Məhkəmə qərarları › İş №3(033)-228/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-228/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-228/2025 24.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 iştirakı ilə, Şikayət verən şəxs X2 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o atasına məxsus **- BH-*** dövlət qeydiyyat nişanlı, VAZ-21099 minik markalı avtomobili Zaqatala şəhərində idarə edərkən Zaqatala Rayon Polis Şöbəsinin DYPB-nin Namiq adlı inspektoru onu saxlayaraq sürücülük vəsiqəsi istəmişdir. O, da Rusiya Federasiyasında yaşadığı dövrdə aldığı beynəlxalq sürücülük vəsiqəsini həmin polis əməkdaşına təqdim etmişdir. Lakin Namiq adlı polis əməkdaşı bildirmişdir ki, o beynəlxalq sürücülük vəsiqəsini tanımır, ona yerli milli sürücülük vəsiqəsi təqdim edilməlidir. O, isə ona məxsus sürücülük vəsiqəsinin Azərbaycan Respublikasında da tanındığını bildirmişdir. Lakin onun qeyd etdiklərinə baxmayaraq Namiq adlı polis əməkdaşı onun barəsində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar çıxarmışdır. Şikayət verən şəxs X4 məhkəməyə ərizə ünvanlayaraq, onun qadın olmasını, himayəsində uşaqlarının olmasını nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Zaqatala rayonu Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X8 izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə X4 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “VAZ 21099” minik markalı **-BH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmiş, bununla da qaydaları pozmuşdur. Barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* saylı qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 200 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin qeyd etmişdir ki, X2 ölkə ərazisinə daxil olduqdan sonra bir ay ərzində nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmasına baxmayaraq, o, sürücülük vəsiqəsini dəyişdirmədən 6 ay ərzində nəqliyyat vasitəsini idarə etmişdir. Qərarın tam qanuni və əsaslı olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində xx.xx.2025-ci il tarixdə «VAZ 21099» minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, təhlükəsizlik kəmərini bağlamadan və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etməsinə görə görə xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-in 332.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüzi) manat inzibati cərimə edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 17777741 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü il tarixdə Zaqatala rayonu, Danaçı kəndində anadan olmuş X4 Azərbaycan Respublikası vətəndaşıdır. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölkə ərazisinə daxil olmuşdur. Şikayətə əlavə edilmiş xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş 99 32 596879 saylı sürücülük vəsiqəsindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə xx.xx.2034-cü il tarixədək B, B1, M kateqoriyaları üzrə sürücülük hüququ verilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Şəki RQİTBŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AC seriyalı 181198 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ-21099” minik markalı **-BH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X7r. Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi-həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur və iki yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir; 34-cü maddəsinin İ hissəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir; 35-1-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 19 may 2022-ci il tarixli Qərarına əsasən yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Beləliklə, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmış, bununla da faktiki olaraq, belə vəsiqələrin Respublika ərazisində etibarlıq müddəti müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqələrinin müvafiq müddət ərzində dəyişdirilməsinə dair tələb ictimai maraqların qorunmasına yönəlməklə vəsiqə sahibinin üzərinə hər hansı ağır inzibati yük qoymur. Sürücülük vəsiqəsinin dəyişdirilməsi onun sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin Vİİİ hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir (“Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin Vİİ hissəsi). Burada məqsəd, sürücülük vəsiqəsinin ümumi reyestrə salınması, vəsiqədəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılması, balla qiymətləndirilən inzibati xətalara görə bal sisteminin tətbiq edilməsidir. Əks yanaşma İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların törədilməsinə görə sürücülərin bir il ərzində 20 və daha çox bal topladığı təqdirdə, inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair həmin Məcəllənin 27.4-cü maddəsinin tətbiqini qeyri-mümkün etmiş olar. Beləliklə, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitələrindən istifadə, yol hərəkəti sahəsində gücləndirilmiş nəzarət hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, bunun nəticəsi kimi insanların həyat və sağlamlığının, mülkiyyətinin qorunmasına yönəldiyindən, bu sahədə fərdin üzərinə qoyulan məhdudiyyətlər ictimai maraqlara tam mütənasib hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 “VAZ 21099” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 12 aprel 2025-ci il tarixdə “nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə” 12 aprel 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə 200 manat məbləğində inzibati cərimə edilmişdir. Qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallarla bağlı məhkəmə qeyd edir ki, X6 Azərbaycan Respublikasının vətəndaşıdır. X1 ölkə ərazisinə daxil olduğu gündən bir ay müddətində sürücülük vəsiqəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməmişdir. Belə olan halda, Azərbaycan Respublikasının vətəndaşı olan X6 ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməli idi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. X3 Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135.1-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 Zaqatala rayon Yol-Patrul Xidmətinin xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolu əsasında qəbul edilmiş 12 aprel 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar