Məhkəmə qərarları › İş №3(033)-240/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-240/2023

10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-240/2023 10.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X12, zərərçəkmiş şəxs X7 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxx 1997-ci il tarixdə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 10 avqust 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 29 iyun 2023-cü il tarixdə yaşadığı evdə qardaşının arvadı X1 zərər vurmayan xəsarət yetirmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin sahə rəisi, polis kapitanı X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə ünvan 1ində yaşayan X3 RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1ində yerləşən yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı X5, boyun və qollarını cırmaqlayaraq ona xəsarət yetirmişdir. O, X13 barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 1ində yaşayan X13 da Zaqatala RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1ində yerləşən yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı baldızı X16 onun saçlarını yolmuş və qollarını cırmaqlamaqla ona xəsarət yetirmişdir O, Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində ünvan 1ində yaşayan X16 yaşadığı evdə özü ilə bir evdə yaşayan qardaşı qızı azyaşlı X2 gözünə düşdüyü üçün kəsmişdir. Həmin vaxt azyaşlı Mesed Mehdiyevanın anası X13 baldızı Şəxs yaxınlaşıb övladının saçlarını kəsdiyi üçün sonuncu ilə mübahisə etmişdir. Həmin mübahisə zamanı Şəxs ilə Rəbiət Quziyeva qarşılıqlı olaraq bir birinin saçlarından tutub dartışmağa başlamış, dartışdıqları zaman Şəxs bir əli ilə Rəbiət Quzıyevanın sol qolundan tutaraq sonuncuya sol saidində 2 (iki) ədəd qançırla nəticələnən sağlamlığa zərər vurmayan xəsarət, Rəbiət Quziyeva isə Şəxs sifətini cırmaqlayaraq boğazından tutub yerə yıxmaqla sonuncuya alın nahiyəsində 1 (bir) ədəd, boynunda 1 (bir) ədəd və sol dirsək oynağında 1 (bir) ədəd sıyrıqlarla nəticələnən birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Araşdırma nəticəsində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs ilə X7 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan onların izahatları alınmış, qərarın əsasında onlar haqqında 10 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı və ******* nömrəli protokollar tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, barəsində şikayət etdiyi X13 onun qardaşı Asifin arvadıdır. Asif hal-hazırda Rusiya Federasiyasındadır. Rəbiətin Asiflə birgə nikahından bir övladı vardır. Rəbiət onunla bir evdə yaşayır. O, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində yaşadığı evdə Asifin qızı Mesedin saçlarının gözünə düşdüyü üçün kəsmişdir. Həmin vaxt Rəbiət ona yaxınlaşıb "sən kimsən övladımın saçlarını kəsirsən" deyərək onunla mübahisə etməyə başlamışdır Mübahisə zamanı Rəbiət üstünə hücum çəkib onun sifətini cırmaqlamış və bır əli ilə saçlarından, digər əli ilə isə boğazından tutub onu dartışdırmağa başlamışdır. O, Rəbiətin qollarından tutub əlini boğazından ayırmağa çalışsa da bacarmamışdır. Rəbiət onu yerə yıxmışdır. Yerə yıxdıqdan sonra Rəbiət sol qolunu buraraq onu üzü aşağı çevirmiş və kürəyində oturub iki əli ilə boğazından tutub onu boğmağa başlamışdır. Həmin vaxt səs-küyə atası Qurban evə daxil olub onu Rəbiətin əlindən almışdır O, izahatında mübahisənin yaşadığı evin içərisində baş verdiyini, təxminən 5-10 dəqiqə davam etdiyini, mübahisəni kənar şəxslərdən heç kimin görmədiyini göstərmişdir. O, Rəbiət Quziyevanı vurmamış və ona xəsarət yetirməmişdir. O, Rəbiət Quziyeva ilə barışmamışdır və ondan şikayətçidir, onun barəsində tənbeh tətbiq edilməsini xahiş edir. Özünün barəsində isə iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X13 məhkəmə iclasında polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, barəsində şikayət etdiyi Şəxs onun əri Asifin bacısıdır. Asif hal-hazırda Rusiya Federasiyasındadır. Onun Asiflə birgə nikahından Mesed adlı bir qız övladı vardır. O, qayınatasının evində baldızı Xatınla birlikdə yaşayır. Təxminən 10 gün əvvəl qayınatası X11 ondan Mesedin saçlarının gözünə düşdüyü üçün kəsməsini istəmişdir. O, övladının saçlarını kəsmək istəmədiyi üçün Mesedin saçlarını kəsməmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində yaşadığı evdə baldızı Xatının Mesedin saçlarını gözünə düşdüyü üçün kəsdiyini görmüş və yaxınlaşıb Xatına “sən kimsən övladımın saçlarını kəsirsən" demişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Xatın onun saçlarından o, isə Xatının saçlarından tutmuşdur. Dartışdıqları zaman Xatın ağzı aşağı yerə yıxılmışdır. Yerə yıxıldığı zaman Xatın onun saçlarını buraxmamışdır. Həmin vaxt səs-küyə qayınatası Qurban evə daxil olub onları ayırmışdır. O, izahatında mübahisənin yaşadığı evin içərisində baş verdiyini, təxminən 5-10 dəqiqə davam etdiyini, mübahisəni kənar şəxslərdən heç kimin görmədiyini, mübahisə zamanı Xatının sifətini cırmaqlamadığını, bir əli ilə Xatının saçlarından digər əli ilə isə Xatının boğazından tutmadığını, yerə yıxdıqdan sonra sol qolunu buraraq Xatını üzü aşağı çevirmədiyini, dartışdıqları zaman Xatının onun sol qolundan tutduğunu, həmin vaxt Xatının dırnağı ilə onun sol saidinə xəsarət yetirdiyini göstərmişdir. O, Şəxs ilə barışmaq istəmiş, lakin Xatın barışıqdan imtina etmişdir. Ona görə də, o da hazırda barışmır, ona cəza verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X20 məhkəmə iclası zamanı çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, qərarın əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs həmin qərarı mübahisələndirməmişdir. Həmin qərarda qeyd edilmiş və protokola əlavə edilmiş Məhkəmə Tibbi Ekspertiza və X18 X24 xx.xx.2023-cü il tarixli 178 nömrəli rəyindən görünür ki, vətəndaş X8 məhkəmə tibb müayinəsi zamanı aşkar edilən xəsarət: sol saidində 2 (iki) ədəd qançır - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl və s.) təsirindən əmələ gələ bilərdilər, özü tərəfindən yetirilməsi istisna olunur, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, Şəxs izahatında göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Həmin Qanunun 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsin izahatını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar