Məhkəmə qərarları › İş №3(033)-236/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-236/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-236/2024 21.08.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X11 tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X4 şikayətinə iş materialları ilə birlikdə baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X7 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Mazıx Bələdiyyəsinin sədri vəzifəli şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, işçilərin istehsalatda bədbəxt hadisələrdən İcbari Sığortası haqqında qanunun tələblərinin pozulması ilə bağlı onun 1500 manat cərimə edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Mazıx bələdiyyəsinə Azərbavcan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X10 Xidmətinin Şəki-Zaqatala regional idarəsinin 31 may 2024-cü il 3-17-5/234222/2024 №-li məktubu 05 iyun 2024-cü il tarixdə daxil olmuş və məktubda Mazıx bələdiyyəsinin işçilərin istehsalatda bədbəxt hadisələrdən icbari sığortalanma müqaviləsinin bağlanmamasının müəyyən edildiyi bildirilmiş və qeyd olunmuşdur ki, müqavilənin bağlanmadığı hallarda İXM-nin 469.2 maddəsi ilə vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 5000 manat cərimə olunacağı bildirilmişdir. Məktubda həmçinin bu işlərin görülməsi üçün son müddət xx.xx.2024-cü il olduğu qeyd olunmuşdur. Mazıx Bələdiyyəsinin mühasibi həmin gün ərzində "Atəşgah Həyat Sığortası" şirkəti ilə ASAN imza vasitəsi ilə sığorta müqaviləsi bağlamışdır. Bu barədə bələdiyyənin elektron ünvanına (AZElektron ünvan ) 12 iyun 2024-cü il saat 17-59-da müvafiq məlumat daxil olmuşdur. Məlumatda həmçinin qeyd olunur ki, müqavilə "online" ödəniş gözləyir. Bələdiyyənin cari hesabı üzərində inkassa sərəncamı olduğuna görə ödəniş edilməsi qeyri-mümkün olmuşdur. Bununla da Əmək Müfəttişliyinin verdiyi müddət onların iradəsindən asılı olmayan səbəblərdən bitmişdir. Nəticədə bələdiyyə sədrinə və bələdiyyəyə ayrı-ayrılıqda olaraq cərimə protokolları tərtib edilmişdir. Cərimə protokolları onun xəstəliyi ilə əlaqədar müayinə və müalicə üçün Bakı şəhərində olanda onun iştirakı olmadan tərtib edilməsini, onunla protokolun yazılması zamanı nəzərdə tutulan heç bir izahat işləri aparılmadığını və üzrlü səbəblərini nəzərə alıb cərimə protokolundan məhkəməyə şikayət üçün nəzər də tutulmuş ötürülmüş müddətin bərpasını təmin etməyi xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-236/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ərizə təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X11 tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X4 şikayət verilməsi müddəti bərpa edilmişdir. Məhkəmə iclası zamanı şikayət verən vəzifəli şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X9 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, inzibati tənbeh vermə haqqında 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayət verən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş vəzifəli şəxs X4 şikayətini, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X7 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 12 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və inzibati xəta haqqında işin digər materiallarına əsasən vəzifəli şəxs X9 İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2024-ci il tarixli, AH********** saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, bu müqavilə bir tərəfdən “Sığortaçı” adlanacaq "xxxx" Sığorta Şirkəti ASC ilə, digər tərəfdən “Sığortalı” adlanacaq Zaqatala Rayon Mazıx Bələdiyyəsi arasında imzalanmış, 1 saylı əlavəyə əsasən Zaqatala Rayon Mazıx Bələdiyyəsi üzrə əmək müqaviləsi əsasında işə cəlb edilmiş 10 işçi icbari sığorta olunmuşdur. Qeyd olunan müqavilənin 6.2-ci bəndindən görünür ki, müqavilə sığorta haqqının birdəfəlik və ya ilk hissəsinin ödənildiyi günü ertəsi gün saat 00:01-dən qüvvəyə minir. İşdə olan ********** saylı xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Zaqatala Rayon Mazıx Bələdiyyəsi tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına 76.77 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 3-17-5/2-C-39846/2024 saylı 24 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarı 24 iyun 2024-cü il tarixdə X6 poçt vasitəsi ilə ünvanlamışdır. xx.xx.2024-cü il tarixdə Mazıx Bələdiyyəsində qəbul edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 3(033)-196/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Zaqatala Rayon Mazıx Bələdiyyəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 nümayəndəsi baş əmək müfəttişi X2 12 iyun 2024-cü il tarixdə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 3(107)-234/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Şək-Zaqatala ragional şöbəsinin rəisi Akif Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 3(033)-196/2024 saylı qərarı ləğv edilmiş və Zaqatala Rayon Mazıx Bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş sənədlər qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, vəzifəli şəxs X1 olduğu Zaqatala Rayon Mazıx Bələdiyyəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından Zaqatala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 3(033)-196/2024 saylı qərarı ilə onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 nümayəndəsi baş əmək müfəttişi X2 12 iyun 2024-cü il tarixdə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilmişdir. Qeyd edilən qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Şək-Zaqatala ragional şöbəsinin rəisi Akif Əliyev tərəfindən şikayət verilmiş Şəki Apellyasiya Məhkəməsinin 3(107)-234/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Şək-Zaqatala ragional şöbəsinin rəisi Akif Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 3(033)- 196/2024 saylı qərarı ləğv edilmiş, Zaqatala Rayon Mazıx Bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qərar elan olunduğu andan qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Zaqatala Rayon Mazıx Bələdiyyəsinin İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir. Hüquqi şəxsin məsuliyyətə cəlb olunması, həmin əməli törətməkdə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmədiyindən, həmçinin Şəki Apellyasiya Məhkəməsinin 3(107)-234/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Zaqatala Rayon Mazıx Bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək, 5000 (beş min) manat məbləğində inzibati cərimə edildiyindən, Zaqatala Rayon Mazıx Bələdiyyəsinin sədri X4 da inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X7 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslı sayılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayətin təmin olunmamalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X7 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Göstərilən əsaslarla məhkəmə qeyd edir ki, şikayətçi Zaqatala Rayon Mazıx Bələdiyyəsinin sədri X4 şikayəti göstərilən əsaslara görə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Zaqatala Rayon Mazıx Bələdiyyəsinin sədri X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X11 tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarına xitam verilməsi tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar