Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-253/2023 31.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Tələbkar X5in iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, rəsmi işləməyən, Balakən rayonu Katex kəndində pasport qeydiyyatında olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Şəki Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(107)-2212/2021 nömrəli icra sənədini icra etmədiyinə və icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli olaraq boyun qaçırdığına görə Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X3 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(107)-2212/2021 nömrəli icra sənədinə əsasən 29 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 80 manat aliment ödəməlidir. İcra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin sözü gedən icra vərəqəsinin icrası ilə əlaqədar hazırda yaranmış 2080 manat aliment borcunun tələbkar X4 ödənilməsi tələb olunsa da, o, aliment borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmiş və həmin məbləği bir dəfəyə ödəməkdən imtina etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin qeyd edilən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, aliment borcunu maddi imkanının olmadığına görə ödəyə bilmədiyini bildirdi. Alimenti ödəməkdən də yayınmır. O icra məmurunun tələbdən qərəzli olaraq boyun qaçırmır. Cavbdehin evində ona məxsus cehiz əşyaları var, həmin əşyaların qiymətləndirilərərk harracdan satılıb pulunun borc əvəzinə verilməsini xahiş etdi. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 məhkəmə prosesində verdiyi izahatında göstərmişdir ki, Şəxs onlarda cehiz əşyaları vardır. Həmin cehiz əşyalarını Şəxs tərəfindən tələb edilmədiyi halda aliment borcundan imtina edəcəyini bildirdi. Əks tətqirdə aliment borcunu tam şəkildə ödənilməsini tələb edir. Odur ki, onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Belə ki, iş materiallarında olan 16 dekabr 2021-ci il tarixli 2(107)-2212/2021 nömrəli icra sənədinə əsasən Şəxs 29 mart 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 80 manat miqdarında aliment hər ay tutulub X4 verilməlidir. İş materiallarında olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru Məftun Şirəliyevin xx.xx.2022-ci il tarixdə “İcraata başlamaq haqqında” qərarından görünür ki, icra məmuru tələbin dərhal könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. Məhkəmə borclu Şəxs məxsus cehiz əşyalarının olmasını, həmin əşyaların satılaraq borcun əvəzinə ödənilməsi imkanının olmasını, maddi vəziyyətini, rəsmi iş və ya gəlirinin olmamasının nəzərə alaraq hesab edir ki, hazır ki məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 2(107)-2212/2021 nömrəli icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə haqqında inzibati iş üzrə icraat aparılan şəxs Şəxs barəsində onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair icra məmurunun tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-253/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-253/2023
31.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver