Məhkəmə qərarları › İş №3(033)-237/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-237/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-237/2022 10.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, Şikayət verən şəxs X1 inzibati tənbeh vermə haqqında 25 dekabr 2021-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayətini nəzərdən keçirib m ü ə y y ə n e t d i m: Şikayət verən şəxs X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu polis leytenantı X4 25 dekabr 2021-ci il tarixli TP ******* nömrəli onun cərimə olunmasına dair inzibati xəta haqqında qanunsuz qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayətə, ona əlavə edilmiş sənədlə birlikdə baxaraq hesab edirəm ki, X3 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X3 25 dekabr 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı şikayətinə əlavə etmiş, lakin həmin inzibati tənbeh vermə haqqında qərarı nə vaxt alması məlum deyildir, həmin qərarın qəbul edildiyi tarixdən şikayət məhkəməyə təqdim olunan tarixədək 07 ay 15 gün müddət keçmişdir. X3 şikayətinə qərarla yanaşı polis şöbəsinin “qərarın surətinin ona göndərilməsi” barədə 02 avqust 2022-ci il tarixli məktubunu əlavə etmiş, lakin həmin məktubdan ona qərarın surətinin təkrar verilib-verilməməsi və ya hansı qərarın verilməsi görünmür. Göründüyü kimi, X3 mübahisələndirdiyi qərarı nə vaxt almasına dair hər hansı sübutu şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər Həmin Məcəllənin 130.2-130.3-cü maddələrində isə göstərilmişir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5 və 57.5.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İşin hallarını, inzibati tənbehvermə haqqında qərarın alınması vaxtı barədə hər hansı sübut təqdim edilməməsini, inzibati qərarın tərtib edildiyi vaxtdan 07 ay 15 gün gün sonra şikayət verilməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında 25 dekabr 2021-ci il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə ümumi qaydada şikayət ilə müraciət etmək hüquqları ona izah edilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 tərəfindən inzibati tənbeh vermə haqqında 25 dekabr 2021-ci il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra Zaqatala rayon polis şöbəsinin 25 dekabr 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün üzrlü səbəbdən ötürmüş müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət edə bilmək hüququ şikayət verən şəxs X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar