Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-246/2024 16.07.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Zaqatala Rayon Prokurorunun köməkçisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X1 iştirаkları ilə, xx xxx 1967-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, uşaq baxıcılığı ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada da yaşаyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Zaqatala Rayon Prokurorluğunda 10 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul оlunmuş, qərar ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar ona görə qəbul olunmuşdur ki, fiziki şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən “Balu Aksesuar” adlı mağazada Zərərçəkmiş şəxs sol üz nayihəsinə şillə, sol qarın boşluğuna təpik zərbəsi və baş nayihəsinə şillə zərbəsi vurmaqla döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi Zaqatala Rayon Prokurorunun köməkçisi X10 izahatında göstərdi ki, fiziki şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən “Balu Aksesuar” adlı mağazada Zərərçəkmiş şəxs sol üz nayihəsinə şillə, sol qarın boşluğuna təpik zərbəsi və baş nayihəsinə şillə zərbəsi vurmaqla döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan hallar tərəflərin izahatları, eləcə də hadisənin baş verdiyi mağazaya quraşdırılmış müşahidə kamerasından əldə edilmiş video görüntüyə baxış keçirilməsi barədə protokollarla sübut olunur. Odur ki, hal-hazırda zərərçəkmiş şəxsin şikayətinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclаsındа iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, X4 əvvəlki sevgilisi Zərərçəkmiş şəxs oğlunun evlənmək istədiyi Briliyant xanımın işlədiyi mağazaya daxil olduqda, o Diyananın Briliyantın bacısı Sevincin üzərinə getdiyini hiss etdiyindən onun qarşısına çıxıb itələyərək onu mağazadan çıxarmaq istəmiş, bu vaxt Diyana da onu itələmək istədiyində əsəbiləşib onun saçından tutub mağazanın içərisinə doğru dartıb yerə yıxmış, vitrinin kənarına yerə yıxılaraq huşunu itirmişdir, bundan sonra onun üz nahiyəsinə şillə və bud nahiyəsinə təpiklə vurmuşdur. Daha sonra ayılması üçün üzünə su atmışdır. Diyana ayıldıqdan sonra onu dartıb mağazadan çıxarmaq istədikdə vitrin üzərindəki əşyaları dağıtdığı üçün o və Tofiq onun başına şillə vurmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərmişdir ki, sevgi münasibətlərində olduğu X7 adlı xanımla münasibət saxladığını öyrəndikdə sonuncu ilə əlaqə saxlayaraq Tofiqlə olan münasibətləri barədə məlumat vermiş, Briliyantla üzbəüz söhbət etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 18:30-da onun işlədiyi Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən “Balu Aksesuar” adlı mağazaya getdikdə mağazanın içərisində əyləşmiş Şəxs üzərinə hücum çəkərək onu saçından tutub yerə yıxmış, bədənin müxtəlix nahiyələrinə zərbələr yetirmiş, barəsində nalayiq ifadələr işlətmişdir. Baş verən hadisə ilə bağlı Tofiqdən və Suzanadan şikayəti yoxdur. Məhkəmə iclаsındа iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 Zərərçəkmiş şəxs hüquqlarını müdafiə etdiyi şəxs barəsində şikayətinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri X11 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli yekun protokol təsdiq edilməmiş və Şəxs barəsində cinayət təqibinə xitam verilmişdir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “təqdim edilən videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X9 tərəfindən tərtib olunan baxış aparılması haqqında protokoldan görünür ki, “Balu Aksesuar” adlı hadisənin baş verdiyi mağazada olan müşahidə kamerası ilə qeydə alınmış görüntülərə baxış keçirilmiş, baxış zamanı Şəxs Zərərçəkmiş şəxs qarşısına gələrək onu mağazadan çıxarmaq istəməsi, onun saçlarından tutaraq mağazanın içərisinə doğru dartıb yerə yıxması, Zərərçəkmiş şəxs döşəmə üzərində huşsuz vəziyyətdə uzanarkən Şəxs onun sol üz nahiyəsindən şillə zərbəsi, sol qarın boşluğuna təpik zərbəsi vurması, eləcə də daha sonra onun baş nahiyəsindən şillə vurması müşahidə edilmişdir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2-2- 460/3-036072/2024 nömrəli Zaqatala rayon prokurorunun müavini, ədliyyə müşaviri Vüqar Orucov tərəfindən Zaqatala RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 iştirakı ilə tərtib edilmiş arayışdan görünür ki, materiala əlavə edilən diskə baxış zamanı Zərərçəkmiş şəxs mağazaya daxil olmasından 7 saniyə sonra yıxılması müşahidə edilmiş, lakin bu yıxılma zamanı hər hansısa kənar təsir, eləcə də Şəxs qəsdən və ya ehtiyatsızlığı ilə baş verən hərəkətləri nəticəsində baş verməsi müşahidə edilməmişdir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ-nin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 225 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət - başın ənsə nahiyəsində şişkinlik və dərialtı hematoma - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yıxılarkən başının bərk müstəviyə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İnzibati xəta haqqında işin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan göürünür ki, Fiziki şəxs Şəxs (FİN: xxxxxxx) xx-xx-1967-ci il tarixində Azərbaycan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış material baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, törədilmiş əməl nəticəsində sağlamlığa vurulmuş yüngül xəsarət vardır və bu halda cinayətin, daha dəqiq desək CM-nin 128-ci maddəsinin tərkib əlamətləri müşahidə olunur. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” PHŞ-nin xx.xx.2024cü il tarixli, 225 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarət - başın ənsə nahiyəsində şişkinlik və dərialtı hematoma - bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yıxılarkən başının bərk müstəviyə dəyməsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Həmçinin, məhkəmə zərərçəkmiş şəxsin yıxılmasının hər hansı kənar təsir, eləcə də Şəxs qəsdən və ya ehtiyatsızlığı ilə baş verən hərəkətləri nəticəsində baş verməməsi səbəbindən Şəxs barəsində cinayət təqibinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli “cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında” qərarı əsaslı və inandırıcı hesab etmir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatla bağlı məhkəmə iclasında baxış keçirilmiş video görüntüdən də göründüyü kimi Şəxs Zərərçəkmiş şəxs saçlarından tutmuş mağazanın içərisinə doğru itələmiş, öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, Diyananın yıxılmasına şüurlu surətdə yol vermiş, şəxs döşəmə üzərində huşsuz vəziyyətdə uzanarkən şüurlu surətdə qəsdən onun üz nahiyəsinə şillə və bud nahiyəsinə təpik zərbəsi vuraraq əməlini davam etdirmişdir. Bu hal Şəxs qeyd edilən əməlində qəsdinin olmasını ehtiva edir və məhkəmə hesab edir ki, prokurorluq orqanı Şəxs əməlində cinayət tərkibinin olmaması nəticəsinə gələrkən haqlı olmamış, törədilmiş hadisənin hallarını kifayət qədər araşdırmamışdır. Eyni zamanda Tofiq Məmmədov da Diyananın baş nahiyəsinin arxasından şillə zərbəsi vurduğu halda, bu hal təhqiqatçı tərəfindən araşdırılmamışdır. X12 tərəfindən də zərbə vurulduğu halda Məmmədov Tofiqin izahatının alınmaması və barədəsində tədbir görülməməsi səbəbləri məhkəməyə məlum olmur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Buna görə məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və iş üzrə materiallar yenidən araşdırmanın aparılması üçün Zaqatala rayon prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 noyabr 2022-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir ki, istintaq orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə uyğun olaraq hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətada cinayət əlamətləri aşkar edildikdə, materialların prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərilməsinə mane olmur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin, X5 əməlində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsinin tərkib əlamətləri müşahidə olunur. Azərbaycan Respublikası İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs təqsirləndirilməsinə dair inzibati xəta haqqında işdə CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və materiallar araşdırmanın aparılması üçün Zaqatala Rayon Prokurorluğuna göndərilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında işdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətləri olduğundan başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və materiallar bu xüsuslarda araşdırmanın aparılması üçün Zaqatala Rayon Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-246/2024
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-246/2024
16.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver