Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-270/2025 07.05.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova-Xəlilova Nuridə Əli qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Zaqatala Rayon Vəkil Bürosunun vəkili X11 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayon polis şöbəsinin X2 polis sahə rəisi X1 iştirakları ilə, 23 may 1980-cı il tarixdə Zaqatala rayonu Gözbarax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Zaqatala rayonu Gözbarax kəndində qeydiyyatda olan və orada da yaşаyan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Zaqatala Rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati xəta haqqında 06 may 2025ci il tarixli MN ******* saylı protokol tərtib edilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə Zaqatala rayonu, Gözbarax kəndində xirməti vəzifələrini icra edən Zaqatala X10 İstismarı İdarəsinin əməkdaşları Etibar Hacıyev və İbrahim Ramazanovu təhqir etmiş, xidməti işlərini görməyə mane olmuşdur. Qeyd edilən material üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Zaqatala Rayon Polis Şöbəsi tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zaqatala Rayon Polis Şöbəsinin X2 sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Zaqatala X10 İstismarı İdarəsindən Şöbəyə daxil olmuş məktub araşdırılması üçün icraatıma verilmişdir. Məktubda qeyd olunuşdur ki, 29 aprel 2025-ci il tarixdə günün ikinci yarısında idarənin nəzarətçiləri X8 və X5 xidməti tapşırığa əsasən Gözbarax kəndinə göndərilmiş, kənd ərazisində istifadə olunan subarteziyan suyunun ödəniş intizamına nəzarət məqsədilə fəaliyyət göstərmişdirlər. Xidmət yerində olduqları zaman kənd sakini Şəxs tərəfindən onların fəaliyyətinə açıq şəkildə manelər törədilmiş, onlara qarşı yüksək səslə nalayiq ifadələr işlədilmiş, həmçinin şəxsiyyətlərini alçaldan və idarə rəhbərliyini təhqir edən ifadələr səsləndirilmişdir. Vətəndaş Şəxs həmçinin subarterzian vasitəsilə içməli su istifadəsinə görə tələb olunan ödənişdən imtina etmiş, bununla da həm inzibati intizamı pozmuş, həm də döövlət əmlakının istifadəsi ilə bağlı mövcud qanunvericiliyin tələblərinə hörmətsizlik nümayiş etdirilmişdir. Müraciətin araşdırılması üçün kənd ərazisinə getmiş və vətəndaşa barəsində şikayət olduğunu bildirib, xx.xx.2025-ci il tarixdə izahat vermək üçün RPŞ-nin inzibati binasına dəvət etmişdirlər. Həmin vaxt vətəndaş Şəxs şikayətçilərin ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlamış, onlar onu nizamintizama dəvət etsələr də, vətəndaş əməlinə davam etmiş, bu səbəbdən Şəxs xx.xx.2025ci il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə gətirilmiş və onun barəsində inzibati qaydada tutma tətbiq edilmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində tutulmuşdur. Bundan sonra onun haqqında xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində qanuna müvafiq qaydada qərar edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə X10 İstismarı İdarəsinin işçiləri, əvvəlcədən tanıdığı Etibar və İbrahim onun həyətinə gələrək suyun ödənişini istəmişdirlər. Həmin vaxt o onlara ondan icazəsiz nəyə görə onun həyətinə girdiklərini soruşmuş və onları həyətindən çölə çıxarmışdır. O, daha sonra onlardan suyun kodunu soruşmuş və nə üçün onun adında kod olduğunu demişdir, suyun kodunun onun anasının adına olmuşdur. Onlar ona cavab verməmişdirlər. Bildirir ki, o onları təhqir etməmiş, sadəcə həyətinə qanunsuz girdikləri üçün onları həyətindən çıxarmışdır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X15 çıxış edərək Şəxs təqsiri sübuta yetirilmədiyindən onun barəsində olan inzibati xəta materiallarına xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Zaqatala X10 İstismarı İdarəsinin nümayəndəsi X13 çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şahid qismində izahatı alınmış X7 bildirdi ki, xx.xx.2025-ci il tarixdə iş yoldaşı X8 ilə birlikdə xidməti tapşırıqla əlaqədar Gözbarax kəndində olan zaman həmin kəndin sakini Şəxs onların xidməti fəaliyyətinə maneəçilk törətmiş və onlara qarşı nalayiq ifadələr ilə təhqir edərək qovmuşdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. İnzibati xəta materiallarına əlavə edilmiş X6 elan edilmiş ifadəsindən görünür ki, o xx.xx.2025-ci il tarixdə iş yoldaşı X7 ilə birlikdə Zaqatala rayonu, Gözbarax kəndinə subarterzian suyunun ödəniş bildirişlərini təqdim etmək üçün getmişdir. Gözbarax kənd sakini Şəxs ünvanına gedib bir qədər qapını döydükdən sonra Həsən çölə çıxmış, onlar ödəniş bildirişlərini Həsənə təqdim etmək üçün uzatmışdırlar. O isə qarşılığında təhqiramiz formada bildirişləri əli ilə itələyərək, onları təhqir etmiş və qışqıraraq rədd olun deyərək onları qovmuşdur. Bununla da onların xidməti işinə maneə törətmişdir. Həsən barəsində qanuni tədbir görülməsini xahiş edir. İnzibati xəta materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi protokol tərtib edən şəxsin, şahidlərin izahatları və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa Vətəndaşların vəzifələrinin əsasından bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində qeyd edilir ki; İ. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. İİ. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. İİİ. Qanunu bilməmək məsuliyyətdən azad etmir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan hallar yoxdur. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmalıdır. Zaqatala RPŞ-dən daxil olmuş inzibati xətaya dair inzibati protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyil. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, onun barəsidə inzibati qayadada tutmanın tətbiq edilməsini, həmçinin inzibati həbsin tətbiq edilməsi üçün hər hansı müstəsna halın olmamasını nəzərə alaraq, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 75 (yetmiş beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti proses iştirakçılarına təqdim edilsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №3(033)-270/2025
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-270/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver