Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-252/2020 09.07.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi x3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x4 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi x6 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- x7-03 mart 1960-cı il tarixdə Zaqatala rayonu, Əliabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, orta təhsilli, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində qeydiyyatında olan və yaşayan. x4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib MÜƏYYƏN ETDİ: x4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 08 iyul 2020ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 08 iyul 2020-ci il tarixdə saat 15:30 radələrində Zaqatala RPŞ-nin həyətində ucadan nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə x7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin sahə rəisi x9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 29 iyun 2020-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbə sakini x1 RPŞ-nə ərizə ilə müraciət edərək 21 iyun 2020-ci il tarixdə bir baş xırda buynuzlu heyvanının oğurlandığını bildirmişdir. x5 ifadəsində şübhəli kimi bildirdiyi Zaqatala rayonu Əliabad qəsəbə sakini x7 rayon polis şöbəsinə dəvət olunmuş, izahatı alınaraq sərbəst buraxılmış, polis şöbəsinin həyətində qapı postunun yaxınlığında Zaqatala RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Tural Əlizadəni görərək nalayiq küçə söyüşləri söyərək oğurluq etməməsini bildirmişdir. O, nizam intizama dəvət edilsə də, yüksək səslə yenidən hərəkətlərini davam etdirmişdir. O, polisin qanuni tələbinə tabe olmamış, öz hərəkətlərini davam etdirdiyi üçün RPŞ-nin inzibati binasına dəvət olunmuşdur. O, izahat verməkdən imtina etmişdir. Bunun əsasında onun haqqında 08 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x7 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayır, özü də fərdi əməklə məşğul olur. Onu 08 iyul 2020-ci il tarixdə Zaqatala RPŞ-nə dəvət etmişlər. O, da həmin gün polis şöbəsinə gəlmişdir. Orada ona qəsəbədə olan oğurluq hadisəsi ilə bağlı suallar vermişlər. Bundan sonra onu sərbəst buraxmışlar. O, da şöbənin inzibati binasından çıxıb polis şöbəsinin həyətindən də çıxan zaman orada onu polis əməkdaşları saxlamışlar. Ona söyüş söydüyünü bildirərək yenidən şöbəyə aparmışlar. Halbuki, o həmin vaxt söyüş söyməmişdir. O, qeyd olunan inzibati xətanı törətmədiyini bildirdi, əgər hadisə olmuşdursa belə, polis şöbəsinin inzibati binasına quraşdırılmış kamera görüntüləri vasitəsilə həmin hadisə qeydə alınmalı idi. Göründüyü kimi, o, qeyd olunan inzibati xətanı törətməmişdir. Ona görə də, inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Bununla bağlı məhkəmə tərəfindən 08 iyul 2020-ci il tarixdə Zaqatala RPŞ-nə məktub göndərilərək Zaqatala RPŞ-nin inzibati binasına quraşdırılmış kamera vasitəsilə 08 iyul 2020-ci il tarixdə saat 15:00-dan 16:00-dək hadisənin olduğu ərazinin qeydə alınmış video görüntülərinin 09 iyul 2020-ci il tarixə saat 11:30-dək məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala rayon polis şöbəsinin 09 iyul 2020-ci il tarixli, 201-13028-1220 nömrəli məktubundan görünür ki, Zaqatala RPŞ-nin növbətçi hissəsində quraşdırılmış video nəzarət kameralarının DİVER yaddaş qurğuları texniki səbəbdən sıradan çıxması səbəbindən 08 iyul 2020-ci il tarix saat 15-dən 16-dək olan videogörüntüləri məhkəməyə təqdim etmək mümkün olmamışdır. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək hesab edirəm ki, x4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. x4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda isə onun 08 iyul 2020-ci il tarixdə saat 15:30 radələrində Zaqatala RPŞ-nin həyətində ucadan nalayiq ifadələr işlətməsi və polisin qanuni tələbinə qəsdən tabe olmaması bildirilsə də, həmin vaxt onun polisin qanuni tələbinə qəsdən tabe olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa, x4 əməlində polis əməkdaşının qanuni tələbinə tabe olmama kimi bir halın olması da müəyyən edilmədi. Belə ki, həm inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, həm də barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatlarından müəyyən edilir ki, x7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol tərtib edən şəxs tərəfindən müşahidə edilməmiş, həmçinin, inzibati xəta haqqında protokol tərtib edən şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı ictimai qaydanın mühafizə vəzifələrini icra etməmişdir. Eyni zamanda x4 özü tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər x7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Eyni zamanda, Zaqatala rayon polis şöbəsinin 09 iyul 2020-ci il tarixli, 201-13028- 1220 nömrəli məktubundan da göründüyü kimi, Zaqatala RPŞ-nin növbətçi hissəsində quraşdırılmış video nəzarət kameralarının DİVER yaddaş qurğuları texniki səbəbdən sıradan çıxması səbəbindən 08 iyul 2020-ci il tarix saat 15-dən 16-dək olan videogörüntüləri məhkəməyə təqdim etmək mümkün olmamışdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, x7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, yəni öz təqsirsizliyini sübut etməyə, borclu deyildir. Əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsi ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi polis sahə rəisinin üzərinə düşür. Bundan başqa inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. x4 08 iyul 2020-ci il tarixdə saat 15:30 radələrində Zaqatala RPŞ-nin həyətində ucadan nalayiq ifadələr işlətməsi və polisin qanuni tələbinə qəsdən tabe olmaması, bununla da, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Belə vəziyyətdə hesab edirəm ki, x7 tərəfindən Azərbaycan Respublikası İXM-in Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir və onun əməlində həmin inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi x6 08 iyul 2020-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114-118-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi x6 08 iyul 2020-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-252/2020
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-252/2020
09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver