqaməti işarələnmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasi Baki Şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 04 iyun 2025-ci il tarixli, 5-19/2-843/2025 saylı məktubundan görünür ki, Zaqatala Rayon Məhkəməsinin icraatında olan inzibati xəta haqqında işin məhkəmə baxışı ilə əlaqədar ünvan 1 ünvanında yol səthində aparılmış və quraşdırılmış yol nişanları barədə Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış e-2(033)- 211/2025, xx.xx.2025-ci il tarixli müraciətinizə baxılmışdır. Bildirilmişdir ki, yol nişanlarının bir-birinə münasibətdə üstünlüyünün müəyyən edilməsi Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qaldırılan məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal X14 Nazirliyinin Tabeliyində Azərbaycan X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, göstərilən əraziyə əməkdaşlar tərəfindən baxış keçirilmiş, halhazırda yuxarıda qeyd olunan ünvan piyada zonasına aid olduğu üçün hər hansı yol nişanları və ya üstünlüyün olub-olmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İV bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Həmin Qanunun 1-ci maddəsinin 44-cü hissəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsi - sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay). Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər, 2-ci hissəsinə əsasən yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3-cü hissəsinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 69-cu maddəsinin İ bəndinə əsasən yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Həmin Qanunun 69-cu maddəsinin İİ bəndinə əsasən yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Həmin Qanunun 69-cu maddəsinin İİ-İ bəndinə eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. Həmin Qanunun 69-cu maddəsinin Vİ bəndinin 18-ci hissəsinə əsasən 1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir; Həmin Qanunun 64-cü maddəsinin İ və İİİ bəndlərinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. Həmin Qanunun 65-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin Vİ-İ bəndinə əsasən eyni yol sahəsində quraşdırılmış yol nişanlarının tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlama xətləri istisna olmaqla yol nişanları ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Müvəqqəti yol nişanları ilə müvəqqəti nişanlanma xətləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. X6 şikayətində hərəkətdə olduğu zolaq üzrə sola və düzünə hərəkət etmə barədə nişan olmasına istinad edərək, düzünə hərəkəti davam etdirdiyini bildirmişdir. Lakin şərh edilən yol hərəkət nişanlarından və iş materiallarına əlavə edilmiş audiovideo görüntülərdən aşkar şəkildə müəyyən olunur ki, X4 hərəkətdə olduğu zolaq üzrə ilkin olaraq daimi nişanlama xəti olan sola və düzünə hərəkət etmə barədə nişan, daha sonra yalnız sol istiqamətə hərəkəti tələb edən müvəqqəti yol nişanı olan 4.1.3 nişanı, daha sonra isə düzünə hərəkəti qadağan edən 3.1 nişanı qoyulmuşdur. Sürücünün hərəkətdə olduğu zolağın üzərinə isə yalnız sol istiqamətə məcburi hərəkət nişanın təsviri çəkilmişdir. Bu halda X3 istiqamətə hərəkəti tələb edən və düzünə hərəkəti qadağan edən yol hərəkət nişanlarının tələblərini pozaraq düzünə hərəkətini davam etdirmişdir. Eyni zamanda X6 hərəkətdə olduğu zolaqda daimi nişanlama xəti olan sola və düzünə hərəkət etmə barədə xətlə müvəqqəti yol nişanları olan 4.1.3 nişanı və 3.1 nişanı arasında ziddiyyət və ya uyğunsuzluq halında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin Vİ-İ bəndinin tələblərinə əsasən müvəqqəti yol nişanlarına üstünlük verilməli olduğu halda qanunun tələblərini pozmuşdur. Bununla da onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrinin tərkib elementləri yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Bakı şəhər DYPXİ-nin Müşayiət-Eskort Bölüyü YPX İnspektoru Polis Baş X1 “inzibati tənbeh vermə haqqında” 28 mart 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətçi tərəfindən göstərilən hallara qiymət verərək qeyd edir ki, X4 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş sübutlarla tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Məhkəmənin qənaətinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 əməlində İXM-in 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Göstərilən əsaslarla məhkəmə şikayətçi X4 şikayətinin dəlilləri ilə razılaşmır və onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət verən şəxs X4 Bakı şəhər DYPXİ-nin Müşayiət-Eskort Bölüyü YPX İnspektoru Polis Baş X1 “inzibati tənbeh vermə haqqında” 28 mart 2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi” barədə şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar