Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-259/2020 13.07.2020 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi x3 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı x1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs xx xxxxxx 1996cı il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində qeydiyyatında olan və yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 12 iyul 2020ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 12 iyul 2020-ci il tarixdə saat 03:20 raddələrində Zaqatala rayonu Dağlı kəndində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı x2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Zaqatala RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Elvin Həsənov və polis nəfəri, polis serjantı Nicat Həmidov 12 iyul 2020-ci il tarixdə saat 03 radələrində xidməti zərurətlə əlaqədar Zaqatala rayonu Dağlı kəndində olarkən dövlət qeydiyyat nişanı olmadan idarə edilən VAZ 21011 markalı avtomobili şübhəli olduğu üçün sayrışan işıq siqnalından istifadə edərək saxlamaq istəsələr də, avtomobili idarə edən şəxs onlara məhəl qoymayaraq yüksək surətlə Dağlı kəndindən Aşağı Tala kəndinin Torpaqqala deyilən ərazisinə qədər gedərək çöl yoluna daxil olmuşdur. Onlar həmin avtomobilin arxası ilə gedərək fındıq sahəsinin içərisində, yolun qurtardığı yerdə dayandığını görmüşlər. Həmin şəxsdən qaçmasının səbəbini soruşduqda, o sərxoş olduğunu və arxası ilə DYP əməkdaşlarının gəldiyini zənn etdiyinə görə qaçdığını bildirmişdir. Həmin şəxs şərxoş vəziyyətdə onlarla mübahisə etmiş, onların qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs polisin tələbinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və şəxsiyyəti müəyyən edilərkən onun Şəxs olması müəyyən edilmiş, həmçinin müayinədən keçirilmiş və sərxoş olması müəyyən edilmişdir. Bundan başqa, ona məxsus telefonun üz qabığında polis əməkdaşına qarşı edilən nalayiq şəkil aşkar edilmişdir. Onun izahatı alınmışdır. Bunun əsasında onun haqqında 12 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, o, Zaqatala rayonu Yuxarı Tala kəndində valideyinləri ilə birgə yaşayır. 12 iyul 2020-ci il tarixdə gecə saat 03 radələrində özünə məxsus avtomobillə sərxoş vəziyyətdə Muğanlı kəndindən yaşadığı kəndə gedirdi. Həmin vaxt o, Muğanlı kəndində 1 litr pivə içmişdir. Polis əməkdaşları ona saxla işarəsi verdikdə, o qorxduğundan avtomobili saxlamamışdır. Polis əməkdaşları onun arxası ilə gəlmişdir. x5 kəndinin fındıq sahəsi ərazisində saxlamışlar. Həmin vaxt polis əməkdaşları ilə aralarında mübahisə düşmüş, o içkili olduğundan polis əməkdaşları ilə mübahisə etmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa, ona məxsus telefonun üz qabığında polis əməkdaşına qarşı edilən nalayiq şəkil aşkar edilmişdir. Həmin şəkil onun tərəfindən telefona yerləşdirilməmiş, o telefonu aldığı zaman şəkil telefonda olmuşdur. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, o əsəbi olduğundan səs-küy salaraq onlara tabesizlik göstərmişdir. Hazırda əməlindən peşmandır. Göstərdiklərini nəzərə alaraq, barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Zaqatala RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı Elvin Həsənov izahatında göstərdi ki, 12 iyul 2020-ci il tarixdə saat 03 radələrində xidməti zərurətlə əlaqədar Zaqatala rayonu Dağlı kəndində olarkən dövlət qeydiyyat nişanı olmadan idarə edilən VAZ 21011 markalı avtomobili şübhəli olduğu üçün sayrışan işıq siqnalından istifadə edərək saxlamaq istəsələr də, avtomobili idarə edən şəxs onlara məhəl qoymayaraq yüksək surətlə Dağlı kəndindən Aşağı Tala kəndinin Torpaqqala deyilən ərazisinə qədər gedərək çöl yoluna daxil olmuşdur. Onlar həmin avtomobilin arxası ilə gedərək fındıq sahəsinin içərisində, yolun qurtardığı yerdə dayandığını görmüşlər. Həmin şəxsdən qaçmasının səbəbini soruşduqda, o sərxoş olduğunu və arxası ilə DYP əməkdaşlarının gəldiyini zənn etdiyinə görə qaçdığını bildirmişdir. Həmin şəxs şərxoş vəziyyətdə onlarla mübahisə etmiş, nalayiq küçə söyüşləri söymüş, onların qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs polisin tələbinə tabe olmadığı üçün polis əməkdaşları tərəfindən Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və şəxsiyyəti müəyyən edilərkən onun Şəxs olması müəyyən edilmiş, həmçinin müayinədən keçirilmiş və sərxoş olması müəyyən edilmişdir. Bundan başqa, ona məxsus telefonun üz qabığında polis əməkdaşına qarşı edilən nalayiq şəkil aşkar edilmişdir. İnzibati xəta materiallarına əlavə edilmiş 12 iyul 2020-ci il tarixli “Sərxoşluq vəziyətinin tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. İnzibati xəta materiallarına əlavə edilmiş 12.07.2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 iyul 2020-ci il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin və şahidin izahatları, Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsi, inzibati xətanı sərxoş halda törətməsi müəyyən edildi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin əməli törətməsini səmimi etiraf edərək peşmançılıq çəkməsini məsuliyyəti yüngülləşdirən hal kimi, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halın və ağırlaşdıran halın olmasını, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edirəm. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinin tələbinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati həbs edilməsinin əvvəli onun tutulduğu vaxtdan, yəni 12 iyul 2020-ci il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclası zalında həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 iyul 2020-ci il tarixdən, saat 10:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Zaqatala RPŞ-nə həvalə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-259/2020
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-259/2020
13.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver