Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-227/2023 09.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 katibliyi, Zaqatala rayonu polis serjantı X3 və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X5 iştirakları ilə, Zaqatala rayonu polis serjantı X3 20 iyul 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 şikayətinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 rayonu polis serjantı X6 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi tələbinə dair şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin TP ******* saylı, 20 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayət verən X8 şikayət ərizəsində göstərmişdir ki, 20 iyul 2023-cü il tarixdə saat 11:45 radələrində özünə məxsus “Mercedes-Benz V220 CDİ minik” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu, Əliabad qəsəbə (GPS: 41.482892,46.6172174 ərazidə) ərazisində hərəkət edərkən dayanmadan keçmə qadağandır (STOP) işarəsinin qarşısında dayanmışdır və yolda heç bir nəqliyyat vasitəsi olmadığını görüb yolunu davam etdirmişdir. Təxminən 300-400 metr yola davam etdikdən sonra arxasından gələn YPX-nin xidməti avtomobili işarə verərək onu saxlamış və dayanmadan keçmə qadağandır (STOP) işarəsinə riayət etmədiyini bildirmişdir. O isə ona dayanmadan keçmə qadağandır (STOP) işarəsində dayanıb sonra hərəkətini davam etdirdiyini bildirmişdir. Sonra isə mobil nömrəsinə gələn məlumatdan bildi ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş yol nişanlarının tələblərinə riayət edilməməsi barədə İXP5557573 saylı, xx.xx.2023-cü il tarixli inzibati xata haqqında elektron protokol tərtib edilmiş və həmin protokol əsasında ona TP ******* saylı, 20 iyul 2023-cü il tarixli inzibatı xəta haqqında elektron qərarla 40 manat cərimə təyin edilmişdir. Hansı ki, o həmin vaxt dayanmadan keçmə qadağandır (STOP) işarəsinin göstərişinə əməl edərək avtomobilini dayandırıb, sonra hərəkəti davam etdirmişdir. Məhkəmə iclası zamanı şikayət verən şəxs X8 şikayət ərizəsini müdafiə edərək şikayətində göstərilənlərə uyğun izahat verdi, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Zaqatala rayonu polis serjantı X6 izahat verərək bildirdi ki, 20 iyul 2023-cü il tarixdə saat 11:45 radələrində X8 idarə etdiyi Mercedes Benz V220 CDİ minik markalı ** DH *** dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu, Əliabad qəsəbə ərazisində hərəkətdə olarkən “dayanmadan keçmə qadağandır” işarəsinin tələblərini pozaraq dayanmadan hərəkəti davam etdirmişdir və bununla da yol hərəkəti qaydalarını pozmuşdur. Hadisə baş verdikdən sonra 20 iyul 2023-cü il tarixdə X8 barəsində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında həmin gün TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qərarın tam qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, surəti işdə olan səlahiyyətli orqan Zaqatala rayonu polis serjantı X6 tərəfindən qəbul edilmiş 20 iyul 2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X8 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 40 (qırx) manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 4cü hissəsinə əsasən keçiddən hərəkət qadağan olunan hallarda sürücü stop-xəttin, 2.5 nişanın və ya svetoforun yanında, bunlar olmazsa, şlaqbauma azı 5 metr qalmış, şlaqbaum olmadıqda isə birinci relsə azı 10 metr qalmış dayanmalıdır. X1 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq Zaqatala rayonu polis serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Zaqatala rayonu polis serjantı X3 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı X1nun 20 iyul 2023-cü il tarixdə, saat 11:45 radələrində idarə etdiyi MERCEDES BENZ V220 CDİ minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində hərəkətdə olarkən stop-xəttin yanında dayanmadan hərəkəti qadağan edən “Stop” yazısının tələbinə məhəl qoymayaraq hərəkəti davam etdirmişdir. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, X8 idarə etdiyi MERCEDES BENZ V220 CDİ minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə üstünlük nişanı olan dayanmadan keçmək qadağandır (2.5) nişanının tələbini pozaraq avtomobili dayandırmadan hərəkətini davam etdirir. Göründüyü kimi, şikayət verən şəxs X8 şikayətində qayda pozuntusu etmədiyini, ona əsassız olaraq protokol yazıldığını əsas gətirərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, məhkəmə baxışı iclasında bu hallar da öz təsdiqini tapmamışdır. Məhkəmə isə yuxarıda qeyd olunan hallara qiymət verərək qeyd edir ki, şikayətdə göstərilənlər heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X5 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı təkzib olunmaz və sübhə doğurmayan sübutlarla öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X5 oğlunun və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, tədqiq edilmiş Zaqatala RPŞ-nin yol patrul xidməti inspektorunun idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da X5 20 iyul 2023-cü il tarixdə, saat 11:45 radələrində idarə etdiyi MERCEDES BENZ V220 CDİ minik markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisində hərəkətdə olarkən stop-xəttin yanında dayanmadan hərəkəti qadağan edən “Stop” yazısının tələbinə məhəl qoymayaraq hərəkəti davam etdirmiş, yol nişanının tələblərinə riayət etməmiş, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Göstərilən əsaslarla məhkəmə X1nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Zaqatala rayonu polis serjantı X3 20 iyul 2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-227/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-227/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver