Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-247/2021 31.05.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X1, X4, X5 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Baş X14 İdarəsi V tağım Baş yol patrul xidmətinin inspektoru polis kapitanı X7 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - 07 fevral 1985-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, öz deməsinə görə il ərzində eyni xətaya görə inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və orada da yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN-nin X14 İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 30 may 2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, BMW 316 minik markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan sərxoş vəziyyətdə idarə edərək zərər çəkmiş şəxslərə maddi zərər vurulması ilə müşayiət olunan xəta törətmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Azərbaycan Respublikası DİN-nin X14 İdarəsinin Yol Patrul Xidməti Alayı tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının vətəndaşı Şəxs Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə əlaqədar barəsindəki inzibati xəta haqqında materiala məhkəmə iclasında baxılması 31.05.2021-ci il tаrixə, sааt 16:20-yə Zaqatala Rayon Məhkəməsinin inzibati binasına təyin edilmiş, inzibati xəta haqqında iş üzrə iştirakçıları məhkəmə iclasında iştirak etmələri üçün çağırılması, işin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun isə baxılması üçün DİN-nin Baş X14 İdarəsinin Yol-Patrul Xidməti Alayına qaytarılması qərara alınmışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Baş X14 İdarəsi V tağım Baş yol patrul xidmətinin inspektoru polis kapitanı X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 30 may 2021-ci il tarixdə saat 05:00 radələrində sərxoş vəziyyətdə BMW 316 minik markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə edərək, qoyun sürüsünü vurmuş, hadisə nəticəsində zərərçəkmiş şəxslər X4, X6 və X8 maddi zərər dəymişdir. Onun barəsində qanuna müvafiq qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında özünü təqsirli bilərək göstərdi ki, o, 30 may 2021-ci il tarixdə səhər saat 05 radələrində nəqliyyat vasitəsinin sahibi tərəfindən verilmiş etibarnamə olmadan BMW 316 minik markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu Mazıx kəndinə gedən zaman qarşısına qoyun sürüsü çıxmış və o həmin sürüdə olan qoyunları vurmuşdur. Hadisə baş verdikdən sonra hadisə yerindən uzaqlaşaraq polisə zəng vurmuş və özü hadisə yerinə qayıdaraq polisə təslim olmuşdur. Hadisə yerindən uzaqlaşmasının səbəbi orada olan 4-5 nəfər çobanla aralarında ola biləcək mübahisədən ehtiyat etməsi olmuşdur. Hadisə yerinə ümumi vəziyyətinin müayinəsi üçün həkim dəvət olunmuş və bu zaman onun spirtli içki qəbul etdiyi aşkarlanmışdır. O həmin gün spirtli içki qəbul etməmiş, lakin hadisə baş verən günün əvvəlki günü bir miqdar alkoqol qəbul etmişdir. Hazırda heç bir yerdə işləmir, maddi imkanı yoxdur. Əməlindən peşmandır. Dəymiş zərəri ödəmək imkanı da yoxdur. Cərimə təyin olunacağı halda da ödəyə bilməyəcəkdir, ona görə də barəsində aşağı həddə həbs cəzası təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şəxs ona və digər şəxslərə məxsus 70 baş xırda buynuzlu heyvanı vurmuş və nəticədə ona zərər dəymişdir. O, dəymiş zərərin ödənilməsində köməklik göstərilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, ona məxsus olan xırda buynuzlu mal qaranı 5 və daha çox çobanla dağ istiqamətində sürdükləri zaman BMW markalı avtomaşın yüksək sürətlə gələrək tormoz verərək sürüyə girmişdir. Çobanlar özlərini yoldan kənara atmış və yoldan kənara atmadıqları halda onlara xəsarət dəyə bilərdi. Hadisə baş verdikdən sonra sürücü maşından düşmüş və bu zaman sürücüdən alkoqol iyinin gəldiyini hiss etmiş və polisə məlumat vermişdir. Bildirmək istəyir ki, hadisədən öncə qoyun sürüsünün təhlükəsizliyi təmin etmək üçün özü və çobanlar tərəfindən bütün tədbirlər görülmüşdür. O, dəymiş zərərin ödənilməsində köməklik göstərilməsini xahiş edir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclası zamanı digər zərərçəkmiş şəxslərin izahatına uyğun izahat verərək ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etdi. İnzibati xəta materiallarına əlavə edilmiş 30 may 2021-ci il tarixli “Sərxoşluq vəziyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Car kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 31 may 2021-ci il tarixdə verilmiş 174 nömrəli arayışdan görünür ki, Zaqatala-Balakən magistral yolunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı Zaqatala rayonu Axaxdərə kənd sakini X3 məxsus vurularaq tələf olmuş 70 baş xırda buynuzlu mal qaranın dəyəri 10500 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin, zərərçəkmiş şəxslərin izahatları və Azərbaycan Respublikası DİN-nin X14 İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3 maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası DİN-nin X14 İdarəsinin Yol Patrul Xidməti Alayından daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməsə də, məhkəmə araşdırması zamanı onun əməlini etiraf etməsi, əməlindən səmimi peşmançılıq çəkməsi və inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Şəxs əməlini etiraf etməsi və əməlindən səmimi peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci və 32.1.1-ci maddələrinə görə inzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Lakin həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də hesab edirəm ki, “inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi” Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsinin tərkib əlaməti kimi nəzərdə tutulduğundan onun inzibati xətanı sərxoş halda törətməsi inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məsələsi hakim tərəfindən həll edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, bu məsələ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həll edilir. Məhkəmə araşdırılmasında zərərçəkən şəxslər X6, X4 və X8 zərərin əvəzinin ödənilməsi öz təsdiqini tapmadığından, hesab edirəm ki, vurulmuş zərərin əvəzinin ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını, məsuliyyəti yüngülləşdirən halların olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməməsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, təqsirinin dərəcəsini, həmçinin zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyə bilmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqinin, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulmasının məntiqsiz və nəticə etibarilə səmərəsiz olmasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclas zalından həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 31 may 2021-ci il tarixdən saat 16:00-dan hesablansın. Zərərçəkmiş şəxslər X6, X4 və X8 izah edilsin ki, vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Qərarın surəti inzibati xəta törədən şəxsə, zərərçəkmiş şəxsə və Azərbaycan Respublikası DİN-nin X14 İdarəsinin Yol Patrul Xidməti Alayına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-247/2021
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-247/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver