Məhkəmə qərarları › İş №3(033)-229/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-229/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-229/2023 04.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X9, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-13 avqust 1986-cı il tarixdə Zaqatala rayonu Dardoqqaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 04 avqust 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 01 iyul 2023-cü il tarixdə qonşusu X3 döyərək sağlamlığa zərər vurmayan xəsarət yetişdirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs Zaqatala RPŞ-ə ərizə ilə müraciət edərək qonşusu X6 tərəfindən döyüldüyünü bildirmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdə saat 09:44-də ünvan 1ində yaşayan X6 DİN-in “102" xidməti-zəng mərkəzi sisteminə zəng vuraraq yaşadığı ünvanda qonşuları Rauf və Günel tərəfindən döyülməsi barədə məlumat vermişdir. Aparılmış ilkin araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində ünvan 1ində yaşayan X16 və onun arvadı Şəxs ilə qonşusu X6 arasında şəxsi münasibətləri zəminində mübahisə yaranmışdır. Qeyd olunan tarixdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şəxs qonşusu Hürüneyi döyərək boynunda, sol əlində, sol topuğunda bir ədəd sıyrıqlar və sağ budunda bir ədəd qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Eyni zamanda Hürüney Mehdiyevə mübahisə zamanı qonşusu Şəxs vuraraq üst dodağında bir ədəd şişkinlik, qansızma, alın nahiyəsində iki ədəd, sağ yanaq nahiyəsində bir ədəd burnunun ucunda bir ədəd, sağ əlində iki sıyrıqlarla nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. X7 və Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. X8 və Şəxs əməllərində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq, X7 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157ci maddəsinin tərkibi olduğundan onların izahatları alınmış, qərarın əsasında onlar haqqında 04 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı və ******* nömrəli protokollar tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, X8 onun qonşusudur. xx.xx.2023-cü il tarixdə ünvan 1ində həmin qonşu ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Hürüney ona xəsarət yetirmiş və o da özünü müdafiə məqsədi ilə Hürüneyi itələmişdir və ondan şikayəçidir. Hürüney Mehdiyeva ilə barışmamışdır. Dediklərinin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində təsərrüfatında olan bir baş iribuynuzlu heyvanı yaşadığı Sumaylı kəndində yerləşən örüş sahəsinə aparan zaman qonşusu Raufun yanından keçərkən Rauf onunla səbəbsiz mübahisə yaratmışdır. Qeyd olunan tarixdə Rauf onu və ailə üzvlərini nalayiq təhqiredici ifadələrlə təhqir edərək şərəf və ləyaqətini alçaltmışdır. O, həmin vaxt Raufun dediklərinə əhəmiyyət verməyərək malı sahəyə aparıb evə qayıdan zaman Rauf yenidən onunla evinin qarşısında mübahisə yaratmışdır. Aralarında baş verən mübahisə zamanı yaranan səsküy vaxtı Rauf arvadı Güneli səsləyərək çağırmışdır. Həmin vaxt Raufun arvadı Günel evdən çıxıb qəfildən onun üzərinə hücum edərək saçından tutub sürümüş, Rauf isə ona yaxınlaşıb sağ baldır nahiyəsinə bir neçə dəfə təpik vuraraq yerə yıxdırmışdır. Həmin vaxt o, yerə yıxıldıqda qışqıran səsinə bacısı Ruqiyyət gəlmişdir. Onlar bacısı Ruqiyyətin onun yanına gəldiyini gördükdə Rauf və arvadı Günel oradan qaçıb getmişdir. Bacısı Ruqiyyət ona yaxınlaşıb yerdən qaldırıb yaşadığı evə aparmışdır. xx.xx.2023-cü il tarixdə qonşuları Rauf və arvadı Günel onunla yaratdığı mübahisə zamanı yerə yıxıldıqda sol qolun dirsəyindən, sol biləyindən və eyni zamanda sol ayağın topuq nahiyəsindən sıyrıq xəsarətləri almışdır. Həmin mübahisə zamanı istifadəsində olan “Samsung Galaxy J-4” markalı mobil telefonunu Rauf əlindən alıb yerə atmışdır. Daha sonra o, qonşuları Rauf və arvadı Günelin ona qarşı etdikləri hərəkətlərə və döydüklərinə əsəbiləşərək DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng vuraraq məlumat vermişdir. Eyni zamanda Zaqatala RPŞ-nə ərizə ilə müraciət edərək Rauf və arvadı Günel barəsində tədbir görülməsini xahiş etmişdir. O, əlavə olaraq bildirdi ki, Rauf və arvadı Günel mütəmadi olaraq səbəbsiz mübahisələr yaradır və onu narahat edir. Eyni zamanda belə halların Rauf və Günel tərəfindən dəfələrlə baş verdiyini deyərək gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınmasına köməklik etməsini, Rauf və arvadı Günel barəsində tədbir görməsini xahiş etmişdir. O, Şəxs vurmamış və ona xəsarət yetirməmişdir. O, Güneldən şikayətçidir, onunla barışmamışdır, onun barəsində tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X10 məhkəmə iclası zamanı çıxış edərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, qərarın əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs həmin qərarı mübahisələndirməmişdir. Həmin qərarda qeyd edilmiş Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X17 xx.xx.2023-cü il tarixli 184 rəyindən görünür ki, vətəndaş X1 bədənində aşkar edilmiş xəsarətlər – boynunda bir, sol əlində bir ədəd, sol topuğunda bir ədəd sıyrıqlar və sağ budunda bir ədəd qançır - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insanın bədəninin hissələrinin (əl, ayaq, dırnaq və s.) təsirindən əmələ gələ bilərdilər, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, Şəxs izahatında göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Həmin Qanunun 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsin izahatını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar