Azərbaycan Respublikası adından QƏRAR Zaqatala rayonu İş № 3(033)-271/2023 29.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 katibliyi, Şikayət verən şəxs X6 və inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala rayonu yol patrul xidməti inspektoru, polis baş serjantı X8 iştirakları ilə, Şikayət verən şəxs X6 Zaqatala rayonu yol patrul xidməti baş inspektoru, polis X3 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şikayət verən şəxs X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu yol patrul xidməti baş inspektoru, polis X3 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət verən şəxs X11 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 03:31-də Zaqatala şəhərində yerləşən “Zift” marketin qarşısında dayanarkən Zaqatala RPŞ-nin post-patrul xidmətinin əməkdaşları ona və həmkəndlisi X10 yaxınlaşaraq, səbəbsiz yerə, Zaqatala RPŞ-nin DYPB-nin Yol patrul xidmətinə məlumat vermişlər. Zaqatala RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru polis serjantı X12 onlara özünü təqdim edərək, barəsində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi göstərilmişdir. Belə ki, barəsində Zaqatala rayonu Yol Patrul Xidməti Baş İnspektoru Polis X3 tərəfindən xx.xx.2023-cü il tarixdə TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən o, 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Həmin qərar inzibati xəta tərkibi olmadan polisin mülahizəsinə əsasən tərtib edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Qeyd etmək istəyir ki, o inzibati xəta törətməmişdir. Hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qanunsuz tərtib olunmuşdur. O, alkoqollu (sərxoş halda) avtomobil idarə etməmişdir. Dayanmış vəziyyətdə ona inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun inzibati xəta törətməyini sübut edən hər hansı bir sübut (video görüntü) yoxdur. Səlahiyyətli şəxslər öz mülahizələrinə uyğun davranış göstərmişlər. İnzibati xətanın törədilməsini sübuta yetirmək vəzifəsi vəzifəli şəxsin üzərinə düşür. Belə ki, inzibati xəta haqqında protokol tərtib olunarkən- xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilir. Eyni zamanda hal şahidlərinin iştirakı təmin olunmalıdır. Halbuki, inzibati xəta haqqında protokolda qeyd etdiyi xüsusatlar barədə məlumatlar öz əksini tapmamışdır. Bununla da hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, hesab edir ki, İXM-nin 53.0 maddəsinin 53.0.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraat xitam verilir. Məhkəmə iclası zamanı şikayət verən şəxs X11 şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsini və barəsində tərtib edilmiş 24 avqust 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış icraatına xitam verilməsini xahiş etdi. Əlavə olaraq ilk öncə qeyd etdi ki, o, spirtli içki qəbul etsə də, avtomobili idarə etməmişdir, sadəcə sükan arxasında oturmuşdur. Daha sonra isə bildirdi ki, o həqiqətən spirtli içki qəbul edib avtomobili idarə etmiş, restorandan onun arxasınca gələn qohumu İlkin Şabanova məxsus avtomobili sərxoş vəziyyətdə idarə edərək Zaqatala şəhərində yerləşən “Zift” marketin qarşısına gəlmiş, orada dayanarkən Zaqatala RPŞ-nin post-patrul xidmətinin əməkdaşları onları dayandıqları yerdə saxlamışlar. Hesab edir ki, sərxoş vəziyyətdə avtomobili idarə etsə də, polis əməkdaşı onu içkili vəziyyətdə avtomobil idarə edərkən saxlamamış, o yol kənarında avtomobildə sükan arxasında oturduğu halda polis əməkdaşları onun barəsində protokol tərtib etmişlər. Nə qədər ki, polis əməkdaşları onu avtomobili idarə edərkən saxlamayıblar, ona görə də, şikayəti təmin edilməli, protokola xitam verilməlidir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən şəxs Zaqatala RPŞ-nin Dövlət yol polisi bölməsi yol patrul xidməti inspektoru, polis baş serjantı X12 izahatında göstərdi ki, X6 barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol və qərar qanuni, əsaslı və ədalətlidir. X11 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə o, inzibati qaydada 400 manat məbləğində cərimə edilmişdir. Belə ki, polis baş serjantı Elmir Yusubov xidmətdə olduğu zaman VAZ21723 minik markalı ** UA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Nizami küçəsi ilə hərəkət edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq əks istiqamətdə hərəkət etdikdən sonra dönərxananın qarşısında durduğunu müşahidə etmişdir. Nəqliyyat vasitəsinə yaxınlaşaraq özünü təqdim etdikdən sonra sürücüyə pozuntu barədə məlumat vermiş və sənədləri tələb etmişdir. Sürücüdən açıq aşkar spirt qoxusunun gəldiyini hiss edildiyindən Elmir Yusubov yol patrul xidmətinə məlumat vermişdir və onun məlumatı əsasında o əraziyə getmişdir. Həmin əraziyə gəldikdən sonra sürücü müayinə edilməsi üçün polis şöbəsinə dəvət edilmiş və avtomobil duracağa yerləşdirilmişdir. Avtomobildə sürücüdən başqa sərnişin də olmuşdur. Sürücünün və sərnişinin şəxsiyyəti müəyyən edildikdə sürücünün X11 və sərnişinin X13 olması aşkar edilmişdir. Sürücü müayinədən keçirilmiş və onun yüngül dərəcədə sərxoş olduğu müəyyən edilmişdir. Bundan sonra Əhməd Əhmədov barəsində İXM-in 333.1-ci maddəsi ilə protokol tərtib edilən zaman avtomobilin onun yanında sərnişin yerində əyləşən İlkin Şabanova məxsus olması müəyyən edilmiş və buna görə İlkin Şabanov barəsində İXM-in 337-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bu əsaslarla da tərəfindən X11 barəsində 24 avqust 2023-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol və protokol əsasında 04 sentyabr 2023-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. X6 şikayəti əsassızdır və şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X11 24 avqust 2023-ci il tarixdə idarə etdiyi VAZ21723 minik markalı ** UA *** dövlət nömrə nişanlı dövlət qeydiyyat nişanlı avtomobillə saat 03:31-də Zaqatala şəhəri Zift marketin yerləşdiyi ərazidə saxlanılmışdır. O, spirtli içki qəbul etdiyi üçün yoxlanılması üçün polis şöbəsinə dəvət olunmuş və onun idarə etdiyi avtomobil saxlanc üçün Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra onun sərxoşluq vəziyyəti yoxlanılmış və yüngül dərəcəli sərxoş olduğu aşkar edilmişdir. Buna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zaqatala RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 04 sentyabr 2023-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Protokol onu tərtib edən şəxs tərəfindən imzalanmışdır. X11 inzibati xəta törətməməsini əsas göstərərək inzibati tənbeh vermə haqqında 04 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 24 avqust 2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, X7 yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu şikayət ərizəsinə əlavə etməmiş və o, öz mövqeyini şikayətində göstərdiyi bir neçə hallarla əsaslandırmışdır. Onun şikayətinin dəlilləri ondan ibarətdir ki, inzibati xəta tərkibi olmadan polisin mülahizəsi əsasında onun barəsində protokol tərtib edilmiş və o alkoqollu vəziyyətdə avtomobil idarə etməmiş, dayanmış vəziyyətdə ona inzibati xəta haqqında protokol tərtib edilmişdir. İzahatında isə göstərmişdir ki, o, sərxoş vəziyyətdə avtomobili idarə etsə də, polis əməkdaşı onu içkili vəziyyətdə avtomobil idarə edərkən saxlamamış, o yol kənarında avtomobildə sükan arxasında oturduğu halda polis əməkdaşları onun barəsində protokol tərtib etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, X11 idarə etdiyi VAZ21723 minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 24 avqust 2023-cü il tarixdə Zaqatala şəhəri Nizami küçəsində yol hərəkəti qaydasını pozduğundan post patrul xidməti əməkdaşı tərəfindən məlumatlandırılarkən onun sərxoş olmasına dair şübhələr olduğundan yol patrul xidmətinə məlumat verilmişdir və keçirilmiş müayinə nəticəsində onun sərxoş olduğu aşkar edilmişdir. Sürücünün sərxoş olması X9 izahatı ilə təsdiq edilir. Bundan başqa, X6 özünün məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o, həqiqətən sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. Şikayətçi hər nə qədər avtomobili idarə etdiyini polis əməkdaşlarının görmədiyini və avtomobilin dayanmış vəziyyətdə olmasını bildirsə də, məhkəmə onun bu dəlilini əsaslı saymır və hesab edir ki, özünün etirafedici izahatı, onun sükan arxasında olması və məhz pozuntu törətdiyi üçün post patrul xidməti əməkdaşının ona yaxınlaşması və spirtli içki içdiyi barədə şübhə yarandığından yol patrul xidməti əməkdaşlarını məlumatlandırması onun bu dəlilini əsassız edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X6 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Zaqatala rayon polis şöbəsinin DYPB-nin inzibati tənbeh vermə haqqında 04 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X6 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi protokol tərtib edən şəxsin izahatı və Zaqatala RPŞ-dən daxil olmuş materialla tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla iş üzrə icraata xitam verilməsi və onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 96.1.4-cü maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Həmin Məcəllənin 96.5-cı maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir. Həmin Məcəllənin 96.6-cı maddəsinə əsasən sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2nun şikayətində göstərdiyi xüsusatlar iş materiallarında olan sübutlarla təkzib olunur, şikayətdə göstərilən hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Məhkəmə şikayətin yuxarıda qeyd edilən dəlillərini ümumilikdə əsassız hesab edir və həmin dəlilləri inzibati məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərdən də görünür ki, X11 barəsində İXM-nin 333.1-ci maddəsi ilə tərtib ediləcək protokol ilə bağlı heç bir etiraz etməmişdir. Həmçinin iş materialllarına əlavə edilmiş “nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə” barədə protokoldan görünür ki, X1 spirt qoxusunun gəlməsi səbəbindən ona məxsus VAZ21723 minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zaqatala RPŞ-nin DYPB-nin duracağına yerləşdirilmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Əksinə, şikayət verən şəxsin özünün izahatı və protokol tərtib edən şəxsin izahatı ilə yanaşı, işdə olan sübutlarla da X6 24 avqust 2023-ci il tarixdə, idarə etdiyi VAZ21723 minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 əməlində İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması İXM-də nəzərdə tutulan qaydada tam sübuta yetirilmişdir. Göstərilən əsaslarla məhkəmə ümumilikdə X2nun şikayətinin dəlilləri ilə razılaşmır və göstərdiyi həmin əsaslara görə onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X6 “Zaqatala rayonu yol patrul xidməti baş inspektoru, polis X3 tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №3(033)-271/2023
Zaqatala Rayon Məhkəməsi Qərar — İş №3(033)-271/2023
29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver