Məhkəmə qərarları › İş №3(033)-234/2020

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-234/2020

30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-234/2020 30.06.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi x5 qızının katibliyi, Şikayət verən şəxs x1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis serjantı x2 iştirakları ilə, Şikayət verən şəxs x1 Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı x6 tərəfindən barəsində 04 iyun 2020-ci il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs x3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis serjantı x6 tərəfindən tərtib edilmiş 04 iyun 2020-ci il tarixli TP ******* saylı qərarın ləğv edilərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət verən şəxs x3 şikayət ərizəsində göstərmişdir ki, o, Zaqatala rayonu Yuxarı Tala kənd sakinidir. AE712174 nömrəli sürücülük vəsiqəsi vardır. ”Opel Astra” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə ilə idarə edir. 04.06.2020-ci il tarixində saat 12:14 radələrində etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Yuxarı Tala kəndi ərazisində, el arasında “Muğanlı kuruqu” kimi adlanan dairəvi hərəkət kəsişməsi yaxınlığında hərəkətdə olarkən arxasi ilə gələn ** YP *** dövlət qeydiyyat nişanlı YPX avtomobili tərəfindən heç bir əsaslı səbəb olmadan ondan avtomobili saxlamağı tələb olunmuşdur. O, avtomobili saxladıqdan sonra ona yaxınlaşan YPX inspektoru polis serjantı x6 onun hərəkət zamanı sükanı əlindən buraxdığını, idarə etdiyi YPX avtomobilindəki kamera vasitəsi ilə qeydə aldığını, bu səbəbdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsinə uyğun olaraq 40 (qırx) manat məbləğində cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. O, hesab edir ki, həmin qərar qanunsuzdur və heç bir hüquqi əsası yoxdur. Belə ki, o avtomobili idarə edərkən hər iki əlini sükandan buraxaraq hərəkət etməmişdir. Onun idarə etdiyi avtomobil mexaniki surət qutusuna malik avtomobildir, təbii olaraq avtomobil idarə edərkən hər dəfə pillə dəyişəndə bir əlini sükandan çəkməyə məcburdur. Onun arxası ilə gələn YPX inspektoru hansı xüsusi texniki vasitələrin köməyi ilə onun avtomobilinin sükandan tam olaraq əllərini çəkərək idarə etdiyini müəyyən etdiyi məlum deyildir. Azərbaycan Respublikası İXM-nin 342.1.4-cü maddəsində hərəkət zamanı sükanı buraxmağa görə nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydasının pozulması qeyd edilmişdir. O, isə adətən sükanı hər iki əlini tutaraq avtomobili idarə edir, yalnız mexaniki surət qutusunda pillə dəyişərkən bir əlini sükandan götürməyə məcbur olur. Əgər bu halı qayda pozuntusu hesab edəsi olsaq belə çıxır ki, ümumən ölkə ərazisində hərəkətdə olanda bütün mexaniki surət qutusuna malik avtomobillərin sürücüləri hər gün qayda pozuntusuna yol verir, bu isə qanuni, əsaslı və məntiqli əsas deyidir. Bundan başqa, o dəfələrlə Orxan Musayevdən hətta onların rəhbərliyindən onun avtomobili idarə edərkən sükandan əllərini buraxaraq idarə etdiyinə dair maddi sübutu yəni foto və ya video görüntünü ona göstərməsini tələb etsə də, onlar müxtəlif bəhanələr ilə bundan yayınmışlar. O, hesab edir ki, belə bir görüntü ümumiyyətlə mövcud deyildir. Bundan başqa xüsusi olaraq qeyd etmək istərdi ki, Orxan Musayev onun avtomobilini saxladaraq barəsində əsassız olaraq protokol tərtib edərkən İXM-nin 122.5-ci maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, həmin maddənin tələbinə görə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılması qeyd edilmişdir. Həmin Məcəllənin 122.3 və 122.3.1-ci maddələrində göstərilir ki, inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücü tərəfindən törədildiyini sübut edən foto və ya video matiriallar) əlavə edilməlidir. Şikayət verən şəxs x3 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat vermiş, əvvəlki məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, o, idarə etdiyi avtomobilin sükanından hərəkət zamanı əlini buraxmamış, əlini buraxmış olsa belə, o ancaq ötürücünü dəyişmək üçün sağ əlini sükandan buraxmışdır. O, heç bir qanun pozuntusu etmədiyi halda polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə edilmişdir. Hazırda isə şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis serjantı x6 izahatında göstərdi ki, x1 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol qanuni, əsaslı və ədalətlidir. x3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, xidmətdə olduğu zaman x3 idarə etdiyi ** CU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 04 iyun 2020-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində hərəkətdə olarkən hərəkət zamanı sükanı əlindən buraxmışdır. Qeyd olunan hal yol patrul xidməti avtomobilinə quraşdırılmış videokamera vasitəsi ilə də qeydə alınmışdır. Onu bu əsasla saxlamışlar. Ona etdiyi qayda pozuntusu barədə məlumat verilmiş və bu əsasla da tərəfindən x3 barəsində 04 iyun 2020-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Ona görə də onun şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, x3 04 iyun 2020-ci il tarixdə idarə etdiyi “Opel Astra” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin Yuxarı Tala ərazisində hərəkətdə olarkən hərəkət zamanı sükanı əlindən buraxmış, bununla da, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğuna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı x6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsi ilə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. x3 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın ləğv edilərək işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 342.1.4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni hərəkət zamanı sükanı əlindən buraxmağa, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etməyə görə-qırx manat məbləğində cərimə edilir. Şikayətçi x3 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tərəfindən şikayət verən şəxs x1 xahişi nəzərə alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı x6 tərəfindən onun idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlər CD diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı x2 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı şikayətçi x1 04 iyun 2020-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Opel Astra” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin Yuxarı Tala kəndi istiqamətində hərəkətdə olarkən hərəkət zamanı sükanı əlindən buraxaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğu müəyyən edildi. Belə ki, videokamera vasitəsi ilə qeydə alınmış çəkilişdən görünür ki, Qüdrət Yaqubov idarə etdiyi ** CU *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman sol əlini sükandan buraxmışdır. Halbuki şikayətçi izahatında göstərdi ki, onun avtomobili mexaniki surətlər qutusuna aid avtomobildir. O, idarə etdiyi avtomobilin sükanından hərəkət zamanı əlini buraxmamış, əlini buraxmış olsa belə, o ancaq ötürücünü dəyişmək üçün sağ əlini sükandan buraxmışdır. İşin hallarından isə müəyyən edildi ki, onun göstərdiyi hallar həqiqəti əks etdirmir. Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı x2 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında dəfələrlə baxış keçirildikdən sonra x3 hadisənin videoçəkilişdə göründüyü kimi olduğunu bildirdi. Lakin, həmin vaxt əlinin yorulduğunu, əlini sükandan götürməsinin səbəbinin isə yorğunluqdan olduğunu bildirmişdir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, x1 göstərdiyi xüsusatlar səbəbindən əlini sükandan buraxması heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, şikayətçi x3 oğlunun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, x3 oğlunun və protokol tərtib edən şəxsin izahatları ilə yanaşı, onun vəsatəti əsasında alınaraq tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı x2 idarə etdiyi xidməti avtomobilə quraşdırılmış videokamera vasitəsi ilə qeydə alınmış çəkilişlərə məhkəmə iclasında baxış zamanı da x1 04 iyun 2020-ci il tarixdə, saat 12 radələrində idarə etdiyi “Opel Astra” markalı, ** CU *** dövlət qeydiyyat nişanlı avtomobili ilə şəhərin Yuxarı Tala kəndi istiqamətində hərəkətdə olarkən hərəkət zamanı sükanı əlindən buraxaraq nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduğu müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə şikayətçi x1 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: x1 “Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis serjantı x6 tərəfindən barəsində 04 iyun 2020-ci il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək işin icraatına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar