Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № 3(033)-238/2020 21.07.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyi ilə, Şikayət verən şəxs X2 Baş Dövlət X8 V tağım Baş yol patrul xidmətinin inspektoru polis baş leytenantı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP-3696703 saylı qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxx 2020ci il tarixli TP ******* saylı qərarın ləğv olunmasını xahiş etmişdir. Şikayət verən şəxs X5 şikayət ərizəsi ilə yanaşı, vəsatətlə məhkəməyə müraciət edərək, V tağım baş yol patrul xidməti inspaektoru, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş xx xxx 2020-ci il tarixli TP ******* saylı qərardan şikayətin verilmə müddətinin buraxılması səbəbinin üzrlü hesab etməklə, bərpa edilərək şikayət ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 3(033)-238/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək Baş Dövlət X8 V tağım Baş yol patrul xidmətinin inspektoru polis baş leytenantı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP-3696703 saylı qərarından şikayət verən şəxs X2 şikayət verilməsi müddətini buraxmasının üzürlü hesab edilməsi və şikayətin məhkəmənin icraatına qəbul edilib sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi qərara alınmışdır. Şikayət verən şəxs X5 məhkəməyə ərizə göndərərək verdiyi şikayət ərizəsinin baxılmamış saxlanılaraq ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 verdiyi şikаyətin baxılmamış saxlanılması barədə müraciətini iş materialları ilə birlikdə аrаşdırıb hesаb edir ki, аşаğıdа şərh olunаn əsаslаrа görə ərizə təmin edilməli və şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir (Maddə 128.2.3). “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.5-ci maddəsinə əsasən, şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Qeyd olunan normaların məzmunundan aydın olur ki, birinci instansiya məhkəməsində iş o zaman başlayır ki, qanunla səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət etmək hüququna malik olan şəxslər, o cümlədən zərər çəkmiş şəxs həmin məhkəməyə şikayət versin, müraciət etsin. Məhkəmə qeyd edir ki, hər kəs pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı dövlət orqanlarına müraciət etmək hüququna malik olduğu kimi, verdiyi şikayətdən imtina etmək hüququna da malikdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 şikayəti baxılmamış saxlanılmalı və Baş Dövlət X8 V tağım Baş yol patrul xidmətinin inspektoru polis baş leytenantı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP-3696703 saylı qərarının qanuniliyi üzrə yoxlama aparılmadan iş materiallarına əlavə olunmuş sənədlər şikayət verən şəxs X4 qaytarılmalıdır. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət verən şəxs X2 şikаyət ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. Baş Dövlət X8 V tağım Baş yol patrul xidmətinin inspektoru polis baş leytenantı X3 tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP- 3696703 saylı qərarının qanuniliyi üzrə yoxlama aparılmadan iş materiallarına əlavə olunmuş sənədlər şikayət verən şəxs X4 qaytarılsın. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-238/2020
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №3(033)-238/2020
21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver