Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-229/2021 08.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, Şikayət verən şəxs X2 ona yazılmış cəriməyə xitam verilməsi barədə şikayətini nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyi ilə bağlı ona yazılmış cəriməyə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edirəm ki, X5 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X5 mart 2021-ci il tarixdə təxminən saat 14:30 radələrində Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində küçədə tibbi maskadan istifadə etməyərək karantin rejimi qaydalarını pozduğuna görə onun barəsində Zaqatala rayon polis şöbəsinin sahə rəisi X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında mart 2021ci il tarixli MN ******* saylı protokol və şöbənin rəisi tərəfindən mart 2021-ci il tarixli MN ******* nömrəli qərar tərtib edilmişdir. Həmin qərar ona 26 mart 2021-ci il tarixdə göndərilmiş, 29 mart 2021-ci il tarixdə isə çatdırılmışdır. O, isə həmin qərardan şikayəti 07 may 2021-ci il tarixdə məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5 və 57.5.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayətinin mümkünlüyünü yoxlayan zaman müəyyən edildi ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 RPŞ-nin mart 2021-ci il tarixli MN ******* nömrəli qərarından qərarı aldığı gündən 10 (on) gün müddətində şikayət verməli olduğu halda, buna riayət etməmiş və qərardan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmüş müddətin bərpası ilə əlaqədar müraciəti məhkəməyə daxil olmamış və şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının mənasına görə Zaqatala RPŞ-nin inzibati xəta haqqında qərarının surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində şikayət verilə bilər və əgər şikayət vaxtında verilməmişdirsə, şikayət verən şəxsin vəsatəti ilə bu müddət səlahiyyətli orqan (vəzifəli şəxs) və hakim tərəfindən bərpa edilə bilər. Göründüyü kimi, o, qərardan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş, ötürülmüş müddətin bərpası ilə əlaqədar müraciəti məhkəməyə daxil olmamış və şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, Zaqatala RPŞ-nin mart 2021-ci il tarixli MN ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüquqları ona izah edilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X5 tərəfindən Zaqatala RPŞ-nin mart 2021-ci il tarixli MN ******* nömrəli qərarından verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüququ şikayət verən şəxs X3 izah edilsin. Qərardaddan şikayət verilə bilməz Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-229/2021
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-229/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver