Məhkəmə qərarları › İş №3(033)-239/2024

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-239/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-239/2024 18.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, inzibati xəta haqqında qərar qəbul etmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 nümayəndəsi baş əmək müfəttişi X2, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X11 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərardan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı "İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X11 tərəfindən barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib etmişdir. Protokol onun əsasında tərtib olunmuşdur ki, güya ona onun özü tərəfindən müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı əmək haqqı verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki-Zaqatala regional şöbəsi "İnizbati tənbeh vermə haqqında" xx.xx.2024-cü il tarixli, MN-1291285 nömrəli qərar qəbul edərək onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutan inzibati xətanı törətməsi ilə təqsirli görərək 1200 manat miqdarında inzibati qaydada cərimə etmişdir. O faktiki olaraq 2014-cü ildən işləmir. Rəsmi olaraq isə onun vergi ödəyicisi kimi fəaliyyəti vergi orqanları tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı ilədək dayandırılmışdır. 2014-cü ilədək o evinin altında balaca köşkdə (mağazada) qənd, çay, makaron və sair satmaqla yaşamışdır. Həmin vaxtdan etibarən o işləmir. Onun ümumiyətlə işçisi olmayıb. O Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Necə ola bilər ki, o özü özü ilə əmək müqaviləsi bağlasın. Həmçinin qeyd etmək istəryir ki, o vergi ödəyicisi kimi fəaliyyətini rəsmi olaraq 2016-cı il tarixdən, yəni 8 ildir ki, dayandırmışdır. Belə olan halda inzibati qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunma müddəti də bitmişdir. O inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi, onun özünün özü ilə əmək müqaviləsi bağlmasının qeyri-mümkün olması və digər bu kimi hallarla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 “İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN- 1744222 nömrəli protokol üzrə qəbul edilmiş MN-1291285 nömrəli inzibati qərarı"na münasibətdə bildirmək istəyir ki, tərtib edilmiş protokol və qərar tam olaraq əsassız və qanunsuzdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 nümayəndəsi baş əmək müfəttişi X5 izahatında göstərdi ki, verilmiş protokolu və onun əsasında qəbul edilmiş qərarı müdafiə edir, şikayətin təmin olunmamasını məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin X3 baş əmək müfəttişi X5 tərəfindən qəbul edilmiş 11 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X11 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan 01 iyul 2024-cü il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş uçota dair arayışdan görünür ki, X4 xx.xx.2016-cı il tarixli “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” arayışına əsasən sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında" arayışa əsasən sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlar xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək, həmçinin xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında” arayışa əsasən sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlar xx.xx.2026-cı il tarixdən xx.xx.2126-cı il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 25 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayət təmin edilməli, X4 hərəkətlərində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X4 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmir. Məhkəmə tərəfindən iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X1 vergi orqanına təqdim etdiyi ərizəsinə əsasən onun fəaliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılmış, bundan sonra X4 xx.xx.2021-ci il tarixli arayışına əsasən onun fəaliyyəti xx.xx.2021-cı il tarixdən xx.xx.2024-cı il tarixədək dayandırılmış, həmçinin xx.xx.2024-cü il tarixli arayışına əsasən onun fəaliyyəti xx.xx.2024-cı il tarixdən xx.xx.2126-cı il tarixədək dayandırılmışdır. Göründüyü kimi X8 xx.xx.2016-cı il tarixdə ərizə ilə müraciət edərək sahibkarlıq fəaliyyətinin dayandırmış, sahibkarlıq fəaliyyətinin dayandırılma müddəti başa çatmadan xx.xx.2021-ci il tarixdə yenidən fəaliyyətinin dayandırılması barədə vergi orqanına müraciət etmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək belə qənaətə gəlir ki, X8 tərəfindən hər hansı sahibkarlıq fəaliyyəti həyata keçirilməmişdir. Sahibkarlıq fəliyyətini dayadırdığı halda işçisinin X8 tərəfindən faktiki olaraq işlərə cəlb edildiyini təsdiq edən hər hansı sübut işdə mövcud deyil. Eyni zamanda X4 ümumiyyətlə işçisi olmamış, X8 xx.xx.2016-cı il tarixədək fərdi qaydada sahibkarlıq fəaliyyəti göstərmiş və tərəfindən hər hansı işçi işə qəbul edilməmişdir. Əkisinin təsdiq edəcək sübutlar isə iş materiallarına əlavə edilməmişdir. Məhkəmə, qanunu və işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamını rəhbər tutaraq hesab edir ki, hazırki iş üzrə X8 tərəfindən sahibkarlıq fəaliyyəti dayandırıldığından onunla işçi arasında faktiki olaraq əmək münasibətləri mövcud olmadığından və ümumiyyətlə onun işçisi olmadığından, onun işəgötürən kimi öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb edilməsi qanunsuz və əsasızdır. Əks yanaşma, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2- 3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə zidd olar. Belə ki, həmin Qərarda vurğulanır ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X11 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və X4 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 rəisi X11 tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar