Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-248/2023 24.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, X1, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, 20 noyabr 1981-ci il tarixdə Zaqatala rayonu Göyəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Zaqatala rayonu Göyəm kəndində qeydiyyatda olan və orada da yaşаyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(107)- 1006/2022 nömrəli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon icra və probasiyası şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri X11 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(107)-1006/2022 saylı icra sənədinə əsasən Şəxs tutularaq 2880 manat X3 verilməlidir. Borcun ödənilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tələb olunsa da, o, borcunu ödəyə bilməyəcəyini bildirmiş və həmin məbləği bir dəfəyə ödəməkdən imtina etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin qeyd edilən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırkı protokol məhkəməyə təqdim ediləndən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcundan 700 manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, həmin borcundan 700 manat ödəmişdir. Buna görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, Şəxs ona olan borcundan 700 manat ödəniş etmişdir. Odur ki, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Zaqatala Rayon vəkil bürosunun vəkili X12 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra vərəqəsinin icra edilməsindən qərəzli olaraq yayınmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(107)-1006/2022 saylı icra vərəqisi üzrə Şəxs qeyd olunan dəyəri 2880 (iki min səkkiz yüz səksən) manat olan əmlakları təhvil verməmiş, icra sənədi üzrə tələb təmin olunmamışdır. İş materiallarında olan Zaqatala Rayon İcra Şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, iş üzrə icraata başlanılması, borclu X5 icranı 10 gün müddətinə könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır və ona tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs 700 manat məbləğində pulu X3 ödəmişdir. Məhkəmə borclu Şəxs borcundan 700 manat ödəməsini nəzərə alaraq hesab edir ki, hazır ki məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(107)-1006/2022 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə haqqında inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair icra məmurunun tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-248/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-248/2023
24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver