Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-242/2023 13.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxx 1968-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işsiz, il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Qazangül qəsəbəsində qeydiyyatda olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 10 avqust 2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Qazangül qəsəbəsində Zərərçəkmiş şəxs məxsus “BMW” markalı **-LD-*** dövlət qeydiyyat nişanı avtomobilin arxa kapotunu əzməklə əmlaka 50 manat məbləğində zərər vurmuş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti bina 42 mənzil 44-də yaşayan Zərərçəkmiş şəxs DİN-in “102” xidmətinə və Zaqatala RPŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şəxs Əliyar qızı yumruq vurmaqla “BMW” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa kapotunu əzmişdir. Minayə avtomobilin arxa kapotunu əzməklə ona 50-60 manat aralığında zərər vurmuşdur. O, Şəxs Əliyar qızı barəsində tədbir görülməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Qazangül qəsəbəsi Səməd Vurğun küçəsində yaşayan Şəxs Əliyar qızı DİN-in “102” xidmətinə müraciət edərək evini girov qoyması, ödənişini etməsinə baxmayaraq "xxxx" MMC-nin nümayəndəsinin ona məlumat vermədən satmasına, onu təhqir etməsinə narazılığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Qazangül qəsəbəsi Səməd Vurğun küçəsində yaşayan Məmmədova X4 RPŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Zaqatala rayon Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs onu təhqir etmişdi. O, Zərərçəkmiş şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Zaqatala rayonu Qazangül qəsəbəsi Səməd Vurğun küçəsində yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Zaqatala rayon Məhkəməsinin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı "xxxx" MMC-nin hüquqlarını təmsil edən Zərərçəkmiş şəxs məxsus “BMW” markalı **-LD-*** dövlət qeydiyyat nişanı avtomobilin arxa kapotunu yumruqla vurub əzməklə sonuncuya 50 manat maddi ziyan vurmuşdur. Müraciət əsasında Zaqatala RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarı cinayət işinin başlanmasının rədd edilmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə 10 avqust 2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin hüquqlarını təmsil edir. O, 2007-ci ildə Zaqatala rayonu Qazangül qəsəbəsi Səməd Vurğun küçəsində yerləşən evini girov qoymaqla "xxxx" MMC-dən təxminən 65000 manat kredit götürmüşdür. Daha sonra götürdüyü həmin kredit tam ödənilmədiyindən "xxxx" MMC ondan xəbərsiz evini özününküləşdirmişdir. Daha sonra isə o, 2022-ci ilin sentyabr ayında "xxxx" MMC-nin hüquqlarını təmsil edən Zərərçəkmiş şəxs ilə razılığa gəlmişdir. Razılığa görə o, 41000 manat pul ödəyib "xxxx" MMC-dən öz evini geri almalı olmuş və 2023-cü ilin mart ayına qədər ona 41000 manat pul ödəməyə icazə verilmişdir. Buna görə o, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs iştirakı ilə "xxxx" MMC-yə 9350 manat pul ödəmişdir. Buna baxmayaraq 2023-cü ilin yanvar ayında evi ondan xəbərsiz tanımadığı şəxsə satılmışdır. Buna görə o, hal-hazırda qeyd olunanlarla bağlı məhkəməyə müraciət etmiş və alqı-satqı müqavilələrinin ləğvi ilə bağlı iddia qaldırmışdır. O, xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Zaqatala Rayon Məhkəməsinin həyətində Zərərçəkmiş şəxs ilə qarşılaşmışdır. Həmin vaxt Sudefdən nə üçün evini ondan xəbərsiz satdığını, nə üçün 2022-ci ilin sentyabr ayında aralarında olan razılığa riayət etmədiyini soruşmuşdur. Həmin vaxt Sudef onu təhqir etmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşib məhkəmə binasının qarşısında dayanmış Südefə məxsus “BMW” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa kapotuna bir dəfə yumruq vuraraq, oradan uzaqlaşmışdır. Uzaqlaşdığı zaman Sudef onu təhqir etmişdir. O, həmin vaxt Sudefə “şərəfsiz” ifadəsini işlətmişdir. Daha sonra Sudefin ondan şikayət etdiyini bilmiş və DİN-in "102” xidmətinə müraciət etmişdir. Hazırda o, Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Bunları nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, KredAqro BOKT” MMC-nin hüquqlarını təmsil edir. O, mülki işlə əlaqədər xx.xx.2023-cü il tarixdə “KredAqro BOKT" MMC-nin hüquqlarını təmsil etmək məqsədi ilə Zaqatala Rayon Məhkəməsinə gəlmişdir. O, “BMW” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilini Zaqatala rayon Məhkəməsinin inzibatı binasının qarşısında saxlayıb məhkəmə binasına daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində məhkəmə binasından çıxdığı zaman Şəxs Əliyar qızı məhkəmə binasının qarşısında ona yaxınlaşmış və onu söyüb təhqir edərək məhkəmə binasının qarşısında saxladığı “BMW” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa kapotuna bir neçə dəfə yumruq vuraraq, arxa kapotda iki ədəd əzik yaratmışdır. Minayə sonradan yenidən nalayiq sözlərlə onu təhqir etmişdir. O, bu zaman hadisənin video görüntüsünü telefonu ilə qeydə almışdır. O, həmin görüntünü izahatına əlavə etmişdir. O, izahatında Şəxs onun avtomobilinə təxminən 50-60 manat civarında zərər vurduğunu göstərmişdir. O, hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə barışdığını və ona dəymiş zərərin tam şəkildə ödənildiyini nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, inzibati xəta haqqında iş üzrə materialı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs ərizələrini nəzərdən keçirərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və vurulmuş ziyan tamamilə ödənildiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi, Şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Amil Muradov tərəfindən 10 avqust 2023-cü il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə Zaqatala rayonu Qazangül qəsəbəsində Zərərçəkmiş şəxs məxsus “BMW” markalı **-LD-*** dövlət qeydiyyat nişanı avtomobilin arxa kapotunu əzməklə əmlaka zərər vurması və ümümilikdə sonuncuya 50 manat maddi ziyan vurmaqla İXM-nin 232-1-ci maddəsində qeyd edilmiş inzibati xətanı törətməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar və ona vurulmuş ziyan tamamilə ödənmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən onun barəsində Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən 10 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Əliyar qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Zaqatala rayon polis şöbəsinin X1 polis sahə rəisi X6 tərəfindən 10 avqust 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-242/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-242/2023
13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver