Məhkəmə qərarları › İş №3(033)-257/2022

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-257/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-257/2022 20.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 katibliyi, Şikayət verən şəxs X13 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti Şəki regional ərazi şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, Şikayət verən şəxs X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin X6 17 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X28 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin X6 17 avqust 2022-ci il tarixli MN ******* nömrəli cərimə olunmağına dair inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X28 şikayət ərizəsində göstərmişdir ki, Şəki şəhəri, X30 Xidmətinin X6 rəisi vəzifəsini icra edən X22 xx.xx.2022-ci il tarixdə ona MN 10530136 nömrəli protokol yazaraq AR İXM-nin 192.1-ci və 114.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərərək, 3500 (üç min beş yüz) manat cərimə edilməsinə dair xx.xx.2022-ci il tarixli MN ******* nömrəli "İnzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. O, Zaqatala rayonu Əliabad qəsəbəsində maşınyuma sexi işlədir. Qərarda sahibkar X29 tərəfindən X33 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması göstərilmişdir. Şəki şəhəri, X30 Xidmətinin X6 rəisi vəzifəsini icra edən X11 xx.xx.2022-ci il tarixli qərarını qanunsuz hesab edir. Qeyd etmək istəyir ki, onun sahibkarlıq etdiyi Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən maşınyuma sexində X33 adlı işçisi yoxdur. X33 onun bacısı oğludur. Arada bir qohum kimi həmin sexə baş çəkir, həmin sexdə işləyir. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar da İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, qərar da Şəki şəhərində onun iştirakı olmadan tərtib olunmuş və Məcəllənin tələbləri pozulmuşdur. Onun inzibati xəta törətməsi sübuta yetirilməyib. Ona görə də, həmin qərar ləğv edilməlidir. Şikayət verən şəxs X28 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verdi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin X6 rəisi vəzifəsini icra edən X22 tərəfindən barəsində tərtib edilmiş 17 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını və şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidməti Şəki regional ərazi şöbəsinin nümayəndəsi X10 izahatında göstərdi ki, Zaqatala rayon Polis Şöbəsindən daxil olmuş sənədlərdə Zaqatala rayonu, Əliabad qəsəbə sakini X13 qəsəbə ərazisində yerləşən avtoyuma məntəqəsində xx.xx.2005-ci il təvəllüdlü X23 əməyə cəlb etməsi qeyd edilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, həqiqətən də xx.xx.2005-ci il təvəllüdlü X33 qeyd olunan avtoyuma məntəqəsində işləmişdir. Qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən avtoyuma məntəqəsində işlərin yerinə yetirilməsinə dair toplanmış materiallar əsasında inzibati işə baxış iclasının vaxtı 17 avqust 2022-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X28 09 avqust 2022-ci il tarixli, **********4 nömrəli bildirişlə DƏMX-nin X8 dəvət edilmişdir. Zaqatala rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş inzibati xəta haqqında işə 17 avqust 2022-ci il tarixdə U.Məmmədovun iştirakı olmadan baxılmış və X13 İXM-nin 192.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat inzibati cərimə edilməsi haqqında MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Zaqatala rayonu Əliabad qəsəbəsində avtoyuma məntəqəsini işlədən Zaqatala rayonu, Əliabad qəsəbə sakini X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin X6 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarından şikayəti əsassızdır. Belə ki, Zaqatala rayon Polis Şöbəsindən daxil olmuş sənədlərə əsasən X24 verdiyi izahatda oğlu Ruslan X2 tərəfindən qanunsuz olaraq işə cəlb olunduğu qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, X18 X19 məxsus avtoyuma məntəqəsində işlədiyi öz təsdiqini tapmışdır. Odur ki, Zaqatala rayon Polis Şöbəsindən daxil olmuş materiallar əsasında X28 barəsində inzibati protokol tərtib edilmiş və həmin materiallar əsasında DƏMX-nin X7 inzibati xəta haqqında işə baxılaraq X28 barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən 3500 (üç min beş yüz) manat inzibati cərimə tənbeh növü seçilmişdir. Ona görə də, yuxarıda qeyd olunan halları nəzərə alaraq DƏMX-nin X6 xx.xx.2022-ci il tarixli, MN0461656 nömrəli inzibati tənbehvermə haqqında qərarının qüvvədə saxlanılmasını və şikayətin rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində babası X14 iştirakı ilə dindirilmiş X4 Rayon Polis Şöbəsində verdiyi izahatını təsdiq edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o dayısının maşın yuma məntəqəsinə gələrək, boş vaxtı olduğu üçün, dayısına kömək etmək məqsədi ilə onun yanında maşın qurulayıb. Bu zaman tanımadığı şəxs ona yaxınlaşaraq atası olduğunu bildirmişdir. O onu görmək istəmədiyini bildirdikdə həmin şəxs kənarlaşmış və telefon ilə onun şəklini çəkərək çıxıb getmişdir. O, həmin məntəqədə pulla işləməmiş, yalnız dayısına köməklik etmişdir. O, həmin vaxtlar dostunun atasının və babasının avtomobilini təmizləyib yumuşdur. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan X12 qəsəbə ərazisində yerləşən avtoyuma məntəqəsində yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X23 əməyə cəlb etməsi barədə toplanmış material baxılıb tədbir görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin X8 göndərilmişdir. xx.xx.2022-ci il tarixli X24 Zaqatala Rayon Polis Şöbəsinə ünvanlandığı ərizəsindən görünür ki, X26 onun övladı Əliyev Ruslanı özünə məxsus moykada qanunsuz olaraq işlədir. AA3292053 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X33 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin X6 17 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, sahibkar X28 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X23 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Buna görə də, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3500 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2005-ci il tarixdə anadan olmuş X18 atası X34 xx.xx.2022-ci il tarixli ərizə ilə Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək oğlunun X12 özünə məxsus avtoyuma məntəqəsində işlərə (xidmətlərə) cəlb edildiyini göstərmişdir. Zaqatala Rayon Polis Şöbəsi tərəfindən müraciət əsasında X12, X18, X24 izahatları alınmış və toplanmış materiallar baxılıb tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin X8 göndərilmişdir. Xidmət tərəfindən araşdırılma aparılarkən X1 X15 məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işlərin (xidmətlərin) görülməsinə cəlb edildiyi aşkar edilmişdir. X12 iştirakı ilə onun barəsində 09 avqust 2022-ci il tarixdə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola əsasən işə baxılmasının 17 avqust 2022-ci il tarixdə təyin edildiyinə dair X26 xx.xx.2022-ci il tarixli bildirişlə məlumatlandırılmışdır. Göründüyü kimi, şikayət verən şəxs X28 məhkəmə iclası zamanı və Zaqatala Rayon Polis şöbəsində izahat verərkən X23 maşın yumağa məcbur etmədiyini, Ruslanın darıxdığı üçün ona kömək etdiyini, X18 arada sexə baş çəkməsini, onun iştirakı olmadan qərarın tərtib olunmasını bildirmişdir. Məhkəmə isə bu hala qiymət verərək qeyd edir ki, bu hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Məhkəmə şikayətin qeyd olunan dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir; Belə ki, X28 inkar etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsi tərəfindən təqdim edilmiş inzibati xəta materiallarına əlavə edilmiş fotoşəkillərdən və video görüntülərdən görünür ki, X33 avtoyuma məntəqəsinin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə, yəni avtomobilin yuyulması işinə cəlb edilmişdir. X33 da izahatlarında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o dayısının maşın yuma məntəqəsinə gələrək, boş vaxtı olduğu üçün, dayısına kömək etmək məqsədi ilə onun yanında maşın qurulayıb. O, həmin vaxtlar dostunun atasının və babasının avtomobilini təmizləyib yumuşdur. Göründüyü kimi, şikayətin dəlilləri uydurma olmaqla özünümüdafiə xarakterlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü bəndinə əsasən işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-3 və 2-3.4-cü bəndlərinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin tələbinə uyğun olaraq işəgötürən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməlidir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X3 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmiş və o, məhkəmə iclası zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilmədi. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, X13 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır. Onun izahatı iş materiallarında olan sübutlarla təkzib olunur, onun izahatı məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, X13 və protokol tərtib edən orqanın nümayəndəsinin izahatları və işdə sənədlərlə yanaşı, məhkəmə iclası zamanı da X13 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X23 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə X3nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X13 “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X30 Xidmətinin X6 17 avqust 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar