Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-250/2023 26.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Vəkil Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Zaqatala rayonu Faldarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi işləməyən, Zaqatala rayonu Faldarlı kəndində pasport qeydiyyatında olan və Zaqatala şəhəri Azərbaycan prospekti 101 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ : Sultanov X5 Rayon Məhkəməsinin 2(033)-1173/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 2426 manat, Zaqatala Rayon Məhkəməsinin 2(033)-983/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 1240 manat olmaqla, ümumilikdə 3666 manat aliment borcunun ödənilməsi ilə bağlı öhdəliyini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-1173/2020 nömrəli icra sənədinə əsasən 28 dekabr 2013-cü il tarixində doğulmuş X2 və 10 iyun 2015-ci ilə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs tərəfindən 19 noyabr 2020-ci il tarixindən hesablanmaqla, hər ay hər uşağa görə 136 manat olmaqla, cəmi 272 manat aliment ödəməlidir. Həmçinin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(033)-983/2022 nömrəli icra sənədinə əsasən 28 dekabr 2013-cü il tarixində doğulmuş X2 və 10 iyun 2015-ci ilə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs tərəfindən 09 yanvar 2023-cü il tarixindən hesablanmaqla, hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat aliment ödəməlidir. İcra sənədlərinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Zaqatala Rayon Məhkəməsinin sözü gedən icra vərəqələrinin icrası ilə əlaqədar yaranmış 3666 manat aliment borcunun Zərərçəkmiş şəxs ödənilməsi tələb olunmuş, borclu, aliment borcunun ödəməsi üçün müddət verilməsini xahiş etmiş, müddətin verilməsinə, borcun ödənilməsinə şərait yaradılmasına baxmayaraq ödəniş edilməmişdir. Tələbkar şikayəyçidir və borcun tam şəkildə ödənməsini tələb etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin qeyd edilən icra vərəqələrinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, hazırda rəsmi iş yeri yoxdur, məhkəməyə alimenti ödəyəcəyinə söz versə də ödəniş etməmişdir və bu səbədən məhkəməyə gəlməkdən yayınmışdır. Onun ikinci ailəsindən bir azyaşlı övladı var. İmkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, icra sənədinin tam icra edilməsini tələb edir. Əks halda Şəxs barəsində 30 sutka inzibati həbs tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək bildirmişdir ki,Şəxs borcunu ödəməyə maddi imkanı olmadığı üçün onun əməlində icra məmurunun tələbini üzürsüz səbəbdən yerinə yetirməməsində dair inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2(033)-1173/2020 nömrəli icra sənədindən görünür ki, 28 dekabr 2013-cü il tarixində doğulmuş X2 və 10 iyun 2015-ci ilə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 19 noyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 136 (yüz otuz altı)manat olmaqla, 272 (iki yüz yetmiş iki) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Zaqatala rayon icra və probasiya şöbəsinin rəisi Elvin Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraata başlanılması, borclu Şəxs icranı dərhal könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2(033)-983/2022 nömrəli icra sənədindən görünür ki, 28 dekabr 2020-ci il tarixində doğulmuş X2 və 10 iyun 2015-ci ilə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 09 yanvar 2022-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 160 (bir yüz altmış)manat olmaqla, 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Zaqatala rayon icra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraata başlanılması, borclu Şəxs icranı dərhal könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(033)-36/2023 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, icra məmuru tərəfindən lazımi qanuni tədbirlərin görülməsinə baxmayaraq, icra edilməli olan məhkəmənin icra vərəqəsi Şəxs tərəfindən indiyədək üzrsüz səbəbdən icra edilməmişdir. Şərh edilənlərə əsaslanaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməklə, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129.1-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 129.2-ci maddəsinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzürsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-in 32.1 və 33.1-ci maddələrində nəzərdə tutulmuş inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaların xarakterini eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə hesab edir ki, inzibati xəta törədən şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati qaydada məhkəmə iclası zalından həbs edilsin. Həbs etmənin əvvəli onun tutulduğu 26 sentyabr 2023-cü il tarixdən saat 12:00-dən hesablansın. Qərarın icrası Zaqatala Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti inzibati xətanı törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №3(033)-250/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-250/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver