Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-231/2022 03.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X7 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin X2 sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X8 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxxxxx 1978-ci il tarixdə Zaqatala rayonu Muğanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Muğanlı kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib müəyyənetdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 07 iyul 2022-ci il tarixdə saat 14:00 radələrində Zaqatala şəhər bazarında Nurlana Ramazanovaya qarşı nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin X2 sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayon Muğanlı kənd sakini Şəxs DİN-in “102” xidmətinə və Zaqatala RPŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zaqatala şəhər mərkəzi bazar ərazisində Məhəbbət adlı qadınla söhbət etdiyi zaman sonuncunun adını bilmədiyi qızı ona yaxınlaşaraq özlərinin mağazasından qovmuşdur. Buna görə onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Məhəbbətin qızı ona ayaqqabı ataraq sifətinə vurmuş və həmin vaxt 15 manat dəyərində olan eynəyi qırılmışdır. Bundan sonra Məhəbbətin qızı ona təkrar ayaqqabı ataraq sinəsinə vurmuş, paltar asanla sol qoluna və sol ayağına vurub ona xəsarət yetirmişdir. O, həmin qadın barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə X1 RPŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zaqatala rayon Muğanlı kənd sakini Şəxs sərxoş vəziyyətdə ünvan 1 ünvansız nalayiq ifadələr demiş və bu səbəbdən aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o, Bayrama bir dəfə sillə və ayaqqabı ataraq vurmuşdur. O, Bayram barəsində tədbir görülməsini xahiş etmişdir. Bundan sonra Şəxs şöbəyə dəvət olunmuş, onun izahatı alınmışdır. Onun hərəkətlərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və bundan sonra onun haqqında 03 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Polis şöbəsində saxlanılmamış, bügun saat 16:00-da məhkəməyə gəlmişdir. Barəsində qanuna müvafiq qaydada qərar edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Muğanlı kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı kənddən Zaqatala şəhər mərkəzi bazar ərazisinə gəlmiş, həmin ərazidəki kafedə oturub tək 250 qram araq və pivə içmişdir. Bundan sonra, o, bazar ərazisində paltar satan Məhəbbətin mağazasının qarşısından keçəndə Məhəbbət onunla görüşüb söhbət etmişdir. Məhəbbətlə söhbət edərkən onların yanına sonuncunun adını bilmədiyi qızı gəlmiş və onu kobudlayaraq mağazadan getməsini tələb etmişdir. Həmin vaxt onların arasında mübahisə baş vermişdir. Mübahisə zamanı Məhəbbətin qızı mağazada satdığı ayaqqabını əlinə götürüb ona ataraq sifətinə vurmuşdur. Həmin vaxt gözünə taxdığı 15 manat dəyərindəki eynəyi sınmışdır. Bundan sonra Məhəbbətin qızı təkrar ayaqqabı ataraq onun sol qoluna və sinəsinə vurmuş, daha sonra isə paltar asan taxtanı götürüb sol qoluna və sol ayağına vurub ona xəsarət yetirmişdir. O, da zərbənin təsirindən ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Eyni zamanda sərxoş olduğundan bəzi hərəkətləri yadında qalmamışdır. İctimai qaydanı pozmamışdır. O, Nurlana Ramazanova ilə barışmamış və ondan üzr istəməmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X11 çıxış edərək hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Zaqatala rayon 2 saylı bazar ərazisində anası ilə ayaqqabı və geyim əşyaları sataraq dolanırlar. Zaqatala rayon Muğanlı kənd sakini Şəxs mütəmadi olaraq sərxoş vəziyyətdə bazar ərazisində gəzərək mağaza sahiblərinə sataşaraq, nalayiq ifadələr deyərək mübahisələr yaradır. Dəfələrlə Bayram sərxoş vəziyyətdə onların mağazasına gəlib mübahisə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində mağazada olduğu zaman Bayram sərxoş vəziyyətdə gəlib ona söz atmışdır. “Onu sevdiyini demişdir.” O, Bayramdan nə dediyini soruşduqda, sonuncu ona nalayiq ifadə demişdir. Həmin vaxt qonşuluğunda yerləşən mağazada işləyən Zöhrə adlı qadın ondan Bayramın kimə söyüş söydüyünü soruşmuşdur. Buna görə o, Bayramdan kimə söyüş söydüyünü soruşaraq çıxıb getməsini tələb etmişdir. Bayram qıcanaraq “mağazanı başığa çevirərəm" deyib onun üstünə getmişdir. Həmin vaxt o, Bayrama bir dəfə sillə vurmuşdur. Buna baxmayaraq Bayram nalayiq ifadə işlədib onun üstünə gedəndə o, ayaqqabı götürüb ataraq Bayrama vurmuşdur. Bundan sonra Zöhrə Bayramın çıxıb getməsini tələb etmişdir. Bayram nalayiq ifadələr deyərək çıxıb getmişdir. Mübahisə 5 dəqiqə davam etmişdir. Bayram mağazanın girişində olan pilləni çıxanda ayağı büdrəyərək eynəyini yerə salıb qırmışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, qərarın əsasında Şəxs haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin qərarı mübahisələndirməmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zaqatala rayonu Muğanlı kənd sakini Şəxs sərxoş vəziyyətdə Zaqatala rayonu 2 saylı bazar ərazisində yerləşən X4 ayaqqabı və geyim əşyaları satan mağazasının qarşısında heç bir səbəb olmadan sonuncuya nalayiq ifadələr deyərək, eləcə də ucadan ünvansız nalayiq ifadələr deyərək ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin 07 iyul 2022-ci il tarixli 344 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs orta dərəcəli sərxoş olması göstərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, onun məhkəmə iclasında verdiyi izahatı iş materiallarında olan sübutlarla təkzib olunur. Onun “ictimai qaydanı pozmaması” ilə bağlı izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı, protokol tərtib edən şəxsin və şahidin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs həmin əməli sərxoş halda törətməsi müəyyən edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş halda inzibati xəta törətməsi məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halın olmasını, yüngülləşdirən halların olmamasını, onun şəxsiyyətini və əmlak vəziyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, eyni zamanda inzibati xəta törədən şəxsi tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli məhkəməyə gəldiyi vaxtdan, yəni 03 avqust 2022-ci il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 03 avqust 2022-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-231/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-231/2022
03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver