Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-244/2023 28.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, 1979-cu il sentyabr 18-də Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Zaqatala rayonu, Nizami küçəsi, 28-də pasport qeydiyyatında olan və orada da yaşayır– Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala əqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Zaqatala Rayon İcra Şöbəsinin rəisi, Elvin Əhmədov tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələləri X2 filialının xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarı ilə əlaqədar 1000 (min) manat inzibati cəriməni üzrsüz səbəbdən ödəməmiş və nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir Məhkəmə baxışı iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X3 izahatında qeyd edilən inzibati xəta haqqında protokolun dəlillərini müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs maddi imkanı olmadığından cərimə borcunu ödəmədiyini, əgər ona vaxt verilərsə borcunu tam ödəyəcəyini bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələləri X2 filialının xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X1 xx.xx.2022-ci il tarixdə “İcraata başlamaq haqqında” qərarından görünür ki, icra məmuru tələbin dərhal könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam sübuta yetirilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alınmaqla, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs ictimai iş növündə tənbehin təyin edilməsi inzibati tənbehin məqsədlərinə uyğundur. Odur ki, Şəxs ictimai iş növündə inzibati tənbeh təyin edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 240 (iki yüz qırx) saat ictimai iş inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati tənbeh tədbirinin əvvəli Şəxs ictimai işlərə cəlb olunduğu vaxtdan saatla hesablansın. Şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirinin icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-244/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-244/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver