Məhkəmə qərarları › İş №3(033)-256/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-256/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-256/2025 27.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati xəta haqqında 05 yanvar 2025-ci il tarixli EQ 25386904 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati xəta haqqında 05 yanvar 2025-ci il tarixli EQ 25386904 nömrəli qərarından şikayətlə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati tənbehin tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli EQ 25386904 nömrəli qərarı ilə onun İnzibati Xətalar Məcəlləsinin 352.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 (altı yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. O, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət etmiş inzibati tənbeh vermə haqqında elektron qərarın təqdim edilməsini xahiş etmişdir, lakin ərizəsinə cavab verilməmişdir. Daha sonra Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə getmiş və ona sözügedən tənbeh qərarını DYP-nin Zaqatala RŞ-dən əldə edə biləcəyini bildirmişlər. Bügunədək həmin inzibati tənbeh haqqında qərarı əldə edə bilməmişdir. Qərar qanunsuz və əsassızdır, ləğv edilməlidir. Belə ki, mobil telefonda olan SMS RADAR mobil tətbiqinə göndərilmiş bildirişdə göstərilib ki, o, xx.xx.2025-ci il saat 16:21-də Xızı rayonu Giləzi kəndindən Bakı istiqamətdə olan yolunun M-1 65.1 km-də MAN TGX 18.440 YÜK markalı 01CR734 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə hər oxa düşən kütlə parametrlərini aşmaqla yükləmişdir. Yuxarıda adı çəkilən nəqliyyat vasitəsi onun mülkiyyətində olmasa da, həmin yük maşınını etibarnamə ilə onun faktiki idarəçiliyində olmuşdur. Əlavə edir ki, xx.xx.2025-ci il tarixdə saat 14.30-da özü çəkdirdiyi vaxt 40040 kq olmuş, daha sonra saat 17.50-də isə 39700 kq, saat 18.00-da 39920 kq olmuşdur. Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EQ 25386904 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər iştirak etmədiyi üçün məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı müvafiq hesab etdi. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məhkəməyə təqdim etdiyi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 65.1-ci km-də quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit çəki və kütlə perimetrlərini ölçən elektron tərəzinin ölçmə vasitələrinin yoxlanması haqqında şəhadətnaməsinə əsasən sözügedən elektron tərəzidə müxtəlif sürətlərdə testlər edilmiş və tərəzinin nasaz olmadığı müəyyən edilmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. DİN BDYPİ-nin qəbul etdiyi EQ 25386904 xx.xx.2025-cİ il tarixli qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 16:21-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinin avtomobil yolunun 65.1-ci km-də MAN TGX 18.440 YÜK markalı 01CR734 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icazə verilmiş çəki və yüklə birlikdə hər oxa düşən kütlə parametrlərini aşmaqla yüklədiyi üçün AR İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 600 (altı yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə, təqdim edilmiş sənədləri və işin faktiki hallarını araşdırmaqla, belə nəticəyə gəlir ki, Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin hazırkı iş üzrə qəbul etdiyi qərar qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir; İnzibati Xətalar Məcəlləsinin 352.3-cü maddəsinə görə, fiziki şəxs tərəfindən ona məxsus olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə altı yüz manatadək miqdarda cərimə edilir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X5 xx.xx.2025-ci il tarixdə saat 16:21-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinin avtomobil yolunun 65.1-ci km-də MAN TGX 18.440 yük markalı 01CR734 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərini pozaraq, nəticədə icazə verilmiş çəki və yüklə birlikdə hər oxa düşən kütlə parametrlərini aşmaqla yükləmişdir. Qeyd edilən inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş, inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta ilə bağlı X5 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 600 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrnə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Məhkəmə hesab edir ki, X5 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən DİN BDYP İdarəsi tərəfindən EQ 25386904 nömrəli xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Bu səbəbdən X4 DİN BDYP idarəsinin inzibati xəta haqqında 05 yanvar 2025-ci il tarixli EQ 25386904 nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin inzibati xəta haqqında 05 yanvar 2025ci il tarixli EQ 25386904 nömrəli qərarından verdiyi şikayət təmin olunmasın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar