Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-22/2025 21.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəki Şəhər- Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X5 tərəfindən tərtib edilmiş İXP6757708 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş TP6925188 nömrəli inzibati tənbeh vermə haqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət verən şəxs X3 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək izahatında göstərdi ki, o xx.xx.2024-cü il tarixdə 11:00-da Zaqataladan Şəki şəhərinə vəkillər bürosuna gedərkən Şəki şəhəri ərazisində yol patrul xidməti əməkdaşı onun idarə etdiyi VAZ 21013 minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dayandırmış. YPX-nin əməkdaşı onun idarə etdiyi avtomobilin zavod istehsalı olmadığını iddia edərək ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibatin xəta haqqında İXP ******* nömrəli protokol tərtib edərək 150 AZN cərimə yazmışdır. Həmin cərimə protokolu əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Onun idarə etdiyi ** BO *** VAZ qeydiyyat nişanlı VAZ- 21013 minik maşının buraxılış ili 1981-ci ildir. Bu avtomobillərin istehsalı 1988-ci ildə dayandırılmışıdr. Belə olan halda onun barəsində tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş qərar əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X2 çıxış edərək bildirdi ki, o X4 və Texnologiya Kollecini nəqliyyatda daşımalar və idarəetmənin təşkili ixtisası üzrə bitirmiş və bir müddət avtomobillərə texniki xidmət göstərmişdir. X1 idarə etdiyi VAZ 21013 minik markalı ** BO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xarici işıq cihazı onun tərəfindən quraşdırılmışdır və həmin cihaz avtomobil üçün heç bir təhlükə yaratmır. Həmin işıq cihazı R.Nəcəfovun idarə etdiyi avtomobilin konstruksiyasına uyğundur və istifadəsi qanunidir. İşdə olan xx.xx.2024-cü il tarixli TP6925188 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:29-da X3 idarə etdiyi Vaz 21013 Minik markalı 62 BO190 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 150 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X5 tərəfindən tərtib edilmiş İXP6757708 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü X3 tərəfindən idarə etdiyi Vaz 21013 Minik markalı 62 BO190 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istismarı zamanı normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi halı aşkarlanmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə uyğun inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə şikayət verən şəxs X1 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət əsaslıdır və şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2 və 342.2.2-ci maddələrinə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısının 3-cü hissəsinin (xarici işıq cihazları) qeydinə əsasən, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə araşdırılması zamanı X3 tərəfindən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi öz təsdiqini tapmamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısının 3-cü hissəsinin (xarici işıq cihazları) qeydinə əsasən, istehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir. Tərtib edilmiş inzibati xəta haqqında protokolda və həmin protokol əsasında qəbul edilmiş qərarda X3 tərəfindən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla hansısa avadanlığın quraşdırılması və ya hansı əhəmiyyətli parçasının dəyişdirilməsi barədə heç bir əsaslandırma mövcud deyildir. Bu hal məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X2 tərəfindən də təsdiq olunur. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilmədiyindən DİN Şəki Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP6925188 nömrəli xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru polis kiçik serjantı X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP6925188 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №3(033)-22/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-22/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver