Məhkəmə qərarları › İş №3(033)-256/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-256/2023

28.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-256/2023 28.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi Əliyeva Ayşə İsrafil qızının katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdim: Azərbaycan Respublikasının Mərkəzi Bankından Zaqatala Rayon Məhkəməsinə baxılması üçün "xxxx" MMC-nin (VÖEN) ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 avqust 2023-cü il tarixli, EP №0141034 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 94 980.92 Avro məbləğində vəsaiti 11 avqust 2021-cü il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsədə, 94 980.92 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 12 avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu halda Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə nümayəndəsi olduğu Şəxs MMC ilə "xxxx" MMC arasında 31 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə əsasında xx.xx.2021-ci il tarixdə 94 980.92 avro məbləğində pul vəsaiti Zıraat Bank ASC də olan hesablarından "xxxx" MMC-in bank hesabına köçürülmüşdür. 16 avqust 2021-ci il tarixdə malın alınmasından imtina etdikləri üçün bu barədə "xxxx" MMC-in rəhbərinə məktub ünvanlayaraq şəraitin dəyişdirilməsi ilə əlaqədar ödənilmiş 94 980,92 avro miqdarında pulun qaytarılmasını xahiş etmişlər. Lakin "xxxx" MMC ilə Belarus Respublikasında qeydiyyatdan keçmiş "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə üzrə "xxxx" MMC aldığı malla dair yaranmış borcunu sedent "xxxx" MMC ödənilməsi hüququnun "xxxx" MMC-yə keçdiyini təsdiq etdiyi üçün "xxxx" MMC ilə Şəxs MMC arasında xx.xx.2021-ci il tarixdə 01 saylı razılaşma imzalanmışdır. Qeyd olunan razılaşma əsasında sessionari (İLHAM M) MMC 94 980,92 avro miqdarında pulun "xxxx" MMC-dən ödənilməsini tələb oluması hüquqununu əldə etmişdir. xx.xx.2021-ci il tarixdə isə 94.980,92 avro miqdarında pul vəsaiti "xxxx" MMC hesabından Şəxs MMC hesabına kömürülmüşdür. Bu təqdim etdiyi sənədlər ilə təsdiq olunur. Qeyd etdiklərinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 22 avqust 2023-cü il tarixli, EP №0141034 saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 94980,92 avro məbləğində vəsait xx.xx.2021-ci il tarixdə xaricə köçürülmüş və 2 il müddət keçsə də 94980,92 Avro məbləğində vəsait hesabına alınan mallar şlkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin “Nemuno Banga LTD”-yə ünvanlandığı xx.xx.2021-ci il tarixli 185 nömrəli məktubdan görünür ki, malın tədarük edilməsindən imtina edilməsini və məktubun alındığı tarixdən 94980.92 Avro həcmində əvvəlcədən ödəmə məbləğinin geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli sessiya haqqında sazişin bağlanması haqqında müqavilədən görünür ki, "xxxx" MMC "xxxx" MMC qarşısında xx.xx.2019-cu il tarixli 43-1/19 saylı müqavilə üzrə aldığı malların əvəzinə yaranmış borc üzrə 94980.92 Avro məbləğində pulu "xxxx" MMC şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin "xxxx" MMC-yə ünvanlandığı 407 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli 43-1/19 saylı müqaviləyə uyğun olaraq "xxxx" MMC qarşısında öhdəliklərin yerinə yetirilməsi çərçivəsində həyata keçirilmiş-94980.92 Avro məbləğində vəsait "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş “Promsvyazbank” tərəfindən Şəxs MMC-in sorğusuna cavab olaraq bildirilmişdir ki, banklarında olan sizin hesablaşma hesabınıza 94980,92 avro miqdarında pul vəsaiti xx.xx.2021-ci il tarixdə İnter Tobakko MMC şirkətindən daxil olmuşdur. İş materiallarında olan “Swiftmessage”-dan görünür ki, xx.xx.2021-ci il tarixdə 94980.92 Avro "xxxx" tərəfindən "xxxx" MMC-nin hesabına göndərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 57-34/627 saylı “Belvneşekonombank” tərəfindən "xxxx" MMC-yə ünvanlanmış məlumatın təqdim olunması haqqında məktubdan məlum olur ki, "xxxx" ASC bildirir ki, "xxxx" MMC onların müştərisidir, xx.xx.2023-cü il tarixli SWİFT vasitəsilə 1486 saylı xx.xx.2021-ci il tarixli ödəniş tapşırığın əsasən 94980,92 avro pul vəsaiti İnter Tobako şirkəti tərəfindən İlham M MMC-in Promsvazbankda olan hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ziraat Bank Azərbaycan tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs MMC-in Ziraat Bank Azərbaycan ASC-də yerləşən EUR hesabına xx.xx.2021-ci tarixdə 313 693,65 EUR, xx.xx.2021-ci il tarixdə 9917,11 EUR, xx.xx.2021-ci il tarixində 313372,22 EUR, xx.xx.2021-ci il tarixində 50450,11 EUR və 624129,73 EUR pul vəsaitləri PROMSVYAZBANK AKB ZAO vasitəsi ilə Rusiyadan daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. İş üzrə müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə əsasında şirkətin hesabına 94 980,92 avro miqdarında pul vəsaiti köçürülmüşdür. Lakin şərayitin dəyişməsi ilə əlaqədar "xxxx" MMC ödədiyi pul müqabilində malların alınmasından imtina edərək pul vəsaitinin geri qaytarılması ilə əlaqədar şirkətə müraciət etmişdir. Aralarında bağlanmış müqavilə əsasında "xxxx" MMC-in borcunu öz üzərinə götürmüş "xxxx" MMC tərəfindən 94.980,92 AVRO miqdarında pul vəsaiti xx.xx.2021-ci il tarixdə Şəxs MMC-in hesablaşma hesabı olan Rusiya Federasiyasında fəliyyət göstərən PROMSVYAZBANK – da olan hesabına köçürülmüşdür. Həmin hesabdan da pul vəsaiti Şəxs MMC-in hesablaşma hesabı olan Azərbaycan Respublikasında fəaliyyət göstərən “Ziraat Bank Azərbaycan” da olan hesabına qanunda nəzərdə tutlmuş müddət ərzində Rusiyadan daxil olmuşdur. Hesab edirəm ki, inzibati xəta haqqında materialda olan sübutlarla "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq mallar idxal edilmədikdə ödənilmiş valyuta vəsaiti qanunla müəyyən edilmiş müddətdə xaricdən geri qaytarıldığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 421, 425-427, 430-432-ci maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" MMC-nin (VÖEN) ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasından daxil olmuş 22 avqust 2023-cü il tarixli, EP №0141034 saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar