Məhkəmə qərarları › İş №3(033)-229/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-229/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-229/2024 18.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin polis polkovniki X3 xx.xx.2024-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək, bərpa edilməsi tələbinə dair barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X1 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 xx.xx.2024-cü il tarixdə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin polis polkovniki X3 xx.xx.2024-cü il tarixli TP6497977 nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqında qanunsuz qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin polis polkovniki X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6497977 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarından şikayət vermə müddətini bərpa edərək şikayətə baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(033)-205/2024 saylı qərarı ilə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin polis polkovniki X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan şikayəti və qərardan şikayət vermə müddətinin bərpa edilərək şikayətə baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə ərizəsi X2 geri qaytarılmış, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin polis polkovniki X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli qərardan şikayət verilməsi üçün üzrlü səbəbdən ötürmüş müddətin bərpa edilməsi barədə vəsatətlə və şikayətlə müraciət edə bilmək hüququ şikayət verən şəxs X2 izah edilmişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X4 xx.xx.2024-ci il tarixdə yenidən ərizə ilə məhkəməyə müraciət edərək, DİN BDYPİ polis polkovniki X3 onun Aərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməyini göstərərək, 600 manat cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddətinin onun təqsiri üzündən buraxılmadığından buraxılmış müddətin səbəbini üzürlü hesab edərək müddətin bərpa edilməsinə, şikayətin isə icraata götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X4 ərizəsini onunla əsaslandırmışdır ki, həmin qərardan qərarı aldığı gündən 10 gün keçmədən şikayət vermişdir. Qərardan verilmiş şikayətinə baxılması üçün hər bir halda ötürülmüş müddətin bərpası ilə əlaqədar ərizənin verilməsi vacib hesab olunduğundan bu ərizəni yazır. Beləliklə hesab edir ki, qərardan şikayəti vermə müddətini ötürülməmişdir. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X4 ərizəsinə uyğun izahat verərək ötürülmüş müddətin bərpa edilməsinə, şikayətin isə icraata götürülməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq elektron qərar qəbul etmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni nəzərdən keçirib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X1 ərizəsi qanuni və əsaslı olmadığına görə təmin edilməməli, inzibati xəta haqqında qərardan verilmiş şikayət ona geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin polis polkovniki X3 xx.xx.2024-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarından görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2024-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və qəbul edildiyi tarixdən şikayət məhkəməyə təqdim olunması tarixədək 1 ay 06 gündən artıq müddət keçmişdir. X4 şikayətində qərarı 21 iyun 2024-cü il tarixdə aldığını göstərsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, X4 mübahisələndirdiyi qərarı nə vaxt almasına dair hər hansı sübutu şikayətinə əlavə etməmişdir. Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayəti verilmə müddətinin buraxılması səbəbinin bu əsasla üzrlü hesab edilərək, onun bərpa edilməsi tələbinə dair ərizəsinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İnzibati xəta haqqında iş materialından da görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin polis polkovniki X3 xx.xx.2024-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını aldığı gündən 20 gün müddətində şikayət verməli olduğu halda, buna riayət etməmiş, yalnız 01 iyul 2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə inzibati tənbehvermə haqqında qərarın alınması vaxtı barədə hər hansı sübut təqdim edilməməsini, inzibati qərarın tərtib edildiyi vaxtdan 1 ay 06 gündən sonra şikayət verilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X4 qərardan şikayət verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüş və şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətdə verə bilməməsinə əsas ola biləcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Ona görə də hesab edirəm ki, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin polis polkovniki X3 xx.xx.2024-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilmə müddətinin bərpa edilməsinə dair barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, şikayət verən X1 vəsatəti rədd edilməli, şikayət və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü və 130-cu maddələrinə əsaslanaraq, qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin polis polkovniki X3 xx.xx.2024-cı il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmə müddətinin buraxılması səbəbinin üzrlü hesab edilərək bərpa edilməsi tələbinə dair barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs X1 vəsatəti rədd edilsin. Şikayət inzibati xəta törətmiş şəxs X2 geri qaytarılsın. Qərardadın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardaddan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar