Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-268/2022 12.09.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X6, zərərçəkmiş şəxs X1 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx xxxxxx 1975-ci il tarixdə Zaqatala rayonu Zilban kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində eyni xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla orada da yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Zaqatala RPŞ-dən Zaqatala Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 12 sentyabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, 16 avqust 2022ci il tarixdə saat 12 radələrində aralarında yaranmış mübahisə zamanı ünvan 1ində baldızı qızı X5 döymüşdür. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala rayon polis şöbəsinin İTBnin sahə rəisi X7 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 16 avqust 2022-ci il tarixdə Zaqatala rayonu Çökəkoba kəndində yaşayan X8 ərizə ilə Zaqatala RPŞ-nə müraciət edərək, xx.xx.2022-ci il tarixdə dayısı arvadı Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. 19 avqust 2022-ci il tarixdə ünvan 1ində yaşayan Şəxs da ərizə ilə Zaqatala RPŞ-nə müraciət edərək, xx.xx.2022-ci il tarixdə baldızı qızı Aytən Kondolova tərəfindən döyüldüyünü bildirmişdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 16 avqust 2022-ci il tarixdə, saat 12:00 radələrində ünvan 1ində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı X8 və Şəxs ilə əlbəyaxa olub biri-birilərini vuraraq biri-birilərinə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişlər. Toplanmış material üzrə Şəxs əməlində cinayət tərkib olmadığından cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan onların izahatları alınmış və qərarın əsasında onun haqqında 12 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, onun barəsində şikayət etmiş Məhluqə Poluşova baldızıdır. Aytən Kondolova isə onun qızıdır. Bir neçə müddətdir ki, aralarında bağla əlaqədar mübahisə vardır. Belə ki, baldızları Məhluqə Poluşovanın və Məryəm Süleymanovanın fındıq bağları onların həyətyanı sahələrindən sonradır və baldızları onların həyətlərindən keçirlər. Əvvəl Məhluqə və Məryəm onların həyətlərindən keçib fındıqlarını yığmışlar və buna icazə vermişlər, lakin sonradan Məhluqə və Məryəm onların həyətindən keçdikləri zaman sataşdıqları üçün həyətlərindən keçməyə icazə verməmişlər. Buna görə də aralarında münaqişələr yaranmış və bu günlərədək davam etməkdədir. 13 avqust 2022-ci il tarixdə baldızları Məryəm və Məhluqə yenə də onların həyətyanı sahələrindən keçmək istədikdə əri Məhəmməd onlara icazə vermədikdə aralarında mübahisələr yaranmış və qarşılıqlı olaraq ərizələrlə Zaqatala RPŞ-nə müraciət etmişlər. 16 avqust 2022-ci il tarixdə səhər saatlarında Məhluqə yenə gəlib onların həyətlərindən keçmək istədikdə əri Məhəmməd yenə də icazə verməmiş və Məhluqə əri Məhəmmədin yanına Zaqatala rayonu Muxax kəndində yaşayan əmisi oğlu Məhəmmədi xahişə gətirmiş, buna baxmayaraq əri Məhəmməd onlara icazə verməmiş və onlar çıxıb getmişlər. Bir qədər sonra Məhluqə və Aytən yenidən gəlmişlər və orada olan şəxslərin yanında onunla mübahisə etməyə başlamışlar. O, bir daha onlara yol verməyəcəyini bildirmişdir. Bu zaman Aytən onu söyüşlərlə təhqir edərək qaçıb üzərinə hücum etmiş və vurmağa başlamışdır. Həmin vaxt o, özünü müdafiə etmək üçün bir anlıq Aytənlə əlbəyaxa olmuş və sonradan Aytəni ondan uzaqlaşdırmışlar. O Aytənə vurmamış və özünü müdafiə etmişdir. Dedikləri nəzərə alınmaqla inzibati xəta materialına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında polis şöbəsində verdiyi izahatını təsdiq edərək göstərdi ki, barəsində şikayət ərizəsi yazdığı Şəxs dayısı Məhəmməd Kərimovun arvadıdır, bir neçə ildir ki, fındıq yığımı zamanı aralarında münaqişələr olur. Bir neçə ildir ki, onlar arasında bu münaqişə davam etməkdədir belə ki, İslahatlar aparılan zaman nənəsi Möminət Poluşova, xalası Məryəm Süleymanova və anası Məhluqə Poluşovaya 0,23 ha fındıq bağı düşmüşdür. Bundan başqa onu da qeyd etmək istəyir ki, baba yurdu anası Məhluqə və xalası Məryəmə vəsiyyət edilmişdir və buna görə də həmin yurd onların nəzarətindədir. Həmin yurdun həyətindən keçdikdən sonra nənəsi Möminət Poluşovanın payına düşən fındıq bağı vardır, ondan sonra dayısı Məhəmməd Kərimovun evi vardır, daha sonra isə yuxarıda qeyd etdiyi şəxslərin fındıq bağları vardır. Həmin fındıq bağlarına gedən yol dayısı Məhəmməd Kərimovun həyətyanı sahəsindən olduğundan hər fındıq yığımında bağa getdikdə aralarında münaqişə yaranır. 16 avqust 2022-ci il tarixdə saat 10 radələrində o, özlərinə məxsus bağda fındıq ağaclarının altını təmizləmək məqsədi ilə bağa getdikdə görmüşdür ki, dayısı Məhəmməd Kərimov bir neçə ildir ki, gedib gəldikləri yolu bağlamışdır. Bu barədə anası Məhluqə Poluşovaya zəng edərək məlumat vermiş və anası ora gəlmişdir. Onlar bir qədər dayısı Məhəmməd Kərimovla söhbət etmişlər, lakin dayısı Məhəmməd Kərimov yol verməyəcəyini deyərək anası Məhluqəni nalayiq söyüşlərlə söyməyə başlamışdır. Onlar Məhəmmədə baş qoşmayıb oradan çıxıb evə qayıtmışlar, lakin saat 12 radələrində təkrar bağa getdikdə qarşılarına dayısı Məhəmməd Kərimovun arvadı Şəxs çıxmış və bağa keçməyə qoymamışdır. Bu zaman aralarında sözlə mübahisə yarandıqda Şəxs onun üzərinə hücum edərək boğaz və digər nahiyələrindən tutub sıxmaqla boğaz nahiyələrini cırmaqlayıb xəsarət yetirmişdir. Eyni zamanda Şəxs onun dırnaqlarını da sındırmışdır. O, özünü müdafiə etmək üçün Cəmiləni vurmamış, sadəcə olaraq özündən itələyib uzaqlaşdırmış, lakin Şəxs onu vurmağa davam etdiyi üçün anası X3 uzaqlaşdırmışdır. O, Cəmiləyə vurmamış və ona xəsarət yetirməmişdir. O, Şəxs şikayətçidir, onunla barışmamışdır, Cəmilə barışdığı halda onunla barışa bilər. Ona cərimə cəzası verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X9 məhkəmə iclası zamanı çıxış edərək Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla cinayət işinin başlanması rədd edilmiş, qərarın əsasında Şəxs haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş şəxs həmin qərarı mübahisələndirməmişdir. Həmin qərarda qeyd edilmiş və iş materiallarına əlavə edilmiş Pataloji Anatomiya Birliyi X13 xx.xx.2022-ci il tarixli 284 nömrəli rəyindən görünür ki, vət. X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər- boynunda və sol əlinin ll-lll barmaqlarında sıyrıqlar - bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, xx.xx.2022-cı tarixdə insan bədəninin hissələrinin (əl və sair) təsirindən əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə qeyd edir ki, məhkəmənin iş üzrə gəldiyi nəticə təkcə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin izahatı ilə deyil, iş üzrə mövcud olan digər sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək öz daxili inamı ilə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, Şəxs izahatında göstərdiyi hallar özünü müdafiə xarakteri daşıyır. İşdə olan sübutlar onun inzibati xətanı törətməsinə heç bir şübhə yaratmır, onun dəlilləri iş materiallarında olan sübutlarla təkzib olunur, onun göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün izahatı, zərərçəkmiş şəxsin, protokol tərtib edən şəxsin izahatları, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, ekspert rəyi ilə və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir, məhkəmə araşdırması zamanı da onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır. Həmin Qanunun 6-cı maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyətini, zərərçəkmiş şəxsin izahatını, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti inzibati xəta törədən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə və Zaqatala rayon Polis Şöbəsinə təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №3(033)-268/2022
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-268/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver