Məhkəmə qərarları › İş №3(033)-257/2025

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-257/2025

07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-257/2025 07.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3 qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Şikayət verən şəxs X1 Baş X5 İdarəsinin EQ25052304 nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək EQ25052304 nömrəli xx.xx.2024-cü il tarixli onun cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 şikayətini onunla əsaslandırmışdır ki, Qazax Yol Layihəsində sürücü vəzifəsində işləmişdir. xx.xx.2024-cü ildə işdən azad edilmişdir. Lakin yol vərəqəsi ilə idarə etdiyi maşının cərimələri hələ də onun adına gəlir. xx.xx.2024-cü il tarixli EQ25052304 nömrəli inzibati xəta ilə xx.xx.2025-ci ildə tanış olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşdə olan xx.xx.2024-cü il tarixli EQ25052304 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın əks edildiyi çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:41-də X2 ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 500,7-ci km hərəkətdə olarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 50 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, "Ümumi'' bölməsində "Sürücü (yəhər dartıcı- Dəymən)" vəzifəsində işləyən ELMAR QURBANOV ƏHMƏD OĞLU ilə bağlanılmış 1TZAQXM000400 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2."a” - tərəflərdən birinin təşəbbüsü» maddəsinə əsasən xx.xx.2024 tarixindən xitam verilmişdir. Məhkəmə şikayət verən şəxs X1 şikayətini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət əsaslıdır və şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyinə dair təqsirsizliyini sübut etməyə borclu deyildir. Əksinə şəxsin yol hərəkəti qaydalarının pozulması ilə bağlı hər hansı bir inzibati xətanı törətdiyini sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Bundan başqa, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X2 tərəfindən idarə edilməsinə dair hər hansı sübut mövcud deyil və onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi hər hansı bir formada sübuta yetirilmir. Şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, X1 xx.xx.2024-cü il tarixdə saat 16:41-də X2 ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax yolunun 500,7-ci km hərəkətdə olarkən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübut edilmədiyindən DİN Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 25052304 nömrəli xx.xx.2024-cü il tarixli elektron qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında EQ 25052304 nömrəli xx.xx.2024-cü il tarixli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar