Məhkəmə qərarları › İş №3(033)-219/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-219/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-219/2025 29.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Musayev Etimad Firuz oğlunun katibliyi, Şikayət verən şəxs X4 iştirakı ilə, Şikayət verən şəxs X4 “inzibati tənbeh vermə haqqında 29 mart 2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X3 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqqında qanunsuz qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X8 şikayət ərizəsində göstərmişdir ki, Zaqatala rayonu Yol Patrul Xidməti inspektoru, polis serjantı X5 onun İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, 100 (yüz) manat cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli TP7143768 nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar" tərtib etmişdir. Həmin qərarı qanunsuz hesab edir. Qərarın surətini xx.xx.2025-ci il tarixdə almışdır. Hesab edir ki, barəsində inzibati araşdırma aparılarkən və barəsində inzibati xəta haqqında qərar tərtib edilərkən onun hüquqları pozulmuşdur. İXM-nin 122-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrinin vasitəsi ilə aşkar edildikdə real vaxt rejimində elektron formada birbaşa mərkəzə ötürülür. Həmin xətalara görə nəqliyyat vasitəsini dayandıraraq protokol tərtib etmək və qərar çıxarmaq qadağandır. Məhkəmənin diqqətinə çatdırır ki, o, heç bir inzibati xəta törətməmişdir. Yol polis inspektoruna xəta törətməməyi barədə öz etirazını bildirsə də o, onun sözlərinə heç bir əhəmiyyət vermədən barəsində birbaşa elektron qərar qəbul etmişdir. Halbuki, İXM-nin tələblərinə əsasən etiraz etdiyi halda birbaşa tənbeh qərarı qəbul edilə bilməz, protokol tərtib edilərək aidiyyatı üzrə göndərilməli idi. İXM-nin 124.3-cü maddəsində qeyd olunur ki, şəxs inzibati xəta hadisəsi ilə razılaşmadıqda vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir və həmin protokol aidiyyatı üzrə baxılması üçün yuxarı vəzifəli şəxsə göndərilir. Yuxarı vəzifəli şəxs onu dəvət edərək sübutları araşdıraraq iş üzrə yekun qərar qəbul edir. Bu hərəkətlərin heç birisi olmadığı halda inspektor onun barəsində birbaşa inzibati qərar qəbul etmişdir. Bu da onun hüquqlarının pozulması ilə nəticələnir. Bundan başqa qəbul olunmuş qərarda İXMnin 327.2-ci maddəsi qeyd olunmuşdur. 327.2-ci maddədə 10, 11-ə yaxın inzibati xəta nəzərdə tutulmuşdur. Qərarda qeyd olunmamışdır ki, o, konkret olaraq hansı inzibati xətanı törətmişdir. Qeyd olunanları məhkəmədə araşdırmaq üçün yol polis inspektoru inzibati xətanı aşkar edən video görüntüləri məhkəməyə təqdim etməlidir. Daha sonra həmin video görüntülərlə birlikdə iş materialları ekspertizaya göndərilməlidir, ona görə ki, hal-hazırki vəziyyətdə ümumi hüququn hadisəyə qiymət verməkdə çətinliyi yaranacaq və xüsusi biliyə malik ekspertlərin iş üzrə rəy verməsi vacib hesab olunur. Buna görə də, qərar ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şikayət verən şəxs X8 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş, məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, 29 martda 100 manat 3 bal cərimə edilib. X1 adı yazılıb, lakin yazan başqası idi. Hazırda isə şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X5 məhkəmədə iştirak etmədiyi üçün məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X8 29 mart 2025-ci il tarixdə, saat 16.30 radələrində idarə etdiyi X12 markalı, 99ZV203 dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri Azərbaycan prospektindən Zaqatala şəhəri F.Əmirov küçəsi istiqamətində hərəkətdə olarkən dönmə qaydalarını pozduğuna görə onun barəsində Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və onun əsasında xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X8 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X2 xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində idarə etdiyi X12 markalı, 99ZV203 dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan prospektindən Zaqatala şəhəri F.Əmirov küçəsində yolayırıcı keçmə qaydalarını pozduğu müəyyən edildi. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, X8 idarə etdiyi X12 markalı, 99ZV203 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zaqatala şəhəri Azərbaycan prospektindən Zaqatala şəhəri F.Əmirov küçəsində yolayırıcı keçmə qaydalarını pozmuşdur. Məhkəmə iclasında X8 düzgün dönmə elədiyini qeyd etsə də, videogörüntüdə yol nişanlarının olması müşahidə edildi. Göründüyü kimi, şikayət verən şəxs X8 şikayətində qayda pozuntusu etmədiyini, ona əsassız və qanunsuz olaraq protokol yazıldığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında bu hallar da öz təsdiqini tapmamışdır. Məhkəmə şikayətin “onun protokol tərtib edilərkən etirazı olmasına dair” dəlilinə qiymət verərək qeyd edir ki, şikayətçı X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı protokoldan da görünür ki, protokol, tərtib edən şəxslə yanaşı X8 tərəfindən də imzalanmış və o etirazının olmadığına dair qeyd qoymuşdur. Bundan başqa, X4 protokola məcburən imza etməsi ilə bağlı dəlilinə məhkəmə qiymət verərək qeyd edir ki, bununla bağlı da o, mötəbər sübutlar təqdim etməmiş, həmçinin ona protokola etirazı yoxdur qeydinin yazdırılmasının necə məcbur edilməsi barədə hər hansı fikir bildirməmişdir. Sadəcə qeyd etmişdir, ki, tələsdiyinə görə belə bir ifadə yazmışdır. Ona qeyd yazdığı zaman onun belə bir qeyd yazmasının məcbur edilməsinə dair hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə şikayətin digər dəlillərinə münasibət bildirərək də qeyd edir ki, şikayətdə göstərilən heç bir hal şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb və əsasdır. Bundan başqa, Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin XV hissəsinə əsasən Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X4 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X6 və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X4 xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində idarə etdiyi X12 minik markalı, 99ZV203 dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala şəhəri Azərbaycan prospektindən Zaqatala şəhəri F.Əmirov küçəsi istiqamətinə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 “inzibati tənbeh vermə haqqında 29 mart 2025-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar