Məhkəmə qərarları › İş №3(033)-244/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-244/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-244/2021 24.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X8, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, X4 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxx 1958-ci il tarixdə Ağdam rayonu, Şıxbabalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, İİ qrup əlil, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Ağdam rayonu, Şıxbabalı kəndində qeydiyyatda olmaqla Zaqatala rayonu Yeni qəsəbə, Qaçqınlar şəhərciyində yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 24 may 2021ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 16 may 2021-ci il tarixdə X5 ilə aralarında baş vermiş mübahisə zamanı onu döymüşdür. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 16 may 2021-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən Yeni qəsəbə ev 3 mənzil 44-də yaşayan X6 telefonla Azərbaycan Respublikası DİN-nin «102» xidməti-zəng mərkəzinə və ərizə ilə Zaqatala RPŞ-nə müraciət edərək, 16 may 2021-ci il tarixdə şəxsi münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı qonşusu Aidənin onu şifer parçası ilə vuraraq xəsarətlər yetirdiyini bildirmişdir. Araşdırma zamanı Şəxs özünü müdafiə xarakterli izahat verərək Yeganə Qarayevanı şifer parçası ilə vurmadığını, yalnız əlbəyaxa olmalarını göstərsə də alınmış izahatlarla məhkəmə tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 16 may 2021 -ci tarixdə saat 16:40 radələrində Yeganə Qarayevə ilə Şəxs arasında şəxs münsibətləri zəmnində yaranmış mübahisə nəticəsində Şəxs əlinə götürdüyü şifer parçası ilə Yeganə Qarayevanın müxtəlif nahiyələrindən vuraraq sol bazusunda, sağ və sol diz oynağı nahiyəsində qançırlar, sağ saidində və sol əlin 1-2-ci barmaq arası sahəsində sıyrıqlarla müşayiət edilən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkib olmadığından cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai-təhlükəsizlik göndərilmişdir. Bundan sonra onların izahatları alınmış və qərarın əsasında onun haqqında 24 may 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, onun barəsində şikayət ərizəsi yazmış Yeganə Qarayevanı tanıyır, Yeganə Qarayevə ilə heç bir düşmənçilik ədavəti yoxdur. 16 may 2021-ci il tarixdə saat 16:40 radələrində yaşadığı evdə yığılmış məişət tullantılarını atmaq üçün həyətə çıxmışdır. O, tullantıları atıb qayıdan zaman gəlini Arzu İbişovanın qonşu bina sakini Yeganə Qarayevə ilə birlikdə oturub söhbət etməsini görmüşdür. O, gəlini X17 Qarayevanın yanında görüb əsəbləşmiş və onlara yaxınlaşaraq gəlini Arzuya iradlarını bildirmişdir ki, nə üçün Yeganənin yanında oturmuşdur. Yeganəyə isə təhqiredici sözlər demişdir. Onun bu sözləri Yeganəyə pis təsir etdiyi üçun aralarında mübahisə yarandı və o, Yeganəyə gəlini Arzunun onun yanında oturmasını istəmədiyini demişdir. Həmin mübahisə nəticəsində Yeganə onun üzərinə hücum etmiş və onlar əlbəyaxa olmuşlar, lakin onları ayırmışlar. Bundan sonra o, yaşadığı evə getmiş və sonradan Yeganənin Azərbaycan Respublikası DİN-nin «102» xidməti-zəng mərkəzinə zəng edərək şikayət etməsini öyrənmişdir. Yeganə Qarayeva ilə əlbəyaxa olsa da, Yeganəni şiferlə vurmadığını, şifer parçasının Yeganənin əlində olmasını bildirdi. Dedikləri nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, barəsində şikayət etdiyi Şəxs onunla eyni qəsəbənin 1 -ci binasında yaşayır, onun Şəxs ilə və yaxud qızı Leyla İbişova ilə heç bir ədavəti yoxdur. Hazırda qonşusu Minayə Hüseynovanın şikayəti əsasında Leyla İbişovanın barəsində Zaqatala RPŞ-nin TB-də araşdırma aparılır və araşdırma zərurəti ilə əlaqədar olaraq X7 rayonunda yaşayan eltisi Tahirə Cumayevanın izahatı alınması üçün Zaqatala RPŞ-nə dəvət olunmuşdur. 16 may 2021-ci il tarixdə X9 şəhərinə gətirmək üçün X12 rayonuna getdikdə tək gedib-gəlməsi üçün onunla birlikdə getməsini xahiş etmişdir. Bu səbəbdən o, Minayə Hüseynova ilə birlikdə Balakən şəhərinə getmiş, Tahirə Cumayevanın evinə çatdıqda artıq Leyla İbişovanın da orada olmasını görmüşlər. Həmin vaxt X16 İbişovaya iradlarını bildirib Tahirə Cumayevanın evindən çıxıb getməsini tələb etmiş, lakin Leyla İbişova getmədiyi üçün onlar arasında mübahisə yaranmış və Minayə Hüseynovanın əri Elvin Hüseynov Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək polis çağırmışdır. Bir qədər sonra polislər gəlib onları Balakən RPŞ-nə aparmışlar və izahatlarını aldıqdan sonra buraxmışlar. Bundan sonra onlar yaşadıqları qəsəbəyə qayıtmışlar, saat 16:40-da yaşadıqları binanın qarşısında qonşularla oturub söhbət etdikləri zaman Leyla İbişova və anası Şəxs onun üzərinə hücum edərək söyüb təhqir etməyə başlamışlar ki, nə üçün Minayə Hüseynova ilə birlikdə Balakən rayonuna getmişdir. O, Leyla və anası Şəxslara Minayə Hüseynova ilə onlar arasında olan məsələyə qarışmadığını, qonşu kimi Minayə ilə getdiyini demişdir. Onun bu sözlərinə baxmayaraq Aidə və qızı Leyla İbişovalar onunla mübahisə etməyə başlamışlar və Şəxs əlinə götürdüyü şifer parçası ilə onun bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Bu zaman yanlarında olan Minayə Hüseynova araya girib Şəxs ondan uzaqlaşdırmış və Aidə ilə Leyla İbişovalar çıxıb getmişlər, o, isə Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək şikayət etmişdir. Hazırda Şəxs ilə barışmamışdır, ondan şikayətçidir, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Yeganə Qarayeva ilə qonşuluqda yaşayırlar. 16 may 2021-ci il tarixdə günorta vaxtı, xalça yudurmaq üçün adam axtardığı vaxtda Yeganə Qarayeva ilə rastlaşmış və onunla oturub söhbət etdiyi zaman qaynanası Şəxs onları görmüş və ona “sənin nə işin var maşeniklərlə” ifadəsini işlətmişdir. Bu hadisəyə qədər qaynanası Şəxs ilə Yeganə Qarayevanın münasibətlərinin pis olması barədə məlumatı olmamışdır. Bundan sonra mübahisə yaranmışdır. Sonradan baldızları və qaynatası Şəxs ilə Yeganə Qarayevanın mübahisə etdikləri yerə gəlmişlər. Qaynanası yerdə duran vedrəni ayağı ilə vurmuşdur. Qaynanası Şəxs və Yeganə Qarayeva əlbə-yaxa döyüşməyə başladıqda o həmin yerdən ayrılaraq evinə getmişdir. Şəxs şiferlə zərərçəkmiş şəxsə vurduğunu görməmiş, lakin qaynanasının Yeganəni əli ilə vurduğunu görmüş, Yeganənin isə onu vurduğunu görməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X13 məhkəmə iclası zamanı çıxış edərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun zərərçəkmiş şəxsi vurmaması ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Yeganə Qarayevanı şifer parçası ilə vurmadığını bildirsə də, məhkəmə iclasında tədqiq edilmiş sübutlar bu dəlillərin əsassız olması qənaətinə gəlməyə əsas verir. Belə ki, iş materiallarında olan ekspert rəylərindən görünür ki, zərərçəkmiş şəxs X1 bədənində müəyyən edilmiş xəsarətlər küt əşyanın (alətlərin) təsirindən əmələ gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxsin, şahidin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, 63 yaşında olmaqla İİ qrup əlil olmasını, həmçinin barəsində inzibati həbs tətbiq edilə bilməməsini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərlə yanaşı, məhkəmə onu da qeyd edir ki, İXM-in 100.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Ancaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş və ciddi hesabat sənədi hesab olunan inzibati xəta haqqında 24 may 2021-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, protokol tərtib edən şəxs qanun pozuntusuna yol vermiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və fərdi identifikasiya nömrəsini protokolda qeyd etməmişdir Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar