Məhkəmə qərarları › İş №3(033)-27/2023

Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-27/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-27/2023 07.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Şikayət verən şəxs X1 və Zaqatala RPŞ-nin sahə rəisi polis mayoru X5 iştirakları ilə, Şikayət verən şəxs X1 Zaqatala Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 15 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 15 yanvar 2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, Zaqatala RPŞ-nin sahə rəisi X10 xx.xx.2023-cü il tarixdə onun mağazasının qarşısında küçə ticarəti ilə məşğul olduğunu səbəb göstərərək, ona MN № ******* nömrəli protokol yazaraq AR İXM-nin 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyini göstərmişdir. Həmin protokol əsasında da Amil Muradov xx.xx.2023-cü il tarixdə ona 80 (səksən) manat cərimə edilməyinə dair MN № ******* nömrəli "İnzibati tənbeh vermə haqqında Qərar” tərtib etmişdir. Həmin qərarı qanunsuz hesab edir. Qeyd etmək istəyir ki, qərarda yazıldığı kimi o mağazanın qarşısında küçə ticarəti ilə məşğul olmayıb. Zaqatala rayonu Yuxarı Tala kəndində arvadı X11 mülkiyyətində olan torpaq sahəsində mağaza tikmişdir. Həmin mağaza küçədən 6 metr içəridə yerləşir. Mağazanın pilləkənlərinin üzərinə reklam üçün qoyduğu maşın şinlərinin şəklini çəkərək onu küçə ticarəti ilə məşğul olmaqda ittiham edirlər. Halbuki o, ticarətlə mağazada məşqul olurdu. Bundan başqa həmin mağazanın VÖEN-i onun adına deyildir. Həmin mağazada ticarətlə onun oğlu məşğul olur. Bütün qeyd olunanları araşdırmadan polis Amil Muradov onun barəsində əsassız qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Buna görə də hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı şikayət verən şəxs X3 şikayətin məzmununa uyğun izahat verib, onun dəlillərini müdafiə etdiyini bildirdi və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən səlahiyyətli orqan olan Zaqatala RPŞ-nin sahə rəisi polis mayoru X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Zaqatala RPŞ-nin sahə polis nəfərləri polis baş serjantı Akif Quliyev və polis baş serjantı Nuru Məmmədov raportla Zaqatala Rayon Polis Şöbəsinin rəisinə müraciət edərək, Y.Tala ərazisində yerləşən Tacəddin adlı vətəndaşa məxsus “avtomobil ehtiyyat hissələri” mağazasının qarşısında mağazaya məxsus ehtiyat hissələrini düzərək satılması müəyyən olunmamış yerlərdə küçə ticarəti olunduğunu hesab etmiş və həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişlər. Həmin raport əsasında araşdırılma aparılmış və onun tərəfindən 15 yanvar 2023-cü il tarixli protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə onun tərəfindən inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 15 yanvar 2023-cü il tarixli qərar qəbul olunaraq X3 80 manat məbləğində cərimə edilmişdir. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinlədikdən sonra və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayətçi X1 şikayət ərizəsi əsaslı olduğundan təmin edilməli, onun barəsində Zaqatala RPŞ-nin sahə rəisi polis mayoru X12 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 15 yanvar 2023-cü il tarixli qərar ləğv edilməlidir. İşdə olan Zaqatala RPŞ-nin sahə rəisi X5 15 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, X3 04 yanvar 2023-cü il tarixdə saat 13:00 radələrində mağazanın qarşısında küçə ticarəti ilə məşğul olaraq inzibati xəta pozuntusuna yol verdiyi üçün o, Azərbaycan Respulbikası İXM-nin 454-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan Zaqatala RPŞ-nin sahə rəisi polis mayoru X5 qəbul etdiyi 15 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 04 yanvar 2023cü il tarixdə saat 13:00 radələrində qanunsuz küçə ticarəti ilə məşğul olduğu üçün X3 Azərbaycan Respulbikası İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinərək, 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,105 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 101 nömrəli Sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən X6 mülkiyyətində olan Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən 0,105 ha torpaq sahəsi üzərində bir mərtəbəli mağaza binasının tikintisinə icazə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X16 Haqqında Şəhadətnamədən (VÖEN-**********) görünür ki, vergi ödəyicisi X2r. İşdə olan foto-şəkillərdən görünür ki, kassa aparatı mağazanın içərisindədir və satış içəridən həyata keçirilir. Məhkəmə X1 şikayətinə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra şikayətlə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.2 və 135.1.3-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şikayətçi, səlahiyyətli orqan tərəfindən aparılmış inzibati xəta haqqında iş üzrə icraat iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini bildirmişdir. İşin hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Zaqatala RPŞ-nin sahə polis nəfərləri polis baş serjantı Akif Quliyev və polis baş serjantı Nuru Məmmədov raportla Zaqatala Rayon Polis Şöbəsinin rəisinə müraciət edərək, Y.Tala ərazisində yerləşən Tacəddin adlı vətəndaşa məxsus “avtomobil ehtiyyat hissələri” mağazasının qarşısında mağazaya məxsus ehtiyat hissələrini düzərək satılması müəyyən olunmamış yerlərdə küçə ticarəti olunduğunu hesab etmiş və həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişlər. Bundan sonra Zaqatala RPŞ-nin sahə rəisi polis mayoru X12 tərəfindən X1 barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdəndə göründüyü kimi, həmin mağaza binasının X7 məxsus 0,105 ha torpaq sahəsinin üzərində yerləşir və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X16 Haqqında Şəhadətnamədən (VÖEN-**********) görünür ki, vergi ödəyicisi X2r. Eyni zamanda satış mağaza binasının daxilindən həyata keçirilir və bununla bağlı müvafiq icazə verilmişdir. Avtomobil ehtiyyat hissələri müştəriləri mağazaya cəlb etmək üçün mağazanın qarşısına yığılmışdır. Bundan başqa məhkəmə prosesində müəyyən olundu ki, X1 isə mağazada həyata keçirilən satış ilə heç bir əlaqəsi yoxdur. Bu da, barəsində protokol tərtib edilən şəxsin haqlı narazılığına səbəb olmuşdur. Belə olduğu təqdirdə hesab edirəm ki, şikayət verən X1 ona qarşı tərtib edilmiş Azərbaycan Respublikası İXM-in 454-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə adiyyəti olmadığı üçün barəsində başlanmış inzibatə təqibə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə- səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in “Təqsirsizlik prezumpsiyası prinsipi” adlanan 8-ci maddəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Hesab edirəm ki, məhkəmə araşdırılmasında yuxarıda şərh edilən inzibati xəta hadisəsinin X3 tərəfindən törədilməsi təsdiq olunmur, ona görə də səlahiyyətli orqan olan Zaqatala RPŞ-nin sahə rəisi polis mayoru X12 tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati təbeh vermə haqqında qərarla gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə vəziyyətdə hesab edirəm ki, səlahiyyətli orqan olan Zaqatala RPŞ-nin sahə rəisi polis mayoru X12 tərəfindən qəbul edilmiş X1 Azərbaycan Respublikası İXM-in 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 (səksən) manat inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-in 128.2.2-ci və 128.2.3-cü maddələrinə görə inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsində qeyd olunmuşdur ki, hər hansı şəxs barəsində başlanmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta tötədilməsinə adiyyəti olmadıqda və ya təqsirliyi sübuta yetirilmədikdə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, hesab edirəm ki, şikayət qanuni və əsaslı olduğuna görə səlahiyyətli orqan olan Zaqatala RPŞ-nin sahə rəisi polis mayoru X12 tərəfindən qəbul edilmiş X1 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinib 80 manat miqdarında cərimə edilməsinə dair dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə qərarı qanunsuz sayılaraq, ləğv edilməli və bununla əlaqədar səlahiyyətli orqan tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129,130 və 131-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinməsinə dair Zaqatala RPŞ-nin sahə rəisi polis mayoru X5 qəbul etdiyi xx.xx.2023-cü il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti şikayət verən şəxsə və səlahiyyətli orqan Zaqatala Rayon Polis Şöbəsinə təqdim edilsin (poçtla göndərilsin). Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Vüqar Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar