Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-214/2023 17.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X16 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ramazan qızının, onun müdafiəçisi X9, zərərçəkmiş şəxs X2 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X12 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxxxx 1960-cı il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Əliabad qəsəbəsində qeydiyyatda olan və Balakən rayonunda yaşаyan Şəxs Ramazan qızının haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ramazan qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 17 iyul 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 09 iyun 2023-ci il tarixdə saat 17 radələrində nəvəsi X3 döyərək dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Ramazan qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X17 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 09 iyun 2023-cü il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan X7 ərizə ilə Zaqatala RPŞ-nə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində nənəsi Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Onun şikayəti əsasında Zaqatala RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış, nəticədə Şəxs Ramazan qızının haqqında cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından barəsində tədbir görülməsi üçün qərarın surəti Zaqatala Rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bundan sonra onların izahatı alınmış və onun haqqında 17 iyul 2023-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ramazan qızı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, onun barəsində şikayət etmiş Tərlan Adıgözəlov onun qızı Elnarə Adıgözəlovanın oğludur. X14 düşmənçilik və ədavəti yoxdur. 09 may 2023-cü il tarixdə qızı Elnarə Adıgözəlovanın əri X10 döyərək bədən xəsarətləri yetirdiyi üçün qızı X8 RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bu barədə Zaqatala RPŞ-nin TBnin təhqiqatçısı, polis mayoru Şahlar Məmmədov tərəfindən araşdırma aparılaraq Mehman Adıgözəlovun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi haqqında qərar qəbul olunmuşdur. 09 iyun 2023-cü il tarixdə Zaqatala rayon Məhkəməsində həmin qərarın baxışı olmuş və Mehman Adıgözəlova 1 ay inzibati həbs verilmişdir. Həmin məhkəmə prosesi zamanı o, məhkəmə zalından kənarda gözləmə zalında oturduğu zaman qızı X1 Adıgözəlov da orada olmuş və heç bir səbəb olmadan Tərlan Adıgözəlov ona ifadə edə bilmədiyi söyüşləri söymüşdür. Bu zaman aralarında sözlə mübahisə yarandıqda nəvəsi Tərlan Adıgözəlov onun üzərinə gəlmiş, o, isə Tərlanın yanından durmuşdur. Bundan sonra o, Tərlan Adıgözəlovdan aralanmış və Tərlan Adıgözəlov orada olan Zaqatala rayon PŞ-nin Əliabad qəsəbəsi üzrə sahə polis əməkdaşlarına yaxınlaşmışdır. Həmin polislər Tərlana əhəmiyyət verməmişlər və sonradan onlar məhkəmədən çıxıb getmişlər. O, nəvəsi olan Tərlanı vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Tərlan ona şər atır. O, Zaqatala RPŞ-nə dəvət olunduğu zaman öyrənmişdir ki, nəvəsi Tərlan Adıgözəlov ondan şikayət edib. Polis şöbəsində də araşdırma aparılarkən təhqiqatçı izahat yazmış, o da oxumadan imza etmişdir. Lakin sahə rəisi ondan izahat alanda həmin izahatı oxumuşdur, sonra imzalamışdır. Onun hər hansı təqsiri yoxdur. 63 yaşında olan bir qadının 20 yaşında oğlanı vurması və ona xəsarət yetirməsi isə sadəcə şərdir. Ədalətli qərar verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, anası Elnarə Adıgözəlova atası Mehman Adıgözəlovdan boşanmaq istəyir və bir neçə müddətdir ki, aralarında mübahisə vardır. Yaxın günlərdə anası X8 RPŞ-nə ərizə ilə müraciət edərək guya atası Mehman Adıgözəlovun onu döyməsi barədə ərizə yazmışdır. 09 iyun 2023-cü il tarixdə Zaqatala rayon Məhkəməsində həmin işin baxışı olmuş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə atası Mehman Adıgözəlova 1 ay inzibati həbs verilmişdir. Həmin məhkəmə prosesi zamanı o, məhkəmə zalından kənarda gözləmə zalında oturduğu zaman anasının anası Şəxs ora gələrək heç bir səbəb olmadan ona təhqiredici sözlər demişdir. Bu zəmində aralarında mübahisə yarandıqda Şəxs onun üzərinə hücum edərək sifətinə və digər nahiyələrinə yumruq və şillələrlə vuraraq döymüşdür. Bu zaman o, Şəxs itələyərək özündən uzaqlaşdırmış və məhkəmədə olan, ərazinin sahə polis nəfəri Ruslana yaxınlaşaraq bu barədə məlumat vermişdir. O, məhkəmədən çıxdıqdan sonra Zaqatala RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Nənəsi Şəxs cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ramazan qızının vəkili X15 məhkəmə iclası zamanı çıxış edərək Şəxs Ramazan qızının əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu, cinayət işi başlanmasının rədd edilməsi haqqında 19 iyun 2023-cü il tarixli qərarı nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ramazan qızını və zərərçəkmiş şəxs X3 dinləyib, iş materiallarını araşdıraraq iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ramazan qızı barəsində olan inzibati xəta haqqında işin icraatına onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Polis X6 təhqiqatçısı polis mayoru X5 19 iyun 2023-cü il tarixli qərarından görünür ki, X2 şikayət ərizəsi əsasında Şəxs Ramazan qızının barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş və vət. Şəxs Ramazan qızının barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Zaqatala RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Bununla əlaqədar, Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X17 tərəfindən Şəxs Ramazan qızının Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 17 iyul 2023-cü il tarixdə, MN seriyalı, ******* saylı protokol tərtib edilmişdir. Həmin qərarda qeyd edilən X11 X19 xx.xx.2023-cü il tarixli 161 nömrəli rəyindən görünür ki, vət. X2 məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə iclasında da zərərçəkmiş şəxs X4 Şəxs Ramazan qızı tərəfindən xəsarət yetirilməsi sübuta yetirilməmiş, bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmiş, habelə hadisənin hər hansı şahidinin olması müəyyən edilməmişdir. Bundan başqa, Zaqatala Rayon Polis X6 təhqiqatçısı polis mayoru X5 19 iyun 2023cü il tarixli qərarına nəzər yetirildikdə də görünür ki, həmin qərar yalnız şikayətçi X2 şikayətinə əsasən qəbul edilmiş, hər hansı əlavə araşdırma aparılmamış, şəxslərin izahatları alınmaqla kifayətlənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır: Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ramazan qızı tərəfindən zərərçəkmiş şəxs X2 döyülməsi sübuta yetirilmədiyindən, eyni zamanda maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Ramazan qızı barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X17 tərəfindən 17 iyul 2023-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : Şəxs Ramazan qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X17 tərəfindən 17 iyul 2023-ci il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-214/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-214/2023
17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver