Məhkəmə qərarları › İş №3(033)-259/2021

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-259/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-259/2021 09.06.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyev Fərrux Elman oğlunun katibliyi, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İ dərəcəli ədliyyə qulluqçusu Elvin Əhmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi Zaqatala Rayon Vəkil Bürosunun vəkili Əliyev Elvin Tofik oğlunun iştirakları ilə, xx.xx.1976-cı ildə Zaqatala rayonu Muğanlı kəndində doğulmuş, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Zaqatala rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Zaqatala rayon İcra və X2 rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında material onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-457/2020 nömrəli, 06.07.2020-ci il tarixli icra vərəqəsinə əsasən Zaqatala rayonunun Muğanlı kəndində yaşayan Çobanov Məcı̇ d Mustafa oğlundan 8700 (səkkiz min yeddi yüz) manat pul alınaraq Əlı̇ məmmədov İsmayıl Əlı̇ məmməd oğluna verilməlidir. Borcun ödənilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çobanov Məcı̇ d Mustafa oğlundan tələb olunsa da, o, borcunu bir dəfəyə ödəyə bilməyəcəyini bildirmiş və həmin məbləği bir dəfəyə ödəməkdən imtina etmişdir. Bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çobanov Məcı̇ d Mustafa oğlu məhkəmənin qeyd edilən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərə yol vermiş və ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu fakt Çobanov Məcı̇ d Mustafa oğlunun 26.04.2021-ci il tarixli izahatı ilə təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən Zaqatala rayon icra və probasiyası şöbəsinin rəisi X3 məhkəmə prosesində verdiyi izahatında qeyd edilən inzibati xəta haqqında protokolun dəlillərini müdafiə etdiyini bildirdi. O, izahatında əlavə olaraq bildirdi ki, icra sənədinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Bu icra hərəkətləri nəticəsində borclunun adına hər hansı əmlakın qeydə alınıb-alınmaması ilə bağlı sorğular verilmiş, nəticədə onun adına heç bir daşınar və daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çobanov Məcı̇ d Mustafa oğlunun 8700 manat pul borcu yaranmışdır. Borcun ödənilməsi dəfələrlə tələb olunsa da, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çobanov Məcı̇ d Mustafa oğlu pul borcunu bir dəfəyə ödəyə bilmədiyini, hazırda işsiz olmasını və maddi imkanının olmamasını bəhanə gətirərək, borcunu bir dəfəyə ödəməkdən imtina etmişdir. Hazırkı protokol məhkəməyə təqdim ediləndən sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çobanov Məcı̇ d Mustafa oğlu pul borcundan 500 manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirmişdir ki, himayəsində iki azyaşlı uşağı var, pandemiya dövrü ilə bağlı işləməmişdir, hazırda maddi vəziyyəti çox ağırdır, başqa gəlir yeri yoxdur, özü könüllü olaraq işlə bağlı Məşğulluq İdarəsinə müraciət etmişdir, lakin heç bir iş təklif olunmamışdır. Borcunun ödənilməsi üçün yaxın dostları pul yığaraq 500 manat pul düzəltmiş və hazırda pul borcundan 500 manat ödəmişdir. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Zaqatala Rayon vəkil bürosunun vəkili Əliyev Elvin Tofik oğlu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra vərəqəsinin icra edilməsindən qərəzli olaraq yayınmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. Belə ki, iş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-457/2020 nömrəli, 06.07.2020-ci il tarixli icra vərəqəsinə əsasən Zaqatala rayonunun Muğanlı kəndində yaşayan cavabdeh Çobanov Məcı̇ d Mustafa oğlundan 8700 (səkkiz min yeddi yüz) manat pul alınaraq iddiaçı Əlı̇ məmmədov İsmayıl Əlı̇ məmməd oğluna verilməlidir. Zaqatala rayon İcra və probasiya şöbəsinin rəisi Elvin Əhmədov 06.07.2020-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edərək, tələbin 10 gün müddətində könüllü icrası üçün Şəxs bildiriş göndərmiş, tələb könüllü icra edilmədiyi təqdirdə barəsində məcburi icra tədbirləri görüləcəyinə dair xəbərdarlıq göndərmişdir. İş materiallarına əlavə olunmuş fərdi məşğulluq vərəqindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Çobanov X1 Mərkəzində 09.01.2020-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Zaqatala Rayon İcra və Probasiya Şöbəsindən məhkəməyə təqdim edilmiş 09 iyun 2021-ci il tarixli 87966 nömrəli məktubdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2(033)-457/2020 nömrəli, 06.07.2020-ci il tarixli icra vərəqəsinə əsasən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilməsi məqsədi ilə 500 (beş yüz) manat məbləğində pul vəsaitini Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə təhvil vermişdir. Məhkəmə borclu Şəxs hazırda pul borcundan 500 manat ödəməsini, pandemiya dövrü ilə əlaqədar işsiz olmasını nəzərə alaraq hesab edir ki, hazırkı məqamda onun icra sənədini icra etməkdən qəsdən və qərəzli olaraq yayınması müəyyən olunmur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, hesab edirəm ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-457/2020 nömrəli, 06.07.2020-ci il tarixli icra vərəqəsini üzrsüz səbəbdən icra etməməsi əsası ilə haqqında inzibati iş üzrə icraat aparılan şəxs Çobanov Məcı̇ d Mustafa oğlu barəsində onun Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair icra məmurunun tərtib etdiyi 08.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş 08.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar