Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-246/2020 01.07.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi Haqverdiyeva Nabat Oruc qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, x1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs xx xxxxxxx 1964cı il tarixdə Zaqatala rayonu Danaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Danaçı kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 01 iyul 2020ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 12 iyun 2020-ci il tarixdə saat 18 radələrində əri Zərərçəkmiş şəxs yaşadıqları ünvanda döymüşdür. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin polis sahə rəisi, x2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala rayon Danaçı kənd sakini x7 12.06.2020-ci il tarixdə DİN-in “102” xidməti-zəng mərkəzinə zəng vuraraq ailə münaqişəsi olması barədə məlumat vermişdir. Zaqatala rayon Danaçı kənd sakini Zərərçəkmiş şəxs 12.06.2020-ci il tarixdə Zaqatala RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, 12.06.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə arvadı Məryəm onun başına döşəmə silən ağacı vurmuş, qızı Mədinə isə qolunu cırmaqlamış və evdə olan qab-qacağı sındırmışdır. Beləliklə, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 12.06.2020-ci il tarixdə saat 18 radələrində Zaqatala rayon Danaçı kənd sakini Zərərçəkmiş şəxs ilə arvadı Şəxs və x3 arasında yaşadığı evdə ailə-məişət zəminində mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs əri Zərərçəkmiş şəxs pol ağacı ilə vuraraq ona sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Mədinə Aslanovanın atası Zərərçəkmiş şəxs xəsarət yetirməsi xüsusatı öz təsdiqini tapmamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan toplanmış material üzrə qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai-təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında əsasında onun haqqında 01 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala RPŞ-də verdiyi izahatını təsdiq edir. 1988-ci ildə Zaqatala rayon Danaçı kənd sakini Zərərçəkmiş şəxs ilə evlənmişdir. Birgə nikahlarından iki övladı var. Təxminən iki ildir əri Məmmədtahir ilə yola getmədiyi üçün bir evdə ayrı-ayrı otaqda yaşamağa başlamışlar. Əri ilə yola getməməsinin səbəbi Məmmədtahirin pozğun olduğu deyərək ona şər atması olmuşdur. O, 12.06.2020-ci il tarixdə saat 18 radələrində həyətdə olan zaman Məmmədtahir sahədən evə gəlmişdir. Məmmədtahir evə gələn kimi onun ünvanına nalayiq sözlər deməyə başlamışdır. Sonra Məmmədtahir otağa keçmişdir. O, qızı Mədinəni çağırıb bu barədə demişdir. Mədinə Məmmdətahirin otağına söhbət etmək üçün getmişdir. Məmmədtahir Mədinəyə danışmağa imkan verməmiş və otaqdan çölə çıxartmışdır. x6 arxasınca stəkan atmış, həmin stəkan yerə düşüb sınmışdır. Məmmədtahir şikayət edəcəyini deyərək evdən çıxıb getmişdir. Təxminən 3 saat sonra Məmmədtahir polis əməkdaşları ilə birlikdə evə gəlmişdir. O, Məmmədtahirin yalan danışdığını, onun və qızı Mədinənin Məmmədtahiri vurmadığını bildirmişdir. Onun bədənində əmələ gəlmiş xəsarətlərin səbəbi onun çox miqdarda spirtli içki qəbul edərək yıxılması olmuşdur. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Zaqatala RPŞ-də verdiyi izahatını təsdiq edir. 1988-ci ildə Zaqatala rayon Danaçı kənd sakini Şəxs ilə evlənmişdir. Birgə nikahlarından iki övladı var. O, təxminən iki ildir arvadı Məryəm ilə yola getmədiyi üçün bir evdə ayrı-ayrı otaqlarda yaşadığını bildirmişdir. O, 12.06.2020-ci il tarixdə saat 18 radələrində otağında çarpayıda yatan zaman qızı Mədinə və arvadı Məryəm qəflətən onun yatdığı otağa daxil olaraq ondan evdən çıxıb getməsini tələb etmişlər. Mədinə otaqda olan qab-qacağı sındırmağa başlamışdır. O, Mədinəyə mane olmağa çalışanda sonuncu onun qollarından tutmuş, Məryəm isə başına döşəmə silən ağac ilə vurmuşdur. O, evdən çıxıb qardaşı Ramazangilə getmiş və qardaşına baş verənləri danışmışdır. Ramazan DİN-in “102” xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Hazırda Şəxs ilə barışmamışdır, ondan şikayətçidir, onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Şəxs izahatına hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, onun zərərçəkmiş şəxsi vurmaması ilə bağlı izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və bu səpkidə izahatı işin faktiki hallarını əks etdirmir. Eyni zamanda, işdə olan 24 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 157-ci maddəsinin tərkibi olduğundan qəbul edilmiş qərarın surəti baxılması üçün aidiyyəti üzrə Zaqatala RPŞ-nin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Qərarın əsasında onun haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs isə həmin qərarı mübahisələndirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-246/2020
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-246/2020
01.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver