Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-264/2023 02.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X7 və Zaqatala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- xx xxxxxx 1984-cü il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, öz deməsinə görə eyni xətaya görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Aşağı Tala kəndində pasport qeydiyyatında olan və yaşаyan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Zaqatala rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qardaşov X8 Rayon Məhkəməsinin 2(033)-1112/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1324/2017 nömrəli 08 oktyabr 2017-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində 11 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala rayon İcra və X4 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası protokol tərtib etmiş şəxs, Zaqatala rayon İcra və probasiya Şöbəsinin icra məmuru X6 izahatında göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1112/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 12386 manat pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X3 verilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1324/2017 nömrəli 08 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən 31500 manat pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdeh Şəxs alınıb iddiaçı X5 verilməlidir. İcra sənədlərinin icrası ilə əlaqədar müəyyən icra hərəkətləri edilmiş, sorğular verilmiş, cavablar alınmışdır. Tərəfindən borclu Şəxs «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin tələbləri izah edilmiş və icra sənədinin icrası tələb olunmuş, əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin edilən xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədləri üzrə ancaq 200 manat ödəniş etmişdir. Protokol məhkəməyə təqdim edildikdən sonra Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1112/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli icra sənədi üzrə tərəflər olan tələbkarla borclu arasında razılıq əldə edilmişdir. Tələbkar hazırda şikayətçi deyil və borcun ödənilməsi üçün vaxt verilməsinə razılıq vermişdir. Göstərilənlərin nəzərə alınaraq Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1112/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1324/2017 nömrəli 08 oktyabr 2017-ci il tarixli icra sənədlərindən xəbərdardır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1112/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli icra sənədi üzrə tələbkarla aralarında razılıq əldə olunmuş və borcun ödənilməsi üçün tələbkar tərəfindən ona vaxt verilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1112/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli icra sənədi üzrə borcunu qısa zaman ərzində ödəyə biləcəyini bildirir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1324/2017 nömrəli 08 oktyabr 2017-ci il tarixli icra sənədi üzrə isə cinayət məsuliyyətinə cəlb edilmiş, ona cəza verilmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 çıxış edərək Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola ona əlavə edilmiş sənədlərlə birlikdə baxarkən müəyyən etdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-1112/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 12386 manat pul və 30 manat dövlət rüsumu alınaraq iddiaçı X3 verilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1324/2017 nömrəli 08 oktyabr 2017-ci il tarixli icra sənədinə əsasən 31500 manat pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdeh Şəxs alınıb iddiaçı X5 verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Qardaşov X8 Rayon Məhkəməsinin 2(033)-1112/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1324/2017 nömrəli, 08 oktyabr 2017-ci il tarixli icra sənədləri üzrə öhdəliklərini yerinə yetirməkdən qərəzli olaraq boyun qaçırmamış, əksinə o, borcun ödənilməsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin 2(033)-1112/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli icra sənədi üzrə tələbkarla razılığa gəlmiş, tələbkar da ərizə ilə müraciət edərək borclu ilə borcun ödənilməsinə dair aralarında razılığa gəldiyini və hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, Şəxs borcunu birdəfədə ödəməsi üçün maddi imkanının olması hər hansı bir şəkildə öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları protokol tərtib etmiş şəxsin, borclunun məhkəmə iclası zamanı verdiyi izahatı ilə yanaşı, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1112/2020 nömrəli 01 dekabr 2020-ci il tarixli icra sənədi üzrə tələbkarın məhkəməyə ünvanladığı ərizə və məhkəməyə təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapır. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, məhkəmə araşdırması zamanı Şəxs həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan xətanın olması müəyyən edilmədi. Bu əsasla məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-264/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-264/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver