Məhkəmə qərarları › İş №3(033)-265/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-265/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-265/2023 10.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7 katibliyi, Şikayət verən şəxs «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi X13 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X3 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarına xitam verilməsi barədə «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X16 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şikayət verən şəxs «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X23 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati məsuliyyətdən azad edilməsi üçün kifayət qədər əsasların olduğuna görə inzibati tənbeh tətbiq etmə haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki - Zaqatala regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarına xitam verilməsi haqqında qərərdad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki - Zaqatala regional şöbəsi "X25 MMC-nin keçmiş Baş mühasibi Kamran Hazmanovun müraciəti əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.2 və 192.4 maddələrinin tələbləri əsasında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, barələrində 800 (səkkiz yüz) manat inzibati cərimə kəsmişdir. Qeyd edilən məsələ ilə bağlı bir dəfə X21 Xidmətinin Şəki — Zaqatala regional şöbəsində araşdırılma aparılmış, araşdırılmanın nəticələri həm birinci, həm də apellyasiya məhkəmələri tərəfindən ləğv edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsaslanmaqla, 192.4. İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə ona 800 (səkkiz yüz) manat inzibati cərimə kəsmişdir. Bir dəfə cavabdehə inzibati araşdırmanı əsaslı sənəd və sübutlara əsasən aparılması barədə xəbərdarlıq edilsə də, görünür inzibati orqan kortəbii araşdırmalar aparmaqla kimliyindən fərqli olmayaraq 800 manat cərimə etməkdə qərarlıdır. Hesab edir ki, X21 Xidmətinin Şəki — Zaqatala regional şöbəsinin inzibati qərarı yenə də tam şəkildə aparılmamış, dəqiq sənəd və sübutlara əsaslanmır. Belə ki, ilkin şikayətçi Kamran Hazmanov xx.xx.2023-cü il tarixində işdən azad olunması ilə bağlı "X25" MMC-nin əvvəlki direktoruna müraciət edib, direktor ərizəni təsdiq edib. O, "X25" MMC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixində gəlmişdir və həmin dövrdə Kamran Hazmanov Cəmiyyətin Baş mühasibi olub. Kamran Hazmanovun xahişini nəzərə alaraq, işçilərin əmək haqlarını ödəməsi, öz son haqq hesabının rəsmiləşməsini etdikdən sonra xx.xx.2023-cü il tarixindən həmin şəxsin işdən kənarlaşmasına razılıq verərək, xx.xx.2023-cü il tarixli, № 55 A saylı Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmr vermişdir. 2023-cü ilin əmək haqqı cədvəlindən də göründüyü kimi Kamran Hazmanov işçilərin bütün əmək haqları və əmək münasibətlərindən irəli gələn ödənişlərin edilməsi ilə bağlı cədvəli tərtib edib, imzaladıqdan sonra işçini ərizəsi əsasında işdən azad etmişdir. İlkin şikayətçi işdən ayrıldıqdan sonra hesablamalarda riyazi səhv etdiyini əmək haqqının üzərinə son hesablaşma zamanı nəzərdə tutulan məzuniyyət pullarını hesablamadığını bildirdi. İlkin şikayətçinin müraciəti nəzərə alınaraq, hesablamalar yenidən incələndikdən sonra həqiqətən Kamran Hazmanovun məzuniyyət günləri üzrə haqq hesabının əmək haqqının üzərinə gəlmədiyi məlum oldu və dərhal qalan məbləğ Kamran Hazmanovun cari hesabına köçürülmüşdür. Hansısa səbəblərdən pulu aldıqdan sonra Əmək Müfəttişliyinə müraciət edərək, öz vəzifə borcunu icra etdiyi zaman yol verdiyi səhvə görə cəmiyyətdən şikayət etmişdir. Hesab edir ki, haqqında tətbiq edilən inzibati tənbeh tədbiri qanunsuzdur, ilkin şikayətçinin mülahizələrindən başqa sənəd və mötəbər sübutlara əsaslanmır. Bu qərarı qəbul etməklə X21 Xidmətinin Şəki - Zaqatala regional şöbəsi qərəzli mövqe nümayiş etdirir. Əsaslı olduğu halda qanun qarşısında məsuliyyət daşımaq hamının borcudur. Hazırda 300 nəfərədək böyük bir kollektivə rəhbərlik edir, kollektivin hər bir əməkdaşının hüquqları onun üçün toxunulmazdır. Lakin heç bir işçinin haqqını pozmadığı, öz səhvi və məsuliyyətsizliyi üzündən dəfələrlə Cəmiyyəti və rəsmi qurumların normal fəaliyyətini pozan yersiz şikayətlərin bu həddə gətirilməsi əmək bazarına böyük tövhə vermiş bir müəssisənin fəaliyyətinə qarşı edilən bu qanunsuz müdaxilələr sadəcə anlaşılan deyil. Bu baxımdan da X21 Xidmətinin Şəki - Zaqatala regional şöbəsinin xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməlidir. Məhkəmə iclası zamanı şikayət verən şəxs «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi X19 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, inzibati tənbeh vermə haqqında 16 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi baş əmək müfəttişi X8 izahatında göstərdi ki, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinə müraciət edərək 01 mart 2023-cü il tarixdən işlədiyi “X25” MMC-dən işdən azad olunduğunu və həmin tarixdə onunla olan əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq son haqq hesabın aparılmadığını və ona ödənmədiyini bildirmişdir. Müraciət əsasında araşdırma aparılmış, X25” MMC-nin vəzifəli şəxsinin izahatı alınmış və “X25” MMC-də baş mühasib vəzifəsində işləmiş X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son hesablaşmanın xx.xx.2023-cü il tarixdə aparıldığı müəyyən edilmiş və 17 aprel 2023-cü il tarixdə «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X16 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta aşkar edildiyindən 08 avqust 2023-cü il tarixdə onun barəsində MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və həmin tarixdə ona bildiriş göndərilərək inzibati xəta haqqında işə baxılmasının 16 avqust 2023-cü il tarixə saat 12:00-a təyin olunduğu bildirilmiş və o inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə dəvət edilmişdir. «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X23 tərəfindən hər hansı sübut təqdim edilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan cərimə növündə inzibati tənbeh aşağı həddə tətbiq edilmişdir. Həmin cərimənin tətbiq edilməsi səlahiyyəti şöbənin rəhbərliyinə aid məsələ olduğundan hesab edir ki, düzgün qərar qəbul olunub. Şikayətin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 izahat verərək göstərdi ki, o, “X25” MMC-də baş mühasib vəzifəsində işləmişdir. O, 13 fevral 2023-cü il tarixdə işdən azad olunması ilə bağlı ərizə yazmışdır. Bundan sonra, o, mart ayının ortalarına kimi işləmiş, lakin işdən azad olunmadığı üçün Əmək Müfəttişliyinə şikayət etmişdir. Mart ayının əvvəllərində işlədiyi üçün əmək haqqlarını özü şəxsən hesablamışdır. O, Əmək müfəttişliyinə şikayət etdikdən sonra onu 17 mart 2023-cü il tarixdə işdən azad etmişlər. 01 mart 2023-cü il tarixli onun işdən azad edilməsi barədə əmrdən məlumatı olmamışdır. Əgər elə bir əmr olmuş olsa idi, onun şikayət etməsinə də zərurət qalmazdı. Eyni zamanda əmək haqlarını hesabladığı kimi, son haqq hesabını da hesablayardı. Məhkəmə şikayət verən şəxs «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X16 şikayətini, iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 3(033)- 149/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X24 tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qərarın inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(107)-197/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 3(033)-149/2023 nömrəli qərarı baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 3(033)-149/2023 nömrəli qərarında istinad olunmuş sənədlərdən görünür ki, X4 “X25” MMC-nin direktoruna ünvanlanmış 13 fevral 2023-cü il tarixli ərizədən görünür ki, o, 01 mart 2023-cü il tarixdən baş mühasib vəzifəsindən azad edilməsini xahiş etmişdir. “X25” MMC-nin 01 mart 2023-cü il tarixli 55A nömrəli əmrindən görünür ki, X10 ilə “X25” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 009 saylı müddətli əmək müqaviləsinə işçinin öz xahişi ilə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, “X25” Məhdud Məsuliyyətli Cəmiyyəti X6 əmək kitabçasını lazımi qeydlər apararaq təhvil verməsi, “X25” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibatlıq üzrə məsul şəxsi (mühasib X14) işçi Kamran Hazmanova istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 26 günün pulunu ödəməsi əmr edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin baş əmək müfəttişi X9 tərəfindən «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X23 barəsində 08 avqust 2023-ci il tarixdə MN nömrəli ******* nömrəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X23 mühasib vəzifəsində işləmiş X4 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son hesablaşma gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənmişdir. Bu fakt «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin araşdırmaya təqdim etmiş olmuş sənədlərlə təsdiqini tapır. İşdə olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Emin Əsədov 08 avqust 2023-cü il tarixdə MN nömrəli ******* nömrəli protokol əsasında inzibati xəta haqqında işin baxılmasının 16 avqust 2023-cxü il tarixə saat 12:00 təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən məlumatlandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X5 tərəfindən qəbul edilmiş 16 avqust 2023-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X23 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayətçi «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X23 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etsə də şikayətində o, Kamran Hazmanovun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmr verdiyini bildirmiş, Kamran Hazmanov işçilərin bütün əmək haqları və əmək münasibətlərindən irəli gələn ödənişlərin edilməsi ilə bağlı cədvəli tərtib edib, imzaladıqdan sonra işçini ərizəsi əsasında işdən azad etdiyini və Kamran Hazmanovun öz vəzifə borcunu icra etdiyi zaman yol verdiyi səhvə görə cəmiyyətdən şikayət etdiyini əsas gətirərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, «X25» Məhdud Məsuliyyəti Cəmiyyətində baş mühasib vəzifəsində işləmiş Kamran Hazmanov işdən azad olunduğundan və haqqhesabın hesablanmalı olduğu 01 mart 2023-cü il tarixdə «X25» Məhdud Məsuliyyəti Cəmiyyətində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində işləmədiyindən özünə çatacaq son haqq-hesabın hesablanması və ödənməsi onun yox, həmin müəssisədə təşkilati-sərəncamverici vəzifədə işləyən işəgötürənin vəzifəsidir və əmək qanunvericiliyində nəzərdə tutulmuş ödənişlərin ödənilməsində yol verilmiş qanun pozuntularına görə məhz vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə onu da qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli 3(033)-149/2023 nömrəli qərarı və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(107)-197/2023 nömrəli qərarı ilə müəyyən edilmiş hallardan da görünür ki, X10 ilə “X25” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009 saylı müddətli əmək müqaviləsinə işçinin öz xahişi ilə xx.xx.2023-cü il tarixli 55A nömrəli əmrlə xitam verilməsinə baxmayaraq X10 “X25” MMC-də fəaliyyətini davam etdirmiş və iş materiallarına əlavə edilmiş “X25” MMC-nin fevral ayı üzrə əmək haqları cədvəlləri (işçilərin faktiki işlənmiş iş günləri də qeyd edilmiş) və elektrik enerjisinin və təbii qazdan istifadəyə görə ödənişlərin həyata keçirilməsinə dair tələbnamənin baş mühasib kimi Kamran Hazmanov tərəfindən imzalanması onun xx.xx.2023-cü il tarixdən sonra da “X25” MMC-də fəaliyyətini davam etdirməsinə əsaslı şübhələr yaradır. Məhkəmə eyni zamanda qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, X14, X4 işdən azad olunmasına dair 01 mart 2023-cü il tarixli 55 A nömrəli əmrlə və “X25” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmrlər kitabında aparılan qeydlərlə də tanış olmamışdır. Hansı ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi X11 inzibati məsuliyyətə cəlb etməsinə əsas kimi “X25” MMC-nin 01 mart 2023-cü il tarixli 55A nömrəli əmrinə istinad etmişdir. Həmin əmrdən də görünür ki, “X25” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibatlıq üzrə məsul şəxsi mühasib X12 işçi Kamran Hazmanova istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 26 günün pulunu ödəməsi əmr edilmişdir. İşin hallarından eyni zamanda görünür ki, X14 xx.xx.2023-cü il tarixdə “X25” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən mühasib vəzifəsinə işə qəbul edilmiş və o, xx.xx.2023-cü il tarixdən həmin cəmiyyətdə baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dövr ərzində baş mühasib vəzifələrini kimin icra etməsi və X4 işdən azad olunmasına dair xx.xx.2023-cü il tarixli 55A nömrəli əmr üzrə məlumatların xx.xx.2023-cü il tarixdə məhz həmin dövr ərzində “X25” MMC-nin rəhbəri tərəfindən gecikdirilərək “Əmək müqaviləsi bildirişi” altsisteminə əlavə edilməsi X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən kifayət qədər araşdırılmamışdır. Bununla yanaşı, X14 tərəfindən imza qeydi edilməklə yazılmış ərizədən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə “X25” MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən mühasib vəzifəsinə, xx.xx.2023-cü il tarixdən həmin cəmiyyətdə baş mühasib vəzifəsinə təyin edilmişdir. Bundan başqa “X25” MMC-nin 01 mart 2023-cü il tarixli 55A nömrəli əmrindən görünür ki, X1 iş günü xx.xx.2023-cü il tarixi olmuşdur. 28 fevral 2023-cü il tarixdə isə “X25” MMC-də baş mühasib vəzifəsində Məhəmməd Musayev deyil, Kamran Hazmanov çalışmışdır. “X25” MMC-nin 01 mart 2023-cü il tarixli 55A nömrəli əmrindən həmçinin görünür ki, X10 ilə “X25” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 009 saylı müddətli əmək müqaviləsinə işçinin öz xahişi ilə xx.xx.2023-cü il tarixdən xitam verilməsi, “X25” Məhdud Məsuliyyətli Cəmiyyəti X6 əmək kitabçasını lazımi qeydlər apararaq təhvil verməsi, “X25” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibatlıq üzrə məsul şəxsi (mühasib X14) işçi Kamran Hazmanova istifadə etmədiyi əsas əmək məzuniyyətinə görə 26 günün pulunu ödəməsi əmr edilmişdir. İşin hallarından da görünür ki, mühasib X12 aid hissədə inzibati tənbeh vermə haqqında qərar ləğv edildiyindən, əmək qanunvericiliyində nəzərdə tutulmuş ödənişlərin ödənilməsində yol verilmiş qanun pozuntularına görə məhz vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi («X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X16) qanuna müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2 hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən bu işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayətçi «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X16 şikayətinin “inzibati tənbeh tədbiri ilkin şikayətçinin (Kamran Hazmanovun) mülahizələrindən başqa sənəd və mötəbər sübutlara əsaslanmır” dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçiyə son haqq hesabın ödənilməsinin vaxtı dəqiq göstərilmiş və son haqq-hesabın işçiyə son iş günü verilməli olması qəti şəkildə qeyd edilmişdir. İşin materiallarından və şikayətçinin şikayətinin məzmunundan da görünür ki, X10 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir və həmin gün ona işəgötürən tərəfindən son haqq-hesabı verilməmişdir. Yuxarıda qeyd edilən əmək qanunvericiliyinin normasından görünür ki, işçiyə son iş günü hesab edilən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyi gün son haqq-hesab verilməlidir və əmək qanunvericiliyinin həmin tələbinə əməl edilməməsi əmək qanunvericiliyində nəzərdə tutulmuş işçinin müavinət və digər ödənişlərin ödənilməsində qanun pozuntularına yol verilməsi kimi qiymətləndirilir. Göründüyü kimi, X2-haqq hesabını gecikdirərək 17 mart 2023-cü il tarixdə ödənilməsi «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X20 məsuliyyətdən azad etmir. Məhkəmə bu hala qiymət verərək onu da qeyd edir ki, inzibati xəta aşkar edildikdən sonra onun aradan qaldırılması (protokol tərtib edildikdən sonra son haqq-hesabın ödənilməsi) heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X16 şikayətində göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, tədqiq edilmiş iş materiallarından «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X23 tərəfindən «X25» Məhdud Məsuliyyəti Cəmiyyətində baş mühasib vəzifəsində işləmiş X10 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqq-hesabın gecikdirilərək xx.xx.2023-cü il tarixdə hesablanıb ödənilməsi müəyyən edildi. Göstərilən əsaslarla məhkəmə şikayətçi «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X16 şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: «X25» Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru X16 “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarına xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar